Sizin reklam burada 728×90
Son dəqiqə

Ağcabədi fəaliyyət göstərməyən məktəb binasında yanğın olub

29.11.2026 16:00 337 1 dəq oxunur
Ağcabədi fəaliyyət göstərməyən məktəb binasında yanğın olub
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağcabədi rayonunun Minaxorlu kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 370kv.m. olan fəaliyyət göstərməyən ikimərtəbəli məktəb binasında baş vermiş yanğın genişlənərək yaxınlıqda yerləşən və fəaliyyətdə olan digər məktəb binasına keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində binanın yanar konstruksiyaları yanıb.

Yaxınlıqda yerləşən məktəb binası yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az