Sizin reklam burada 728×90
Son dəqiqə

“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”

10.10.2026 17:02 512 1 dəq oxunur
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
“Bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma şəraitində yaşayıblar, bir-birini dəstəkləyiblər”.

Bu fikirləri Prezident İlham Əliyev bu gün Bakıda Ramzan Kadırovu qəbul edərkən deyib.

“Amma bizim böyük liderlərimiz inkişafın müasir mərhələsində xalqlarımızın daha da yaxınlaşmasında əsas rol oynayıblar. Əhməd Hacı Kadırovun Çeçenistanda, Heydər Əliyevin Azərbaycanda xatirələrinin anılması, həmçinin xalqlarımızın öz ənənələrinə, həyat tərzinə sadiqliyini və müasir inkişafın əsasını qoyanlara ehtiramını nümayiş etdirir”, - dövlət başçısı bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az