Sizin reklam burada 728×90
Son dəqiqə

Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu

28.11.2024 14:44 402 1 dəq oxunur
Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri postuna təyin edilib.

Gürcüstan parlamentinin deputatı səsvermə İrakli Kobaxidze başda olmaqla yeni hökumətin tərkibinə etimad göstərib.

Hökumətin yeni tərkibinin təsdiq edilməsinin lehinə 84 deputat səs verib, lehinə çıxış edən olmayıb.

İrakli Kobaxidzenin hökumətində üç yeni nazir yer alıb. Onlar xarici işlər naziri Maka Boçorişvili, ədliyyə naziri Anri Oxanaşvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvilidir.

Xatırladaq ki, noyabrın 25-də Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası keçirilib.

Onu da qeyd edək ki, 46 yaşlı İ.Kobaxidze cari ilin fevralından Gürcüstanın Baş naziri olub.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az