• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İran dronları Ermənistan üzərindən Ukraynaya daşınır?

Dünya

20-07-2022, 15:06

Paşinyan iki fövqəldövlətin təzyiqi altında çabalayır
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün ardınca Rusiyanın xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin iyulun 18-də Yerevanda baş nazir Paşinyanla görüşüb. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün danışıqlar üçün İrəvana səfərindən cəmi üç gün sonra Narışkinin irəvana səfər etməsi qərb mediasını maraqlandıran əsas xəbərlərdən biridir.


bakunews.az musavat.com-a istinadən bildirir ki, rəsmi xəbərə əsasən Narışkinlə Paşinyan Cənubi Qafqazdakı vəziyyəti, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. MKİ direktorunun səfərinin məqsədi ilə bağlı Ağ Ev heç bir rəsmi məlumat yaymayıb.

Börnsün Ermənistana səfəri haqqında müxtəlif spekulyasitalar dolaşır. Baş kəşfiyyatçıların Ermənistan səfəri haqqında verilən rəsmi məlumatlar inandırıcı görünmür. Regionda təhlükəsizlik məsələləri ilə bağlı iki mühüm şəxsin Ermənistana gəlməsi xəbərinə qərb mediası da inanmır.

Görüşün tam məxfi saxlandığı təqdirdə məlumat almaq imkanı sıfıra bərabərdir. Ancaq görüşdən sonra baş verənlər, bəyanatlar səfərin məqsədi barədə fikir yürütməyə imkan verir.

2005 - 2008 ci illərdə ABŞ-ın Rusiyada səfiri olmuş Börns rusşünas kimi tanınır. Onun MKİ direktoru təyin olunmasında da məhz bu keyfiyyəti əsas rol oynayıb. Regionu ovcunun içi kimi tanıyan, dünyanın ən məlumatlı adamlarından biri olan MKİ direktorunun Yerevana səfər etməsi üçün çox ciddi əsaslar olmalıdır.

Ermənistan hökumətinin yaydığı iki görüşün şəkillərinə əsasən, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin iyulun 18-də Paşinyanla Börnsü qəbul etdiyi otaqda görüşüb.

Uiliam Börnsün səfərindən dərhal sonra baş nazir Paşinyanın gözlənilmədən Ermənistan sərhədlərinin mühafizəsinin tamamilə erməni sərhədçilərinə təhvil verilməsi bəyanatı diqqətdən yayınmayıb. Məlumdur ki, Azərbaycanla sərhədi çıxmaq şərtilə Ermənistan sərhədlərinin mühafizəsi əsasın rus qoşunlarının əlindədir. Türkiyə və İran sərhədinin mühafizəsi isə tamamilə rus qoşunlarının nəzarətindədir.

MKI direktoru ilə görüşdən sonra Paşinyanın Ermənistan sərhədlərinin mühafizəsinin erməni sərhədçilərə təhvil verməsini tələb etməsi Kremldə ciddi narahatçılıq yaratdığı açıq sezilir. Bu narahatlığı Ermənistan rəhbərliyinin diqqətinə çatdırmaq və sərhədlərin mühafizəsini əldə saxlamaq üçün rus xarici kəşfiyyatının başçısının İrəvana gəldiyi ehtimal olunur.

İran - Ermənistan sərhəddindən bixəbər olan Ermənistanın baş nazirini çox güman ki, MKİ direktoru məlumatlandırıb və xəbərdarlıq edib. Börnslə görüşdən dərhal sonra Paşinyan sərhəd qoşunlarının İrəvanda yerləşən hissələrinin birinə yollanıb. Sərhədlərin mühafizəsinin təhvil verilməsini də Paşinyan erməni əsgərləri qarşısında çıxışı zamanı səsləndirib.

Rusiyanın ABŞ-ın sanksiyalarından yayınmaq üçün Ermənistan ərazisindən istifadə etməsi uzun müddətdir müzakirə olunur. MKİ şefinin Ermənistana səfəri də əsasən bununla bağlıdır. İrandan alınacaq dronların əvvəl Ermənistana, oradakı rus hərbi bazasından da Ukraynaya və ya Belorusiyaya daşıması ehtimal olunur.

Ermənistan - İran sərhədi rus sərhədçilərinin nəzarətində olduğu təqdirdə İran dronları qaçaqmalçı şəbəkələrin köməyilə Ermənistan ərazisinə keçirilə və rus hərbçilərinə təhvil verilə bilər. Bu şəbəkə artıq işləyir. "İran İnternational" portalının yaydığı xəbərə görə, İran qaçaqmalçılar vasitəsilə Rusiyaya hərbi sursat göndərir. Bu sursatın Ukraynaya göndərilməsi üçün ən qısa və etibarlı yol Ermənistandan keçir.

Narışkinin İrəvana səfərinin də məhz sərhəd məsələsilə bağlı olduğu ehtimal olunur. Rusiyanın "Sputnik" xəbər agentliyi Narışkindən gətirdiyi sitat maraqlıdır: "Mənim İrəvana səfərim amerikalı həmkarımın gəlişi ilə qətiyyən bağlı deyil. Amma istisna etmirəm ki, onun səfəri əksinə mənimlə bağlıdır".

Narışkinin fikirlərində "mən" ifadəsi əslində Rusiya kimi başa düşülür. Yəni Börnsün Ermənistana səfəri Rusiya ilə bağlıdır.

Sanksiyalar səbəbindən Rusiyada dron istehsalında ciddi problemlər yaranıb. İran istehsalı olan dronların Rusiyaya təhvil verilməsinə gəlincə, bəzi silahların artıq yolda ola biləcəyi və ya hətta gəlib çatdığı barədə fərziyyələr var. Bir neçə təhlilçi son bir neçə ayda İrandan Rusiyaya ən azı 30 yük təyyarəsinin uçduğunu və dronların da həmin yük təyyarələrində olduğunu iddia edirlər. Ancaq İran dronlarını hələlik Ukrayna səmasında görən olmayıb.

Ancaq Rusiya komandanlığı bir neçə "Himers" reaktiv raket sisteminin məhv edilməsi haqqında məlumat yayıb. Bu xəbər təsdiqlənərsə, İranın kamikadze dronlarının artıq Rusiyanın əlində olduğuna şübhə yeri qalmayacaq.

Rusiya tərəfi məhz ABŞ-ın bu reaktiv raket sistemlərini məhv etmək üçün İranın kamikadze dronlarını almaq istəyir. ABŞ prezidenti Baydenin müşaviri Sullivan rus hərbçilərinin iyulun ortalarından etibarən İranda dron təlimi keçəcəklərini bildirmişdi. Sallivanın fikirlərinə inansaq, rus hərbçilərinin dron təlimi yaxınlarda bitməlidir. Operativ əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün dronlar təlimin sonuna qədər Rusiyaya çatdırılmalıydı.

İranın pilotsuz uçuş aparatları hissə - hissə, ehtiyat hissələri şəkilində də göndərilə bilər. Rəsmi Tehranın dünya ictimaiyyətinin qəzəbinə tuş gəlməmək üçün bu yolu seçməsi daha inandırıcı görünür.

Dronların Ermənistana və oradan yük təyyarələrilə Rusiyaya göndərilməsi İranın məsuliyyətini paylaşa bilər. Bu üzdən də İran dronlarının Rusiyaya daşınmasının ən uyğun yolu Ermənistan üzərindən keçir.

MKİ şefinin Ermənistana səfəri, Paşinyanın sərhədlərin mühafizəsi ilə bağlı bəyanatı, bu nəyanatdan sonra Narışkinin İrəvana uçması əslində eyni dalğanın koordinatlarıdır. Paşinyan öz bəyanatıyla əslində MKİ şefinin Ermənistana niyə gəldiyini siqnallayır.

Rusiyanın Cənubi Qafqazdakı yeganə forpostu olan Ermənistandan rus qoşunlarının çıxarılması Amerika kəşfiyyatının əsas hədəflərindən biridir. Rus hərbi bazasından vaz keçməsi faktiki mümkün görünməsə də, Ermənistan rəhbərliyi iki fövqəldövlət arasında manevr etməyə çalışır.

Paşinyan hökumətində qüvvələr nisbəti Rusiyanın xeyrinədir. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ilə təkbətək görüşmüş Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan əsasən qərbin kadrı kimi tanınır.

İran dronları Ermənistan vasitəsilə Ukraynaya göndərilərsə, Ermənistan rəhbərliyinə qarşı sanksiyaların tətbiq olunacağı şübhəsizdir.

İndiki şəraitdə Azərbaycan tərəfinin atacağı bir vacib addım var. O da bu məlumatların qərb mediasında işıqlandırılmasını saxlamaqdır.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

16-07-2022, 07:40

İrəvandan Rusiyaya “sürpriz”: Berns Paşinyanla..

Cəmiyyət

6-08-2022, 14:29

İrəvana gizli zəng edirdik, Bakı dərhal... – Satanovskidən şok

Siyasət

6-09-2022, 17:38

Ermənilərdən növbəti TƏXRİBAT HAZIRLIĞI - İrəvan sülh istəmir

Dünya

8-08-2022, 21:40

Paşinyan Putinə zəng etdi

Siyasət

25-08-2022, 20:31

Əliyev diqtə, Paşinyan icra edəcək: Putin İrəvana “Brüssel zərbəsi”ni bağışlamaz

---

28-08-2022, 13:15

Ağ Evin Paşinyana yeni məxfi mesajlarının şifrələri açılır: Kreml erməni dövlətinin ləğvinə məcbur qalıb

Dünya

6-11-2022, 17:01

Narışkin: Trassın Blinkenə SMS-nin "Şimal axını” ilə bağlı olduğuna dair əsaslar var

Dünya

29-08-2022, 17:04

Putinlə Paşinyan danışdı: Qarabağ müzakirəsi...

Dünya

2-08-2022, 18:02

Putin Paşinyanla ÜÇTƏRƏFLİ BƏYANATI müzakirə etdi

Dünya

27-08-2022, 17:00

“Üç istiqamətdə xəstədir”: Ukrayna kəşfiyyatı Putinin səhhətindən danışdı

Dünya

27-07-2022, 21:19

Ərdoğan və Putin görüşü: Tərəflər hansı məsələləri müzakirə edəcəklər? (ŞƏRH)

Siyasət

19-08-2022, 21:20

Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
Dünən, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
4-11-2026, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
Xəbər lenti
  • Dünən, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • Dünən, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • Dünən, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • Dünən, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • Dünən, 17:55
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • Dünən, 17:46
    “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • Dünən, 17:27
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • Dünən, 17:21
    DGK-da Şirinovun ŞİRİNLİYİ... - İTTİHAM VAR...
  • Dünən, 16:58
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:39
    “Bağça Şəhər”də yanğın təhlükəsi: Bina rəhbərliyi sakinlərin şikayətlərinə məhəl qoymur
  • Dünən, 16:21
    Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
  • Dünən, 16:04
    "Evimizə girib-çıxa bilmirik, xəstəmiz var, təcili yardım gələ bilmir" - NARAZILIQ VAR...
  • Dünən, 15:50
    Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 15:34
    Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib
  • Dünən, 15:15
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • Dünən, 15:05
    Əsabil Qasımov Ramiz Mehdiyevin gömrük sədri olmalı imiş-ŞOK SİYAHI
  • Dünən, 14:43
    Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
  • Dünən, 14:28
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • Dünən, 13:09
    “Sosial sığorta daxilolmalarında gələn il 15,1 faiz artım proqnozlaşdırılır”
  • Dünən, 13:02
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 12:50
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
  • Dünən, 12:40
    Sumqayıtda tuneli çirkab suları basıb-Qurumlar məsuliyyəti bir-birinin üzərinə atır
  • Dünən, 12:09
    Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi yürüşlər olacaq
  • Dünən, 12:03
    Bakı təhsilinin ANASI NİYƏ AĞLAYIR... - Heç nə səbəbsiz deyilmiş...
  • Dünən, 11:42
    DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib
  • Dünən, 11:35
    Elçin Yusubovun daha bir adamından şikayət var -Elxan Musayev sahibkarları incidib?
  • Dünən, 11:07
    Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb
  • Dünən, 10:57
    8 Noyabr - qürurumuzun, birliyimizin və qəhrəmanlığımızın günü
  • Dünən, 10:55
    ŞUŞA KUBOKU – İDMANIN GÜCÜ, VƏTƏNPƏRVƏRLİYİN RUHU, GƏLƏCƏYİN ÇEMPİONLARI!
  • Dünən, 10:52
    ”Fərid Eyvazov toxunulmazlığı”: Kiçik dükanlara aslan kəsilənlərin “Alliance Clinic” sükutu
  • Dünən, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır
  • Dünən, 10:11
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
  • Dünən, 09:54
    Sahibkarlar vergi güzəştlərindən yalnız birini seçə biləcəklər
  • Dünən, 09:38
    Mətin Eynullayevin rəhbəri olduğu qurumun MİLYONLARLA BORCU VAR - DETALLAR
  • Dünən, 09:14
    Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə