• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Makron hökumətinin keyfiyyətsiz medallarda əksini tapan “siması” - ŞƏRH

Gündəm / Siyasət

21-01-2025, 12:23

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunları beş aydan çoxdur ki, tarixin yaddaşına qovuşub. Xoşagəlməz hadisələrlə, xüsusilə açılış mərasimindəki rüsvayçı səhnələrlə xatirələrdə dərin iz buraxan yarışla bağlı qanqaraldıcı olaylar isə səngimək bilmir. Artıq bir neçə aydır ki, medalların keyfiyyəti, daha doğrusu, keyfiyyətsizliyi ilə bağlı xəbərlər dünya mətbuatını bəzəyir. “Nəhəng iş”in nəticəsi olaraq 100-dən çox medal keyfiyyətini itirdiyinə görə geri qaytarılıb. Xüsusilə “bürünc”lərin daha çox zədələnməyə və paslanmaya məruz qaldığı bildirilir.

Halbuki Paris-2024-ün startından əvvəl bəh-bəhlə yarışın medallarının təqdimat mərasimi keçirilmişdi. Yerli Təşkilat Komitəsinin mənzil-qərargahında baş tutan tədbirdə qurumun sədri Toni Estanqe medalların böyük zəhmət bahasına və çətinliklə başa gəldiyini açıqlamışdı. Sitat: “Qızıl, gümüş və bürünc medalların Eyfel qülləsinin qiymətli metalı ilə eyni qarışıqda olması üçün nəhəng iş görülüb”.

Əslində, ilk narazılıq hələ olimpiadanın gedişində ortaya çıxmışdı. ABŞ-dən olan skeytbordçu Nayca İmani Hyustonun qazandığı bürünc medalın keyfiyyətsiz olması ilə bağlı paylaşdığı video həmin vaxt xeyli müzakirələrə səbəb olmuşdu. Daha sonra başqa idmançılar da eyni problemdən gileyləndilər. Fransalı üzgüçülər Kleman Sekki ilə Yohann Ndoy Bruar da narazılar ordusunun sıralarına qoşuldular. Onlar olimpiadanın estafet yarışında bürünc mükafata yiyələnmişdilər. Yohann Ndoy Bruar ölkəsinin yarıtmaz təşkilatçılığını lağ-lağı obyektinə çevirməkdən belə çəkinmədi. Belə ki, o, "Paris 2024" əvəzinə "Paris 1924" yazaraq təşkilatçıları ələ saldı. Kleman Sekki isə medalları "timsah dərisi"nə bənzətdi...

“Report”un araşdırması nəticəsində bəlli oldu ki, Azərbaycan millisinin iki üzvü də analoji problemlə üzləşib. Söhbət Paris-2024-ün gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov (58 kq) və yunan-Roma güləşində üçüncü olan Həsrət Cəfərovdan (67 kq) gedir. Q.Maqomedov medalın keyfiyyətinin arzuolunan səviyyədə olmadığını "Report"a açıqlamasında təsdiqləmişdi: "İlk günlərdən ona çox diqqətlə yanaşırdım. Medal bütün bu müddət ərzində xüsusi çantada saxlanılırdı. Təxminən iki ay çantada qaldı, yaxınlaşıb baxırdım, bəzən heyran olurdum. Bir neçə gün əvvəl Azərbaycana təlim-məşq toplanışına getməli olanda düşündüm ki, ehtiyat üçün özümlə götürüm. Bəlkə haradasa lazım olar, bəlkə hansısa tədbirdə Gənclər və İdman Nazirliyi və ya Taekvondo Federasiyasından onu özümlə götürməyi deyərlər. Mən onu götürməyi qərara aldım və çantadan çıxaranda gördüm ki, bir az korlanıb. Başa düşə bilmirəm, niyə? Toxunmuram da, əksinə, həmişə ehtiyatla yanaşmışam. Qısası, bəli, mən də bu pis keyfiyyətlə qarşılaşdım".

Makron hökumətinin keyfiyyətsiz medallarda əksini tapan “siması” - ŞƏRH

H.Cəfərov isə medalın üzərindəki müəyyən hissənin qopduğunu diqqətə çatdırdı. O, olimpiadada verilən mükafatın çox keyfiyyətsiz olduğunu vurğuladı. Milli Olimpiya Komitəsindən isə "Report"un sorğusuna cavab olaraq olimpiadanın digər mükafatçıları ilə də əlaqə saxlanılacağı və araşdırma tamamlandıqdan sonra lazımi addımlar atılacağı açıqlandı. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin "Report"a müsahibəsində söylədikləri Fransanın yarıtmaz təşkilatçılığına dair növbəti tutarlı nümunədir: "Yay Olimpiya Oyunlarında qazanılan 7 medalın hər birini araşdırıb, daha sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanlayacağıq. Yeganə addım budur. İlk dəfədir ki, belə halla üzləşirik. Bunu olimpiadanın təşkilatçılığındakı qüsurların davamı saymaq olar. Bu, Paris-2024-ün Təşkilat Komitəsinin fəaliyyəti ilə bağlı məsələdir. Aydın məsələdir ki, Təşkilat Komitəsinin zəifliyi bir çox məsələlərdə özünü göstərdi. Buna görə də ümumi problemdir. Müxtəlif problemlər var idi. Ümumiyyətlə, başqa ölkələrlə müqayisədə Paris olimpiadasında problemlərin sayı daha çox idi".

Kütləvi etirazlardan sonra Beynəlxalq Olimpiya Komitəsi də məsələyə münasibət bildirdi. Qurum zədələnmiş bütün medalların istehsalçı “Monnaie de Paris” tərəfindən sistemli şəkildə əvəzlənəcəyini, prosesə yaxın həftələrdə başlanılacağını açıqladı.

Arayış üçün qeyd edək ki, Fransanın tanınmış zinət əşyaları brendi “Chaumet” tərəfindən dizayn olunan medallar Eyfel qülləsindən götürülmüş dəmir hissəciklərlə zənginləşdirilib. Olimpiya və Paralimpiya medallarının üz hissəsi eynidir. Ümumilikdə 5084 medal hazırlanıb ki, onların hər birinin diametri 85 mm, qalınlığı 9,2 mm-dır. Qızıl medal 529, gümüş 525, bürünc 455 qramdır. Hər birinin tərkibinə Eyfel qülləsinin konstruksiyasından 18 qram əlavə edilib.

Ümumiyyətlə, Beynəlxalq Olimpiya Komitəsinin medallarla bağlı konkret standartları var və bundan olimpiadaya ev sahibliyi edən hər bir təşkilatçı ölkə xəbərdardır:

- Qızıl medal ən azı 925 əyarlı gümüşdən hazırlanır, 6 qram qızıl örtüklü olmaqla

- Gümüş medal 925 əyarlı gümüşdən hazırlanır

- Bürünc medal əsasən mis, qalay və sinkdən hazırlanır

Amma görünən budur ki, Fransa bu məsələdə də saxtakarlığa yol verib. 100-dən çox medalın keyfiyyətini itirməsi belə düşünmək üçün kifayət edir. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, olimpiadalar tarixində medalların keyfiyyəti ilə bağlı bu cür kütləvi narazılıq olmayıb. Bəli, Azərbaycana qarşı düşmən mövqeyində olduğunu Olimpiya dəyərlərini heçə sayaraq yarışın açılış mərasimi zamanı belə büruzə verən, hələ də müstəmləkəçilik siyasətindən əl çəkməyən, utanmadan dünyaya demokratiya dərsi keçən Fransa növbəti dəfə gülməli duruma düşüb. Əlbəttə, medallarla bağlı məsələ nüfuzu sıfıra yaxınlaşan Makron və onun hökuməti üçün ciddi zərbədir. Bu, iyulun 26-dan avqustun 11-dək davam edən yarışın təşkilatçılığında qeydə alınan çoxsaylı qüsurların məntiqi davamı da sayıla bilər. Onu da qeyd edək ki, bir qızıl medalın qiyməti 950, gümüş medalın 486, bürünc mükafatın isə 13 dollara bərabərdir. Hələlik 100-dən çox medalın xarab olduğunu, bu prosesin davam etdiyini və onların dəyişdiriləcəyini nəzərə alsaq, Fransanın büdcəsinə əlavə ziyan dəyəcəyi şübhə doğurmur. Bu bir növ Fransanın və Makron hökumətinin keyfiyyətsiz medallarda əksini tapan “simasıdır”!

Sonda onu da xatırladaq ki, Paris-2024-də 15 idman növündə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medalla 30-cu yerdə qərarlaşmışdı ki, bu da tarixi nəticə idi. Cüdoçular Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olmaqla Paris publikasını Azərbaycanın Dövlət Himnini ayaqüstə dinləməyə məcbur etmişdi. Taekvondoçu Qaşım Maqomedov (58 kq) və boksçu Alfonso Dominqes (92 kq) yalnız finalda uduzaraq gümüş medal qazanmışdı. Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) də fəxri kürsünün üçüncü pilləsində yer almaqla Parisdə üçrəngli bayrağımızı dalğalandırmışdılar.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İdman

18-08-2022, 10:09

İslamiada: Azərbaycan 88 medalla 4-cüdür

İdman

20-01-2025, 13:52

Qaşımın Parisdə qazandığı medal keyfiyyətsiz çıxdı

İdman

12-08-2022, 10:08

İslamiada: Azərbaycan medal sıralamasında 4-cü pilləyə yüksəldi

İdman

31-07-2024, 09:41

Paris-2024: Azərbaycan medal sıralamasında 16-cı pillədə qərarlaşıb

İdman

30-07-2024, 09:14

Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb

İdman

1-09-2023, 18:00

Avropa paralimpiya çempionu: “Dünya üzrə də yüksək nəticə əldə etmək əzmindəyik”

İdman

15-04-2024, 18:36

Paris Olimpiadasında terror TƏHLÜKƏSİ

İdman

12-07-2024, 14:50

Paris Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb

İdman

5-09-2024, 09:51

Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti sınağına çıxacaq

Gündəm / İdman

13-08-2024, 08:57

"Azərbaycan xalqı mənə çox inandı"

Gündəm / İdman

3-08-2024, 10:34

Olimpiya çempionlarımız Vətənə geri dönür

Gündəm / İdman

7-08-2024, 08:54

“Paris-2024”: 4 idmançımız mübarizəyə başlayır

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Bu gün, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Bu gün, 11:42
Xəzər dənizində zəlzələ olub
Dünən, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
Xəbər lenti
  • Bu gün, 15:36
    Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
  • Bu gün, 15:26
    Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
  • Bu gün, 15:00
    "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başlayıb
  • Bu gün, 13:45
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
  • Bu gün, 13:36
    Necə olur ki, Elxan İsmayılov “Fəxri dəmiryolçu” adına layiq görülür? - Hansı konkret xidmətinə görə?..
  • Bu gün, 13:22
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Bu gün, 13:10
    Hande Erçel Cennifer Lopezlə bir arada - Foto
  • Bu gün, 12:36
    Türkiyədə zəlzələ olub
  • Bu gün, 12:23
    51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
  • Bu gün, 11:42
    Xəzər dənizində zəlzələ olub
  • Bu gün, 11:24
    Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.
  • Bu gün, 10:25
    Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar
  • Bu gün, 10:15
    Satışda vaxtı keçmiş UŞAQ QİDASI... - BU NƏDİ BELƏ?
  • Bu gün, 09:54
    Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir
  • Bu gün, 09:43
    "“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz" - Jurnalist gördüyünü yazır
  • Bu gün, 09:26
    Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
  • Bu gün, 09:22
    Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
  • Bu gün, 08:55
    Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • Dünən, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Dünən, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • Dünən, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • Dünən, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • Dünən, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
  • Dünən, 17:14
    Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
  • Dünən, 17:03
    “Kristal Bakı”nın külli miqdarda vergi borcu var? - Sorğu
  • Dünən, 15:51
    Martin Ryan Lənkəran Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb
  • Dünən, 15:42
    Yeni Günəşlidə "gözdən pərdə asırlar" - Əsas yollar yenə kənarda qalıb- VİDEO
  • Dünən, 14:51
    Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 14:43
    Binəqədidə “Şəhərsalma və Memarlıq İli”- Damlar da tikintiyə qoşulub! - VİDEO
  • Dünən, 14:00
    Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib
  • Dünən, 13:51
    Baba Rzayevin bir gündə 170 milyon manatdan çox dəyəri olan tenderləri verdiyi şirkətlər kimə məxsusdur
  • Dünən, 13:12
    Azərbaycan IEC ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
  • Dünən, 13:03
    Şirvan Peşə Liseyində Eyvazov və Bayramlı xofu - 25 ilin işçiləri işdən niyə çıxarılır?
  • Dünən, 12:52
    Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə