• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Yusif Yusibovun əməlləri ifşa olunur

Gündəm / Cəmiyyət

11-07-2025, 12:19

Redaksiyamızın elektron poçtuna Gəncə Dövlət Universitetinin bir qrup müəllimləri tərəfindən göndərilmiş məktub daxil olub. Həmin məktubda müəllimlər çox ciddi iddialar irəli sürüblər.
Qeyd edək ki, məktubda qeyd olunan iddialarla bağlı tərəfimizdən Elm və Təhsil Nazirliyinə rəsmi sorğu göndərilib. Həmçinin, qarşı tərəfin də söz haqqını tanıyırıq.
Məktubu olduğu kimi təqdim edirik:
“Məlum olduğu kimi, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov rüşvətxor əməllərinə görə Təhsil Naziri Emin Əmrullayev tərəfindən arzu olunmaz şəxs hesab olunur. Bu barədə mətbuatda dəfələrlə yazılıb. Lakin edilən şikayətlərə baxmayaraq rektor istədiyi özbaşınalıqlara imza atmaqda davam edir.
İlqar Kubışev Gəncə Dövlət Universitetində əvvəllər rektor köməkçisi işləyirdi. Bu adamın adı Müəllimlər İnstitutuna saxta tələbə qəbulu, saxta diplom satışı, qadın alveri kimi məsələlərdə dəfələrlə hallanıb.
İlqar Kubışev Azərbaycan Texniki Universitetinin Maşınqayırma ixtisasını bitirmişdir. Lakin rektor köməkçisindən əlavə, həm də Gəncə Dövlət Universitetinin İnformatika kafedrasının dosenti olub.
Bu günə kimi bir dəfə də olsun kafedraya gəlməmişdir, onun dərs keçdiyini isə heç kim görməyib. Onun dərs yükünə daxil olan dərslər ya keçilməyib, ya da kafedranın digər müəllimləri tərəfindən əvəz olunub.
Bu adam o qədər savadsızdır ki, tədris etdiyi fənnə aid sillabusunda olan istənilən bir mövzu ətrafında beş dəqiqə belə danışmaq qabiliyyəti yoxdur.
Məlumdur ki, Gəncə Regional Kolleci, eyni zamanda Gəncə Musiqi Kolleci Gəncə Dövlət Universitetinin tərkibinə verilib. Rektor Yusif Yusibov bu şəxsi Gəncə Musiqi Kollecinə direktor təyin etdirdi. Maşınqayırma ixtisasını bitirmiş İlqar Kubışev Yusif Yusibovun təqdimatı ilə Gəncə Musiqi Kollecinə direktor təyin edildi.
Maraqlıdır, maşınqayırma hara, musiqi hara?
Səbəb aydındır, İlqar Kubışev orada Yusif Yusibovun açdığı bazarda kassir rolunu oynayırdı. Qısa bir müddət ərzində İlqar Kubışev orada elə bir şərait yaratdı ki, bütün müəllim kollektivi onun əleyhinə üsyana qalxdı. Bundan sonra nazirliyin əmri ilə İlqar Kubışev həmin vəzifədən qovuldu və yenidən Gəncə Dövlət Universitetində rektor köməkçisi işləməyə başladı.
Daha sonra Gəncə Dövlət Universitetinin rektoru öz qardaşı Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusibovun köməkliyi ilə Gəncə Regional Kollecinin direktoru Fəxrəddin Zeynalovun torbasını tikdi və onun işdən azad olunmasına nail oldu. Yusif Yusibov dərhal təqdimat verib İlqar Kubışevi həmin kollecə direktor təyin etdirdi. Yenə də Musiqi Kollecində olduğu kimi Gəncə Regional Kollecdə də kollektiv bu adamın əleyhinə qalxdı.
Nəticədə korrupsiya əməllərinə görə Təhsil Naziri Emin Əmrullayevin əmri ilə yenidən İlqar Kubışev vəzifədən qovuldu.
Maraqlıdır, Təhsil Naziri Emin Əmrullayev işindəki ciddi korrupsiya faktlarına görə töhmət verib İlqar Kubışevi işindən qovur. İlqar Kubışev isə öz yaxın adamları vasitəsilə Yusif Yusibovun dəstəyi ilə kollecə Emin Əmrullayev tərəfindən direktor təyin edilmiş Xoşqədəm Xudiyevaya qarşı təxribat törədir, kollecdə normal iş prosesinə mane olur.
İlqar Kubışev direktorluqdan azad olunduqdan sonra Gəncə Dövlət Universitetində işləmir. Lakin buna baxmayaraq Yusif Yusibov onu vəzifədən azad olunmuş tədris işləri üzrə prorektor Şahin Xurşudovun kabinetində oturdub. İlqar Kubışev Gəncə Dövlət Universitetində imtahanların gedişinə nəzarət edir, bütün məsələləri o həll edir.
Bu barədə sosial şəbəkələrdə və müxtəlif saytlarda məlumat dərc olunduqdan sonra Yusif Yusibov əsəbi şəkildə əzələ nümayiş etdirərək əmr verib İlqar Kubışevi rektorun müşaviri təyin etdi. Hal-hazırda rektor Yusif Yusibovun 5 prorektoru, 2 köməkçisi və 3 müşaviri var. Heç nazirlikdə bu qədər mənasız ştatlar yoxdur.
Rektor isə açıq-aşkar təhsil naziri Emin Əmrullayevə meydan oxuyur. Təhsi Nazirinin işində korrupsiya əməlləri olduğuna görə töhmət verib vəzifədən qovduğu bir şəxsi yenidən yüksək vəzifəyə təyin edir.
Bundan başqa ötən il Yusif Yusibov Türkiyə ali məktəblərinə pul müqabilində tələbə qəbulu ilə məşğul olan Seymur Meşaikdən 30000 manat pul alıb Universitetə Elmi Katib təyin etdi. İndi isə həmin Seymur Meşaiki tədris işləri üzrə prorektor təyin etdirmək istəyir.
İlqar Kubışevin ayıq vaxtı olmur. İçki düşkünü olan bu şəxs bütün gün ərzində saçı jeleli, cibində isə fransız ətiri gəzdirdiyindən universitet kollektivi onu Mamlı-Matan adlandırırlar.
Rektor isə ölkə Prezidentini belə aldadaraq, İlqar Kubışevə Tərəqqi medalı verilməsinə nail olub. Sual yaranır, hansı xidmətlərinə görə???
Gəncə Dövlət Universitetində olan rektor özbaşınalığının qarşısını almağın zamanı nə vaxt gələcək????? Bu kollektiv nə vaxta qədər təhqir olunacaq???” (Dogruxeber.az)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Təhsil

17-06-2025, 10:13

Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-MÜRACİƏT

Gündəm / Cəmiyyət

30-11-2024, 10:04

Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...

Təhsil

7-04-2023, 21:55

"Özbaşınalıq, korrupsiya və anarxiya..." - Gəncə Dövlət Universiteti

Gündəm / Cəmiyyət

8-11-2024, 12:08

Rektor öz təsərrüfatına texnika alır... xərci universitetə yükləyir... - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

17-10-2024, 11:10

UNEC-in Dərbənd filialı: Diplomlar NİYƏ VERİLMİR? - Görünəni odur ki...

Gündəm / Siyasət

20-05-2024, 17:30

Yeni rektor kimdir?

Cəmiyyət / Təhsil

3-06-2025, 12:17

GDU-da rüşvət necə alınıb-Faktlar açıqlandı

Təhsil / Araşdırma

20-05-2024, 09:52

Elvin Abbasovun Saxta diplomu yaxınlarını təşvişə saldı - Naziri kimlər aldadıb? ARAŞDIRMA

Cəmiyyət

30-09-2024, 14:04

Məzunlardan diplom üçün pul alan müdir işdən çıxarıldı

Gündəm / Cəmiyyət

21-10-2024, 11:23

Gəncə Dövlət Universitetinin əməkdaşlarının rektora müraciəti: Cənab rektor,... fəaliyyətinizi düzəldin

Cəmiyyət / Təhsil

21-06-2023, 12:34

AzTU-nun tələbəsini intihar həddinə çatdıran rektor Vilayət Vəliyevdir?... - Xəstənin xəstə ayağı əvəzinə sağlam ayağını kəsən və bunu MEXANİKİ səhv hesab edən həkimlə rektor Vilayət Vəliyevin “qan qohumluğu”...

Təhsil / Araşdırma

30-05-2024, 15:05

Elvin Abbasovun “Odlar Yurdu Universitetinin möhürü ilə Saxta diplomu kim verib?

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 10:59
“Daewoo” yol kənarındakı maşınlara çırpıldı - Ölən var
Bu gün, 10:00
33 yaşlı kişi Qarabağ kanalında batıb
Dünən, 13:00
Dənizdə batan Ümid müstəntiq işləyirmiş
Dünən, 10:30
Şəkidə maşın piyadaları vurdu - 1 ölü, 1 yaralı
Dünən, 10:00
Xəzərdə zəlzələ oldu
25-07-2026, 13:30
Qəçrəşdəki restoranda 29 yaşlı oğlan öldü
Xəbər lenti
  • Bu gün, 16:54
    Rafiq Quliyev parkı və piyada səkisini PUB-a çevirmək üçün hansı qaydanı işlədib? - VİDEO
  • Bu gün, 16:12
    Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb
  • Bu gün, 15:58
    Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının təmirinə xərclənən pullar və reallıqlar
  • Bu gün, 15:42
    "Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib
  • Bu gün, 15:25
    Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
  • Bu gün, 14:44
    Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb
  • Bu gün, 14:23
    Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
  • Bu gün, 13:49
    Rusiya və Belarus vətəndaşlarını ölkəyə bu şərtlə buraxacaqlar
  • Bu gün, 13:39
    Sabah külək əsəcək, 41 dərəcə isti olacaq
  • Bu gün, 13:24
    Direktor hegamoniyası davam edir - Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi
  • Bu gün, 13:01
    Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib
  • Bu gün, 12:48
    Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:
  • Bu gün, 11:57
    Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək
  • Bu gün, 11:52
    Baş idarəyə yeni rəis təyin edildi - Foto
  • Bu gün, 11:42
    Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb
  • Bu gün, 11:24
    “SK Servis“ yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur
  • Bu gün, 11:07
    MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək
  • Bu gün, 10:59
    “Daewoo” yol kənarındakı maşınlara çırpıldı - Ölən var
  • Bu gün, 10:40
    Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır
  • Bu gün, 10:21
    Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"
  • Bu gün, 10:00
    33 yaşlı kişi Qarabağ kanalında batıb
  • Bu gün, 09:50
    Milyonlarla büdcəsi olan xəstəxanada cəmi bircə həkim tapıldı! — Bərdədə NƏ BAŞ VERİR? VİDEO
  • Bu gün, 09:42
    KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib
  • Bu gün, 09:29
    Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
  • Bu gün, 09:16
    "Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb
  • Bu gün, 09:10
    MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
  • Bu gün, 09:01
    Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək
  • Dünən, 18:17
    Bir xəbər, 86 min izləyici: Orxan Rasifoğlunun canlı yayımı TikTok tarixində diqqət çəkən göstəriciyə çatdı
  • Dünən, 16:30
    İspaniyada yanğınlara görə 116 mindən çox şəxs təxliyə edilib
  • Dünən, 16:00
    Rusiyada əlverişsiz hava səbəbindən bir nəfər ölüb, 13 nəfər yaralanıb
  • Dünən, 15:00
    Sabah 40° isti olacaq
  • Dünən, 14:00
    “İran qonşularla münasibətləri bərpa etməyə çalışır”
  • Dünən, 13:30
    Prezident həmkarını təbrik etdi
  • Dünən, 13:00
    Dənizdə batan Ümid müstəntiq işləyirmiş
  • Dünən, 11:00
    İranla bağlı həmin məsələdən narahatdır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə