• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

"Cavanşir polisə şikayət edib demişdi ki, Amil onu öldürməyə hazırlaşır" Mərdəkanlı Amilin qardaşı və əmisi oğlunun cinayət işi

Cəmiyyət

2-10-2024, 17:48

Avqust ayında qətlə yetirilən Mərdəkanlı Amilin qardaşı Pərviz Cabir oğlu Xudaverdiyev və əmisi oğlu Seymur Adil oğlu Xudaverdiyevin növbəti məhkəmə prosesi keçirilib. "Bakunews.az"ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslər ifadə verib.

Pərviz Xudaverdiyev danışmaqda çətinlik çəkib. Buna səbəb onun əsəb pozuntusu problemi olub:

"Cavanşir ailəmizə qarşı təhqiredici ifadələr işlətmişdi. Olayı xatırladıqca əsəbiləşirəm. İfadə verə bilməyəcəm. Xahiş edirəm istintaqda dediklərimi əsas götürün".

Bu səbəbə görə, təqsirləndirilən şəxsin ifadəsi səsləndirilib.
O, istintaqa ifadəsində bildirib ki, ailəsinə qarşı səsləndirilən nalayiq ifadələr təqsirləndirilən şəxsin psixologiyasına pis təsir edib:

"Cavanşir mənim böyük qardaşımın qudasıdır. Onun qızı evləndiyi ilk illərdən sonra münaqişələr düşüb. Nəticədə o evli olduğu Elməddinlə boşanmaq qərarına gəlib. Məhkəmə boşanma zamanı əmlaklar barədə qərar çıxarıb. Bu da ailələr arasında problem yaratdı. Sonra Cavanşir ərizə ilə şikayət edərək qardaşı Amilin onu öldürməyə hazırlaşdığını bildirib. Sonra qardaşım onunla barışıq əldə edib. Bundan da sonra Cavanşir el arasında, yəni kənddə bizimlə bağlı etik olmayan sözlər yayırdı.

Ən sonda Ruslan Cəlilov adlı şəxs tiktokda mənim ailəm və qardaşımla bağlı nalayiq ifadələr səsləndirib. Anladım ki, ona bu məlumatları Cavanşir verib. Çünki videoların birində yalnız onun çəkə biləcəyi evimizə aid şəkil gördüm. Mənim sosial şəbəkəm yoxdur deyə bunu gec öyrəndim. Bu hadisə mənim psixologiyama pis təsir etdi. Düşüncələrə qərq olmuşdum. Günortadan sonra əmim oğlu Seymur bizə gəldi. Bizimlə söhbət etdi. Məni isə söhbətlərə qulaq asmırdım. O gedərkən Seymura Cavanşirgilə düşürməsini xahiş etdim. O mənə qabaqda su töküldüyünü və arxada əyləşməyimi xahiş etdi. O işıqfordan dönmədikdə səhv getdiyini söylədim. O davam etdi və biz Cavanşirin işlədiyi dükana getdik. Onu Kamazda gördüm və yadıma o anlar düşdü. Birdən özümü itirib saxla deyib maşını saxlatdırdım. Həmin vaxt Seymur da özünü itirib ani dayandı. Ondan sonra hadisə necə oldu xatırlamıram. Maşından necə düşdüm, Seymura nə dedim, Cavanşirin üzərinə necə getdim bilmirəm. Sadəcə onu xatırlayıram ki, Seymur mənə sənə nə olub Pərviz deyə qışqıranda özümə gəldim. Nə olduğunu anlayıb könüllü təslim oldum. Cavanşirlə problemim olmayıb. Lakin, qardaşım qızı və ailəmiz haqda danışdıqlarını qəbul edə bilmədim.
İstifadə etdiyim silahı hər zaman gizlətmişəm. Bundan evdəkilərin xəbəri olmayıb.

Mənim Cavanşiri öldürmək niyyətim olmayıb. Hər şey təsadüfən baş verib. Heç Seymurun da xəbəri olmayıb. O maşında əyləşmişdi. Hadisədən sonra da ona heç nə danışmamış, uzaqlaşmasını demişdim. Məni maşından düşürdəndə, evə çatdıqdan sonra Seymura Cavanşiri vurduğumu söylədim. Daha sonra da təslim oldum.
O videonu da kiçik oğlum göstərmişdi. Ona baxdıqdan 2-3 gün sonra hadisəni törətmişəm.

Hadisədən öncəki gün silah üzərimdə olmayıb, əvvəllər isə olub. Silah Seymur bizə gəldiyi gün tezdən üzərimdə idi. Bu olayları heç kimə danışmamışam. Heç qardaşıma da.
Həmin videolarda qardaşımın, ailəmin şəkillərini yayımlayıb təhqir edirdilər.

"Mən əməlimdən peşmanam. Zərərçəkmişlərlə barışmışıq".
Pərviz Xudaverdiyev Maştağada dispanserdə 2-3 dəfə yatdığını və müalicə aldığını söyləyib.

Seymur Xudaverdiyev ifadə verərək atəş səsini eşitdiyi bildirib:

"Hər şey çox ani oldu, heç bir dəqiqə çəkmədi. Atəş açılması səsi eşitdim. Bunu eşidən an maşından düşmək istədim. Bu zaman Pərvizin gəldiyi gördüm. Ondan nə baş verdiyi soruşdum. O isə "sənlik deyil" deyərək maşını onun yaşadığı ünvana sürməyimi istədi.

Mən hadisəni tam görə bilmədim. Çünki maşının qabağında "KAMAZ" markalı avtomobil dayanmışdı. Mənim olayların başımdan xəbərim olmayıb. Əmim arvadım xəstə idi deyə getmişdim Pərviz gilə.

Pərviz polisə gedib təslim oldu. Mən də getdim onun qardaşına məlumat verməyə. Sonra birlikdə gəldik polisə. Hadisədən sonra Pərviz pis vəziyyətdə idi. Gözləri dolmuşdu, kədərlənmişdi.

Mənə dedi ki, Mübarizin anası xəstədi, gedək ora. Hadisədən sonra ora getdik. Ünvanı tanımırdım. Özü yolu göstərdi".

Məhkəmə prosesi 23 oktyabr tarixinədək təxirə salınıb.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsi ərazisində baş verib. 53 yaşlı Abdullayev Cavanşir Ruhulla oğlu revolver markalı tapança ilə qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Xudaverdiyev Pərviz Cabir oğlu saxlanılıb. O, polisə gələrək təslim olub.

İstintaq araşdırması zamanı hadisənin törədilməsində iştirak edən daha bir nəfər Seymur Adil oğlu Xudaverdiyev də müəyyən olunaraq saxlanılıb.

2023-cü il noyabrın 1-də saat 17 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Cavanşir Abdullayevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı "Revolver" tipli silahdan atəş açmaqla Cavanşir Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Cabir oğlu Xudaverdiyev də saxlanılıb. O, polisə gələrək təslim olub.

hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyev ölən şəxsin qohumu olub.
Belə ki, C.Abdullayev Pərvizin əmisi Mərdəkanlı Amilin qudası imiş.

İlkin iddiaya görə, C. Abdullayevin oğlu Ruhulla bir müddət əvvəl Pərvizin bacısını qaçırıb. Belə ki, Ruhulla Pərvizin bacısını boşadığı üçün münaqişə yaranıb.

Mərhum C.Abdullayev quyu qazan texnikanın sürücüsü kimi, P. Xudaverdiyev isə qəssab kimi fəaliyyət göstəriblər.
Onu da xatırladaq ki, bu il avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabir oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Amin Xudaverdiyev uzun illər Rövşən Lənkəranskinin tərəfdarları sırasında yer alıb. 2012-ci ildə Rövşən Lənkəranski ilə Nadir Səlifovun yaxın adamı Qoca ləqəbli Etibar Ələkbər oğlu Məmmədovun arasında insident yaşanarkən Amin Xudaverdiyev birincinin tərəfində dayanıb. Bundan sonra isə uzun illər Rövşən Lənkəranskinin sağ əli hesab olunub.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Hadisə

12-08-2024, 15:01

Qətlə yetirilən biznesmenin qardaşı oğlu həbs edildi

Cəmiyyət

1-04-2024, 23:22

Bir neçə vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Emil Ağayevin məhkəmə prosesi

Şou-biznes

4-09-2023, 09:50

Cavanşir Məmmədovun keçmiş kürəkəninin yenidən məhkəməsi başladı

Gündəm / Siyasət

27-04-2024, 16:04

Prezident onları təltif etdi - Siyahı

---

24-04-2024, 00:06

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Hadisə

10-07-2024, 13:31

Arvadını qətlə yetirən Qaçay təcridxanada yanaraq ölüb - Ailə faciəsi...

Gündəm / Cəmiyyət

24-04-2024, 15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Cəmiyyət

23-08-2022, 10:10

Anasını öldürən hakim qarşısına çıxarılır

Hadisə

23-07-2022, 15:00

"Nəslimizin adını batırdı" - Blogerin qatili hadisənin təfərrüatını açıqladı

Gündəm / Cəmiyyət

2-10-2024, 16:08

"İnstapower" işində YENİ DETALLAR – “76 milyon manat Honkonqa KÖÇÜRÜLÜB”

Kriminal

4-10-2023, 18:16

Bakıda hipermarketə silahlı hücumla bağlı məhkəmə baxışı başlayıb

Cəmiyyət

21-05-2024, 20:29

"Lift quraşdırmaq üçün 90 min avro və 4 min dollar verdim" - Keçmiş deputat Hacı Salayevin məhkəməsi (FOTOLAR)

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 19:00
    AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
  • Bu gün, 18:30
    "Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH
  • Bu gün, 18:00
    Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
  • Bu gün, 17:22
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • Bu gün, 17:05
    Səxavət Kəlbəcərlidən Prezedentə MÜRACİƏT – Cavid Qurbanovun BƏƏ-dəki mülkləri və Ramiz Mehdiyev işi!
  • Bu gün, 16:25
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • Bu gün, 16:01
    Satıcı aldatdı, telefon bloklandı... – “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
  • Bu gün, 15:37
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
  • Bu gün, 15:25
    “Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
  • Bu gün, 15:03
    Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"
  • Bu gün, 13:50
    Ukrayna ordusu Rusiyada iki neft emalı zavodunu vurub
  • Bu gün, 13:22
    “İyundan yanan transformator hələ də düzəlməyib” - Məktəbdə nə işıq var, nə su...
  • Bu gün, 12:58
    İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Bu gün, 12:40
    “İdeal Kredit” və vəzifəli şəxsi ümumilikdə 56 min manat cərimələnib - TƏFƏRRÜAT
  • Bu gün, 12:31
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Bu gün, 12:26
    Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi -İTTİHAM VAR...
  • Bu gün, 12:00
    Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
  • Bu gün, 11:04
    Ceyhun Cəlilovdan ƏCAİB TƏDARÜK... - BU NƏDİ BELƏ?
  • Bu gün, 10:58
    Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
  • Bu gün, 10:52
    “Bakı 4 №-li Yol İstismarı” MMC-dən şikayət - “Pulumuzu verməyən adama Vüsal Nəsirli tərəfindən yüksək vəzifə verildi”
  • Bu gün, 10:41
    Azərbaycan XİN Malini təbrik edib
  • Bu gün, 10:34
    “Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı: Gözlənilməz hökm - TƏFƏRRÜAT
  • Bu gün, 10:15
    Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb
  • Bu gün, 09:36
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Bu gün, 08:47
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Dünən, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • Dünən, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • Dünən, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • Dünən, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • Dünən, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • Dünən, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • Dünən, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • Dünən, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • Dünən, 13:50
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə