Sizin reklam burada 728×90
Son dəqiqə

Gürcüstan Aİ-yə inteqrasiyanı dayandırır

28.11.2024 19:26 350 1 dəq oxunur
Gürcüstan Aİ-yə inteqrasiyanı dayandırır
“Gürcüstan 2028-ci ilə qədər Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırır”.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət üzvləri ilə mətbuat konfransında deyib.

“Biz 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəlmişik. Həmçinin, 2028-ci ilin sonuna qədər Avropa İttifaqının istənilən büdcə qrantlarından imtina edirik. Avropaya inteqrasiya üçün maliyyəni Aİ-nin bizə sədəqə kimi təqdim etməsi qəbuledilməzdir”, - Kobaxidze brifinqdə bildirib.

Kobaxidze onu da deyib ki, avropalı siyasətçilər və bürokratlar ayrılan qrant və kreditlərdən Gürcüstana qarşı şantaj kimi istifadə edirlər.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az