Sizin reklam burada 728×90
Son dəqiqə

Nyu-Yorkda baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb

29.11.2026 12:00 132 1 dəq oxunur
Nyu-Yorkda baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
Nyu-Yorkun Kuins rayonunda baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bu barədə polisə istinadən "The New York Post" qəzeti məlumat yayıb.

İnsident nəticəsində güllə yarası alan 21 yaşlı kişi ölüb. O, Elmherst xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

24 və 38 yaşlı daha iki kişi güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı şəxsi saxlayıblar.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az