Sizin reklam burada 728×90
Son dəqiqə

İrakli Kobaxidze: "Xarici agentlər haqqında" qanuna qarşı aparılan kampaniya rüsvayçılıqdır

21.06.2024 13:50 490 1 dəq oxunur
İrakli Kobaxidze: "Xarici agentlər haqqında" qanuna qarşı aparılan kampaniya rüsvayçılıqdır
Gürcüstanın baş naziri İrakli Kobaxidze "Xarici agentlər haqqında" qanuna qarşı aparılan kampaniyanı rüsvayçılıq adlandırıb.

"Report"un yerli bürosu xəbər verir ki, baş nazir bu barədə jurnalistlərə açıqlama verib.

"Hər bir ölkə öz suverenliyinə önəm verir. Kanadada, təbii ki, şəffaflıq haqqında qanunun qəbulu xarici təsirlərin qarşısının alınmasına və ölkənin suverenliyinin qorunmasına xidmət edir. Buna əsaslanaraq Gürcüstanda şəffaflıq qanununa qarşı aparılan kampaniya tam bir fars idi. Kanada nümunəsi bunun daha bir bariz təsdiqidir. Heç bir arqument olmadan qanunu tənqid etmək sadəcə olaraq rüsvayçılıqdır”, - İrakli Kobaxidze bildirib.

Qeyd edək ki, Kanada Senatı iyunun 19-da xarici müdaxiləyə qarşı mübarizəni nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az