• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

FHN generalının adından dələduzluq edən şəxs kimdir?

Cəmiyyət / Araşdırma

21-06-2023, 12:05

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Sahil tanışı Elvinə qarşı dələduzluq edib.

Bakunews.az Demokrat.az-a istinadən əldə etdiyi məlumata görə, Sahil Elvinə pul müqabilində onu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti idarəsinə zabit kimi işə qəbul etdirmək imkanı olması barədə yalan məlumat verib.

Bunula da ondan ümumilikdə 2995,95 manatını alaraq ələ keçirib.

Sahilin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahil ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, zərərçəkmiş Elvin ilə həm eyni məhlədən tanıyıb, həmdə kiçik qardaşı Süleymanla dostluq münasibətləri var:

“Dəqiq xatırlamadığım tarixdə qardaşım Elvinin dövlət işinə girmək istəyini bildirdi və əgər tanışlarım varsa, ona kömək etməyimi xahiş etdi. Mən də elə bir tanışım olduğunu bildirdim və mobil nömrəmi Eıvinə verməuimi istədi. Bir ay sonra Elvin mənimlə əlaqə saxladı və görüşmək istədiyini bildirdi. Elvinlə razılaşdım. Biz “50 qəpik” çay evində görüşdük. Elvin dövlət işinə düzəlmək istədiyini bildirdi. Bildirdim ki, bu barədə ətraflı maraqlandıqdan sonra ona məlumat verəcəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, tez-tez Elvinlə telefon əlaqəsi saxlayıb:

“Ondan diplomunun və hərbi biletinin sürətini istədim. Təxminən 1 ay sonra Elvinlə yenidən görüşdüm və ondan həmin sənədləri götürdüm. Ona bildirdim ki, tanışlarım var, onu zabit kimi Fövqəladə Hallar Nazirliyinin Xırdalan qəza xidməti idarəsinə zabit kimi işə düzəldəcəm. Həmin vaxt aramızda pul söhbəti olmadı. Daha sonra Emin adlı tanışım ilə “Divan ekspres” hoteldə olan restoranda olarkən Elvini də ora dəvət etdim. Həmin şəxsi vəzifəli şəxslərdən birinin köməkçisi kimi təqdim etdim. İş barədə söhbtələr apardım ki, sənədlər verilib və işlər gedir. Bundan sonra Elvin restoranın 176 manat hesabımı ödəyərək getdi. 10-15 dəqiqə sonra Elvinlə yenidən əlaqə saxlayaraq onunla görüşdüm və sənədləşmə işlərinə görə ilkin olaraq 500 manat istədim. O da həmin pulu kart hesabından çıxararaq mənə verdi. Bundan sonra pula ehtiyacım olduqda Elvinlə əlaqə saxlayır özünm məxsus bank kartlarına müxtəlif miqdarlarda pullar köçürməsini istədim. Elvinə həmin pulların işdə olan sənədləşmə ilə əlaqədar olduğunu qeyd etdim”.

Təqsirləndirilən şəxs deyib ki, bundan başqa Elvinlə 2022-ci ilin mart ayında Təbriz küçəsi 98 ünvanında yerləşən “Baku Elektronic” mağazasının arxasında görüşüb və 1 aya onun əmrinin olacağını bildirib, ondan 650 manat alıb:

“Həmin pulları Elvindən alarkən niyətim onu aldatmaq, gələcəkdə pulum olduqda işin alınmadığını deyib, ona pulu qaytarmaq olub. Zərərçəkmiş şəxsdən ümumilikdə FHN-də işə düzəlmək üçün 2995.95 manat almışam. İnternet vasitəsi ilə tanıdığım yüksək vəzifəli şəxslərin adından istifadə edərək ondan pullarını özüm üçün ələ keçirmişəm. Yəni həmin şəxsləri tanımıram, onlarla hər hansı əlaqəm yoxdur”.

İş üzrə zərərçəkmiş Elvinin sözlərinə görə, 2013-2017-ci illər ərzində Azərbaycan Dövlət İqtisad universitetində təhsil alıb:

“Təhsil aldığım dövrdə mənimlə paralel küçədə qalan Süleymanı həmin universitetdə görmüşəm. Əvvəldən tanımağıma baxmayaraq onunla münasibətim olmayıb. Sadəcə universitet dövründə bizim münasibətlərimiz yaxşılaşıb və yoldaşlıq etməyə başlamışıq. Süleymanla münasibətim həqiqi hərbi xidmətə gedib qayıtdıqdan sonra da davam edib. 2021-ci ilin sentyabrında biz birlikdə görüşən zaman Süleymana işsiz olduğu, dövlət işində işləmək istədiyini bildirdim. Bu zaman Süleyman bildirdir ki, onun qardaşı Sahilin Fövqəlaqdə Hallar Nazirliyində yüksək vəzifədə tanışı var və Sahilin vasitəsi ilə məni zabit kimi işə qəbul etdirə bilər. Mən də Süleymanla razılaşdım. Süleyman Sahillə danışıb bu barədə mənə deyəcəyini bildirdi. Bir gün sonra Sahil mənimlə əlaqə saxladı. Süleyman mənim işə düzəlmək istədiyimi bildirib, əgər istəyirsə, telefon söhbəti deyil, görüşək. Bir gün sonra o Sahillə H.Əliyev mərkəzinin yanında görüşdük. Sahil bildirdi ki, Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə tanışları var və onların vasitəsi ilə 1 ay ərzində məni zabit kimi nazirliyinin Xırdalan qəzə işlərinə nəzarət idarəsinə işə qəbul etdirə bilər. Bildirdi ki, bir nəfər şəxs var, onunla görüşəcək və işlərimi həll edəcək. Bir neçə gün sonra Sahil zəng edərək “Divan Ekspres” otelində yerləşən restorana gəlməyimi dedi. Həmin restorana getdikdə orada Sahil və bir nəfər rəsmi geyimdə şəxs oldu. Həmin şəxs özünü Fövqəladə Hallar Nazirliyində olan generallardan birinin köməkçisi kimi təqdim etdi. Həmin adam çox rahatlıqla məni 1 aydan tez işə qəbul etdirəcəyini, ən pis halda işin uzandığı təqdirdə yeni ilədək, yəni 2022-ci ilədək bu işin həll ediləcəyini bildirdi. Həmin şəxsdən nə qədər məbləğdə pul veriləcəyimi soruşdum. Bu işlərin 15000 manata həll edildiyini bildirdi, lakin mənim üçün miqdarı azaldacağını, əlavə olaraq pulu iş bitdikdən sonra alacağını qeyd etdi. İrada onların yerinə 176 manat hesabı ödədim və oradan ayrıldım. Təxminən 15 dəqiqə sonra Sahil mənimlə əlaqə saxladı və uzaqlaşmamağımı istədi. Mən də onu mərkəzin yanında gözlədim. Sahil gələrək bildirdi ki, sənədlərin hazırlanması üçün “şirinlik" olaraq ilkin 500 manat pul vermək lazımdır. Sahilə həmin pulu səhər verəcəyimi qeyd etdim. Lakin Sahil bildirdi ki, gecə ilə pulu vermək lazımdır. Mən də özümə məxsus Birkart hesabından 500 manat pulu nəğdləşdirərək Sahilə verdim. Sahil bildirdi ki, bundan sonra yalnız o işə qəbul olunduqda haqq hesab olacaq”.

Zərərçəkmiş qeyd edib ki, bundan sonra Sahil müxtəlif vaxtlarda ona zəng edib və müxtəlif bəhanələrlə müxtəlif miqdarlarda pullar alıb:

“Hər dəfə bir bəhanə etdi ki, çatışmayan sənədlər var, işi tezləşdirmək lazımdır, şifahi sorğu-suala girməyəcəyək və bu kimi bir çox bəhanələr. Sahilə məxsus bank kartlarına özünə məxsus bank karlarından müxrəlif vaxtlarda pullar göndərdim”.

Bu cinayət işinə Nərimanov rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Sahil 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23.00-dan səhər saat 06.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

31-07-2022, 14:40

Qaziləri aldadan şəxs icra başçısının qardaşı oğlu çıxdı

Cəmiyyət

22-06-2022, 12:07

Tağı Əhmədovdan sələmə iki milyon manat aldığını deyən şəxsin cəzası azaldılıb

Maraqlı

26-08-2022, 15:32

Xanlar Vəliyevin qardaşına 1 milyon manat "atan" şəxsə cəza istənildi - MƏHKƏMƏ

Cəmiyyət

2-08-2022, 18:40

"12-ci imam"ın cinayət işi: Aqil Babayev 2.5 milyon manatı necə ələ keçirib?

Hadisə

11-08-2022, 12:51

Sabiq bələdiyyə sədrinin bacısı qazini işə düzəltmək adı ilə dələduzluq edib

Cəmiyyət

18-07-2022, 15:31

Sumqayıtda 50 yaşlı kişi rayona getmək istəməyən arvadını döydü - TƏFƏRRÜAT

Cəmiyyət

23-08-2022, 20:33

"Özünü İmam Mehdi kimi təqdim edən şəxsə 585 300 manat verdim"

Cəmiyyət

13-07-2022, 14:18

2,5 milyonluq dələduzluqda təqsirləndirilən məmur oğluna bəraət verildi

Bölgə

6-05-2023, 00:53

Vətəndaşlara qarşı dələduzluq edən və bu cinayət əməlinə görə axtarışda olan paytaxt sakini saxlanılıb

Kriminal

28-12-2022, 22:27

TƏCİLİ: Şirvanda dələduzluq edən şəxs saxlanılıb

Cəmiyyət / Bölgə

22-11-2022, 10:50

İmişlidə dələduzluq edən şəxs saxlanılıb.

Hadisə

27-02-2023, 21:33

Şirvanda dələduzluq edən şəxs saxlanılıb

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Dünən, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
Xəbər lenti
  • Dünən, 22:56
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • Dünən, 19:00
    Paşinyanın Kreml dilemması - Avropaya baxır, Moskvadan gözünü çəkə bilmir - ŞƏRH
  • Dünən, 18:30
    Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib
  • Dünən, 18:08
    Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO
  • Dünən, 17:56
    Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
  • Dünən, 17:37
    “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT
  • Dünən, 17:01
    Prezident icra başçısını vəzifəsindən azad etdi
  • Dünən, 16:54
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • Dünən, 16:44
    Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər
  • Dünən, 16:18
    Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:11
    “Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?
  • Dünən, 15:36
    Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
  • Dünən, 15:26
    Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
  • Dünən, 15:00
    "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başlayıb
  • Dünən, 13:45
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
  • Dünən, 13:36
    Necə olur ki, Elxan İsmayılov “Fəxri dəmiryolçu” adına layiq görülür? - Hansı konkret xidmətinə görə?..
  • Dünən, 13:22
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 13:10
    Hande Erçel Cennifer Lopezlə bir arada - Foto
  • Dünən, 12:36
    Türkiyədə zəlzələ olub
  • Dünən, 12:23
    51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
  • Dünən, 11:42
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 11:24
    Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.
  • Dünən, 10:25
    Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar
  • Dünən, 10:15
    Satışda vaxtı keçmiş UŞAQ QİDASI... - BU NƏDİ BELƏ?
  • Dünən, 09:54
    Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir
  • Dünən, 09:43
    "“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz" - Jurnalist gördüyünü yazır
  • Dünən, 09:26
    Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
  • Dünən, 09:22
    Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
  • Dünən, 08:55
    Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • 23-09-2026, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • 23-09-2026, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • 23-09-2026, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • 23-09-2026, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • 23-09-2026, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • 23-09-2026, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə