• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

"Nəslimizin adını batırdı" - Blogerin qatili hadisənin təfərrüatını açıqladı

Hadisə

23-07-2022, 15:00

Bakıda bloger Əvəz Hafizlini qətlə yetirməkdə ittiham olunan əmisi oğlu Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

bakunews.az teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra ifadə verən təqsirləndirilən şəxs özünü ittihamlarda təqsirli bilib.

O bildirib ki, dəfələrlə Əvəz Hafizli ilə mübahisələri olub: "Əvəz Hafizli ögey əmim oğlu idi. Nəslimizin adını batırırdı. Dedim yolundan qayıt. Yolunu azmışdı, əxlaqsızlıq edirdi. Həmin günü də aramızda mübahisə yarandı. 2014-cü ildən bilirdim ki, əxlaqsızlıq edir. Onu öldürmək istəmirdim, hər dəfə başa salırdım ki, yolundan qayıtsın, deyirdim ki, nəslimizin adını batırma. O isə qulaq asmırdı. Mən əmimgildə qalırdım. Əvəz də əmimgillə bir həyətdə ayrı evdə yaşayırdı. Daimi yaşayış yerim yoxdur. Gah Savalan qəsəbəsində bibim oğlugildə, gah da Balaxanıda əmimgildə qalırdım. Həmin gün Əvəzgilə getdim, ona axırıncı xəbərdarlıq elədim ki, bu yoldan qayıdacaqsan. O isə mənə dedi ki, bu, mənim sənətimdir, get işinlə məşğul ol. Mən də əsəbiləşdim, Əvəzin evində mətbəxdən bıçağı götürdüm. Birinci bıçağı həyətdə, sonra isə evdə vurdum. Həmin vaxt özümdə deyildim. Neçə bıçaq vurdum, harasından vurdum bilmədim. Evdə heç kim yox idi deyə səsə də gələn olmadı".

Əmrulla Güləliyev törətdiyi əməlindən peşmandır.

Əvəz Hafizlinin boyun nayihəsinin kəsilməsinə gəlincə isə təqsirləndirilən şəxs bildirib ki, onun başını kəsmək istəməyib: "Birinci o məni vurdu, mən də onu bıçaqla vurdum. Bıçaq boyun nayihəsinə dəydi. Əslində o məni söyməsəydi, öldürməyəcəkdim. Məni söydüyü üçün vurdum. Mənə dedi ki, öz işim, öz həyatımdır. Sonra da söyüş söydü. Ən əsası küçədə, qəsəbədə gəzə bilmirdim. Hamı deyirdi ki əmin oğlu bu yoldadır. Dost-tanış içərisində başımı aşağı eləmişdi".

Ziddiyətli məqamlar yarandığı üçün təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi elan olunub.

Həmin ifadədə bildirilib ki, hadisədən 3 ay əvvəl Əvəzi öldürmək qərarı verib. Hadisə günü o, Balaxanıda əmisi oğlunun işlədiyi dükana gedib ondan evdə kiminsə olub-olmadığını soruşub. Əmisi oğlu bildirib ki, Əvəz evdə təkdir, həyətdə yaşayanlar hamısı rayona gedib. Əmrulla Güləliyev bundan sonra bıçağı götürüb xəbərsiz Əvəzgilə gedib. Onu həyətə çağırıb yerə yıxıb boğazına xəsarət yetirib. Daha sonra onun bədəninin müxtəlif istiqamətlərindən bir neçə bıçaq vurub onu öldürüb. Daha sonra polisə gedərək təslim olub.

Əvəz Hafizlinin qardaşı Təbriz Şıxməmmədov bildirib ki, hadisə vaxtı rayonda olub: "Əmrulla ilə bir həyətdə böyümüşük. Əmrullanı biz qardaş kimi bilmişik, bir həyətdə böyüyüb. Əmrulla ilə Əvəz arasında nə mübahisə olduğunu bilmirdik. Şikayətimiz yoxdur. Bu gün də Əmrullanın ailəsi ilə problemimiz yoxdur. Biz iki qardaş bir bacı olmuşuq, Əmrulla da bizimlə böyüyüb deyə ona da qardaş deyirdik. Əvəzin nə işlə məşğul olduğunu bilmirdik. Evdən çıxıb gedirdi, bir müddətdən sonra gəlirdi. Bizə heç nə demirdi. Ailə üzvlərimin də Əmrullaya qarşı şikayəti yoxdu".

Əvəz Hafizlinin hüquqi varisi olan anası Cəmalə Şıxməmmədova hadisə ilə bağlı belə ifadə verib: "Mən onu öz balamdan ayırmamışam. Əvəz yaxşı uşaq idi, Əmrulla ilə danışmırdı. Əvəzin geyimində fərq var idi. Bu biri uşaqlardan fərqli geyinirdi. Səhər gedib axşam gəlirdi. Heç kimlə işi yox idi. Mən səhər rayona gedəndə Əvəz yatmışdı, qayıdanda meyitini gördüm. Aralarında heç bir mübahisə olmayıb. Əmrulla Əvəzi yatdığı yerdə öldürüb. Bütün yorğan döşək qan içində idi. Əmrulıaya ən ağır cəza istəyirəm. O, günahsız balamı öldürüb".

Daha sonra prokuror bildirib ki, Əvəz Hafizlinin qardaşı və anası zərərçəkmişin hüquqi varisi kimi tanınıb. Ona görə də Əvəz Hafizlinin anası Cəmalə Şıxməmmədovaya oğlunun zərərçəkmişin hüquqi varisliyindən çıxarılmasını təklif edib.

Cəmilə Şıxməmmədova bunun üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses iyulun 25-də davam edəcək.

İttihama görə, qətl hadisəsi bu il fevralın 22-də saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.

24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.

Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.

Əmrulla Güləliyev tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən Əmrulla Güləliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Əvəz (Hafizli) Şıxməmmədov bloger kimi fəaliyyət göstərib.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

23-08-2022, 10:10

Anasını öldürən hakim qarşısına çıxarılır

Dünya

12-09-2022, 14:29

Rasim Məmmədov Əvəz Zeynallının işində ifadə verib: “O, jurnalist deyil, cinayətkardır”

Hadisə

19-07-2022, 14:04

Sevgilisini qətlə yetirən şəxsə 18 il cəza verild

Hadisə

11-07-2022, 10:27

Bakıda kişidən evə gec gələn arvadına qarşı dəhşətli əməl - TƏFƏRRÜAT

Cəmiyyət

29-07-2022, 11:20

Maqsud Mahmudovun şikayəti üzrə məhkəmə başlayıb

Olay

18-01-2023, 23:54

Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb

Dünya

21-07-2022, 14:46

Ukraynada qətl törədən idman ustasının məhkəməsi başlayıb

Cəmiyyət

1-08-2022, 14:01

Azərbaycanda nazirin oğlu, keçmiş baş nazirin isə qardaşı oğlu həbs edildi.

Hadisə

20-07-2022, 19:35

İlkin Süleymanovun məhkəməsi növbəti dəfə təxirə salınıb

Cəmiyyət

13-07-2022, 19:42

İlkin Süleymanovun məhkəməsi təxirə salınıb

Cəmiyyət

24-08-2022, 17:06

Ramin Hacılı məhkəmə tərkibinə etiraz etdi

Cəmiyyət

13-07-2022, 14:18

2,5 milyonluq dələduzluqda təqsirləndirilən məmur oğluna bəraət verildi

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Bu gün, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
Dünən, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
Xəbər lenti
  • Bu gün, 10:13
    Hövsanda məktəb skandalı: Sinif rəhbərinin təzyiqindən sonra 8-ci sinif şagirdi evə qayıtmadı
  • Bu gün, 09:36
    Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
  • Bu gün, 09:34
    "TTY-nin Mərkəzi Klinika ilə nə işi var?" - HƏQİQƏTƏN DƏ...
  • Bu gün, 09:02
    Yasamal və Nizami rayonlarının bir sıra ərazilərində bu gün işıq olmayacaq
  • Dünən, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Dünən, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Dünən, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Dünən, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Dünən, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Dünən, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Dünən, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Dünən, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
  • Dünən, 11:00
    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
  • Dünən, 10:30
    Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
  • Dünən, 08:42
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Dünən, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Dünən, 01:21
    Azərbaycanda Anım Günüdür
  • 26-09-2026, 19:00
    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
  • 26-09-2026, 18:30
    Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
  • 26-09-2026, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • 26-09-2026, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • 26-09-2026, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • 26-09-2026, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • 26-09-2026, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
  • 26-09-2026, 15:54
    Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
  • 26-09-2026, 15:40
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • 26-09-2026, 15:26
    Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
  • 26-09-2026, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • 26-09-2026, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • 26-09-2026, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • 26-09-2026, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • 26-09-2026, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • 26-09-2026, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • 26-09-2026, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • 26-09-2026, 12:10
    Laçında traktor minaya düşüb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə