Masallıda GÖZƏGÖRÜNMƏZ TƏHSİL - BU NƏDİ BELƏ?
Masallı şəhər 1 saylı tam orta məktəblə bağlı redaksiyamıza daxil olan məlumatlar təhsil idarəçiliyində ciddi suallar doğurur.
İddialara görə, 2023–2024 və 2024–2025-ci tədris illərində bəzi şagirdlərin adları UTİS elektron sistemində təhsil alanlar sırasında göstərilsə də, həmin şagirdlər faktiki olaraq dərslərdə iştirak etməyiblər. Daha ciddi məqam isə onların attestat əldə etməsi ilə bağlı səsləndirilən iddialardır.
İndi isə əsas sualımız budur: Bu proses yalnız məktəbin daxilində baş verə bilərdimi?
Məktəbin direktorunun məsuliyyəti harada başlayır və harada bitir? Şagirdlərin davamiyyətinə, tədris prosesinə, qiymətləndirilməsinə və yekun nəticələrinə nəzarət edənlər bu iki tədris ili ərzində nə işlə məşğul olublar?
Bəs Masallı təhsil sektoru? Məktəblərə nəzarət etmək, elektron sistemə daxil edilən məlumatların reallığa uyğunluğunu yoxlamaq, tədrisin keyfiyyətinə və qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət etmək kimin vəzifəsidir?
Regional təhsil idarəsinin məsuliyyəti də kənarda qala bilməz. Əgər tabeliyindəki məktəbdə iki tədris ili ərzində belə bir vəziyyət yaranıbsa, nəzarət mexanizmləri niyə bunu vaxtında üzə çıxarmayıb? Yoxsa nəzarət yalnız hesabatlarda mövcuddur?
Bir məktəbdə şagirdin dərsə gəlib-gəlməməsini müəyyən etmək mümkün deyilsə, elektron sistemə daxil edilən məlumatların doğruluğuna kim zəmanət verir? Əgər məlumatlar həqiqəti əks etdirmirsə, bu məlumatları kim daxil edib, kim təsdiqləyib, kim yoxlayıb?
Cənablar, təhsil idarəçiliyi vəzifə kreslosunda əyləşməklə bitmir! Nəzarət vəzifə səlahiyyətinin formal hissəsi deyil, real məsuliyyət tələb edən öhdəlikdir.
Bir tərəfdə övladının təhsili üçün əziyyət çəkən valideyn, gecəsini gündüzünə qatan şagird, illərlə çalışan müəllim var. Digər tərəfdə isə əgər iddialar təsdiqlənərsə, dərsə gəlmədən təhsil almış kimi rəsmiləşdirilən şəxslər və bu prosesə nəzarət etməli olan məsul şəxslər dayanır.
Belə bir mənzərədə susmaq, görməmək, eşitməmək də ayrıca suallar doğurur.
Biz heç kimin barəsində əvvəlcədən hökm vermirik. Ancaq heç bir vəzifə sahibinin də məsuliyyətdən yayınmaq imkanının olmamalı olduğunu düşünürük.
Tələbimiz konkretdir:
- Masallı şəhər 1 saylı tam orta məktəbdə 2023–2024 və 2024–2025-ci tədris illəri üzrə şagird davamiyyəti yoxlanılsın.
- UTİS məlumatları sinif jurnalları, qiymətləndirmə sənədləri və digər ilkin sənədlərlə tutuşdurulsun.
- Attestatların hansı əsaslarla verildiyi araşdırılsın.
- Məktəb direktorunun, Masallı təhsil sektorunun və regional təhsil idarəsinin nəzarət vəzifələrini necə yerinə yetirdiyi müəyyənləşdirilsin.
- Qanun pozuntusu təsdiqlənərsə, məsul şəxslər barəsində qanunamüvafiq tədbirlər görülsün.
Bir həqiqəti unutmayaq: Məktəbdə olmayan şagirdi sistemdə var göstərmək mümkündürsə, deməli, artıq yoxlanılmalı olan təkcə şagirdin davamiyyəti deyil, bütöv nəzarət sistemidir!
Təhsil kiminsə şəxsi təsərrüfatı, attestat isə kiminsə paylayacağı mükafat deyil!
Təhsilmedia.org

Şikayət və təkliflər üçün qaynar xətt
Xəbər, şikayət və təklifinizi bizə göndərin
Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz
BakuNews.az
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]