• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

500 faiz artıq ixrac potensialı: İstixanalara qaz vurmamış qazan doldurmaq mümkündürmü? – ARAŞDIRMA

Cəmiyyət

20-08-2022, 20:30

Baş nazir Əli Əsədovun avqustun 18-də imzaladığı qərarla məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarlar təsdiq edilib.


Enerjidən ən çox istifadə olunan sahələrdən biri də istixanalardır. Hazırda qlobal ərzaq böhranı və bahalıq kimi mövzuların gündəmdə olduğunu nəzərə alsaq, kənd təsərrüfatı məhsullarının istehsalında qənaət problemi aktuallaşır.

Maraqlıdır, bunu necə gerçəkləşdirmək olar? İstixanaların "təmiz enerji" və yaxud "yaşıl enerji"yə tam keçidi mümkündürmü? Ümumiyyətlə, bu sahədə ölkəmizdə hansı təcrübələr var?

bakunews.az oxu.az-a istinadən məsələ ilə əlaqədar araşdırmanı təqdim edir:

İstixana üzrə mütəxəssis Bəşir Quliyev açıqlamasında bildirib ki, bu təsərrüfat sahələri elektrik enerjisinin istehlakçısıdır:

"Qış aylarında süni işıqlanma ilə Günəş işığını imitasiya edərək bitkini aldadıb fotosintezi yay aylarında olduğu kimi etməsini təmin edirik. Belə olan halda məhsuldarlıq yay aylarındakından fərqlənmir. Qışda tərəvəzlərin qiymətlərinin yüksək olması Azərbaycan üçün xüsusilə pomidor bitkisində 400-500 faiz əlavə ixrac potensialı yaradır. Yəni tələbat qış istehsalını dörd-beş dəfə üstələyir. İstixanalarda süni işıqlandırmanın tətbiqi ilə əlavə yaranmış tələbatı qarşılaya bilərik və ixracımız arta bilər. Bunun üçün də elektrik enerjisi lazımdır. Həmin elektrik enerjisi "yaşıl enerji" ola bilər. Lakin hər şey onun qiymətindən asılıdır. Əgər "yaşıl enerji"dən hasil olunan enerji qiyməti bu gün elektrik stansiyalarından aldığımız enerji ilə eyni qiymətə başa gələcəksə, bunun istixana üçün heç bir fərqi yoxdur ki, hansından istifadə edirsiniz".

Mütəxəssis əlavə edib ki, ölkə üzrə istixanalarda "yaşıl enerji"yə tam keçid mümkündür:

"Bunu Hollandiya nümunəsində də görə bilərik. Orada kənd təsərrüfatı təyinatlı ərazilərdə külək və Günəşdən enerji almaq üçün infrastrukturun yaradıldığını görürsünüz. Qardaş ölkə Türkiyədə də bu təcrübədən geniş şəkildə istifadə edilir".

B.Quliyev vurğulayıb ki, bunun üçün ilk növbədə ölkədəki istixanalarda qışda istehsalın artırılması üçün süni işıqlandırma quraşdırılmalıdır:

"Daha sonra elektrik enerjisinə tələbat yaranacaq. Çünki istixanalar əsasən qaz istehlakçısıdır. Hesab edirəm ki, lazımi dəstək olsa, beş-səkkiz il ərzində Azərbaycan tam potensialını süni işıqlandırmaya, yəni "yaşıl enerji"yə keçirə bilər".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə respublika üzrə istixanaların sahəsi 3628,7 hektar olmaqla 509,9 min ton məhsul istehsal edilib.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Surxay Novruzov qeyd edib ki, dövlət tərəfindən istixanaların effektivliyinin artırılması üçün bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir:



"Buna subsidiyaların, o cümlədən istixana istehsalçılarına qısa və uzun müddətli güzəştli kreditlərin verilməsi, müasir tipli istixana komplekslərinin qurulması kimi tədbirləri misal göstərmək olar. Həmçinin istixanalarda intensiv texnologiyalardan istifadə, xəstəlik və zərərvericilərə qarşı davamlı sort və hibridlərin yaradılması effektivliyin artırılmasında mühüm rol oynayır".

Enerjiyə qənaət məqsədilə xaricdə istixanaları istilik elektrik stansiyalarına yaxın ərazilərdə qurmaq ideyası irəli sürülüb: Bununla soyumaq üçün dövr edən isti su istixanalardan keçməklə onları lazımi enerji ilə təmin edə bilər.

Bu gün bir istixananın qurulması və bir mövsüm ərzində məhsul əldə etmək üçün orta hesabla nə qədər vəsait tələb olunur?

İstixana sahibi İsfəndiyar Ataşov açıqlamasında bildirib ki, keçən illə bu ili müqayisə etsək, bir il ərzində istixanaya çəkilən xərclər arasında astronomik fərq var:

"İstixananın üzərinə çəkilən polietilen yeddi-səkkiz ildən bir dəyişdirilir. Məsələn, mən artıq bu mövsüm dəyişməliyəm və 15 sotda yerləşən istixananın tək polietilen xərci 3500 manat olacaq. Taxtaya 700 AZN, ustaya 800 AZN, toxuma 500 AZN, dərmana 3500 AZN, yanacaq üçün 4000 AZN lazım olacaq. Eyni zamanda istiliyin təmin edilməsi üçün kombi sistemlərində istifadə edilən yağın bir bidonu 90 AZN, elektrik enerjisi üçün aylıq ən azı 30 AZN, suvarma üçün də orta hesabla aylıq 30 AZN xərc çəkilir".

İ.Ataşov vurğulayıb ki, gübrə ilə bağlı məqama xüsusi diqqət çəkmək istəyir:

"Keçən il səkkiz manata aldığımız azot gübrəsi bu il 40-50 manat arasında dəyişir. Xərci borcunu ödəyirmi məsələsinə gəldikdə isə bazarda məhsulun qiymətindən çox şey asılıdır. Məhsul proqnozlaşdırılandan ucuz olarsa, təbii ki, ziyan edirik və həmin mövsüm borclanırıq. Məsələn, bu il o mövsümlərdəndir ki, istədiyimiz nəticəni əldə edə bilmədik".

Ölkəmizdə "yaşıl enerji"yə keçid ilkin olaraq "ağıllı bağ" konsepsiyasında özünü göstərib. Bu tip bağ və bostanların qurulması üçün hansı infrastruktur növlərindən istifadə olunur, ümumiyyətlə, "ağıllı bağ" konsepsiyası nədir?

Meyvəçilik və Çayçılıq İnstitutunun elmi katibi Zəminə Sərhədova açıqlamasında deyib ki, "ağıllı bağ"larda hər şey kənardan, kompüter vasitəsilə idarə olunur:

"Yəni bağın suvarılması, gübrələnməsi üçün məlumatlar sensorlar vasitəsilə ötürülür. Məsələn, hansısa bitkinin suya ehtiyacı var və onda quruluq yaranıb. Bu zaman sulanma, gübrələnmə kiçik kabinetdən idarə edilir və bir düyməni basmaqla proses işə salınır. Bağda xəstəliyin və ya zərərvericinin olması barədə məlumat da müşahidə kamerası vasitəsilə müəyyən olunur. Həmin kamera uçuşan zərərvericini sayına qədər görür və göstərir ki, artıq dərmanlamağa ehtiyac var. Ondan sonra həmin dərmanlama prosesi aparılır.

Müşahidə kameraları, o cümlədən, xəstəlikləri müəyyən edir və bu məlumatlar əsasında dərmanlama, həmçinin xəstəliklə mübarizə tədbirləri aparılır. "Ağıllı bağ"da yerin altı ilə damlama-suvarma sistemi çəkilib ki, bu da suyun israf olunmasının qarşısını alır. Bəzi bitkilər həm Günəş işığından, həm də doludan-şaxtadan zərər çəkir. Məsələn, yağış və dolu gilası parçalaya, armudda isə Günəş şüaları yanıqlar yarada bilir. Ona görə də bu ağaclar üstündə örtüklər yaradılır. Bu örtüklər ağacı həm Günəşin, həm dolunun, həm də şaxtanın yan təsirlərindən qoruyur".

Onun sözlərinə görə, tinglərin müasir yetişidirilmə texnologiyası var:

"İnstitutumuzda müasir laboratoriya var, orada toxumadan calaq alınır. Bu da bizə sağlam əkin materialı verir. Onlar virusdan azaddır və tam əminliklə əkə bilərsiniz. Daha sonra bu calaqaltılar laboratoriyada artırılır və bir neçə mərhələdən keçdikdən sonra istixanaya aparılır. Orada müəyyən hündürlüyə çatdıqdan sonra nisbətdən kölgəyə çıxarılır ki, artıq sərin və soyuq havaya öyrəşsin. Bir-iki həftə burada qaldıqdan sonra sahəyə əkilir. Avqust ayına kimi ona qulluq olunur və calaq almaq üçün lazımi hündürlüyə çatdıqdan sonra calaq prosesi həyata keçirilir. Calaqaltına uyğun olaraq həmin meyvə növlərini onlara calaq edirik. Bundan sonra ağaca yenidən qulluğa davam edirik və növbəti ilin payızında artıq standartlara uyğun olan tinglər yetişdirmiş oluruq".

Z.Sərhədova vurğulayıb ki, "ağıllı bağ" konsepsiyasında "yaşıl enerji"dən istifadə olunur və Günəş panellərindən alınan enerji elektrik enerjisinə çevrilir:

"Lakin elə ərazilər var ki, qış nisbətən daha uzun çəkir və Günəş şüaları həmin ərazilərə çox düşmür. Həmin yerlərdə isə həm Günəş, həm də elektrik enerjisindən istifadə edilir".

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

26-07-2022, 20:02

Azərbaycan bərpaolunan enerji ilə bağlı qlobal trendləri necə izləyir?

Siyasət

17-02-2023, 22:20

Azərbaycan enerji təhlükəsizliyi baxımından strateji tərəfdaşdır

Bölgə

8-02-2023, 20:39

Naxçıvan üzərindən elektrik enerjisinin ixracı müzakirə edilib - FOTO

İqtisadiyyat

4-04-2023, 21:45

ABŞ ilə iqtisadi-ticarət əməkdaşlığı müzakirə olunub - FOTO

Cəmiyyət

10-08-2022, 16:20

Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında fasilələr yaranıb

Dünya

27-08-2022, 17:11

Avropada elektrik enerjisinin qiymətləri rekord qırdı

İqtisadiyyat

22-07-2022, 20:36

Pomidorun qiyməti niyə bahalaşıb?

Dünya

21-08-2022, 11:55

ABŞ enerji böhranı ilə üzləşə bilər

Dünya

6-09-2022, 20:53

Bu ölkədə üzgüçülük hovuzları bağlanır

Gündəm / Siyasət

27-06-2022, 10:33

Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib - FOTO

İqtisadiyyat

3-02-2023, 19:40

“Acwa Power” şirkəti ilə əməkdaşlıq genişlənir

İqtisadiyyat

25-08-2022, 12:00

Macarıstan Azərbaycandan yaşıl elektrik enerjisi alacaq

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Bu gün, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
Dünən, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
Xəbər lenti
  • Bu gün, 17:42
    Sadır Japarov sabah Azərbaycana səfər edəcək
  • Bu gün, 17:34
    “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –FOTOFAKT
  • Bu gün, 16:48
    Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşüb
  • Bu gün, 16:29
    Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
  • Bu gün, 16:14
    Enerji atəşkəsi, dizel sövdələşməsi – Rusiya-Ukrayna müharibəsində yeni bir sınaq
  • Bu gün, 16:08
    Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
  • Bu gün, 15:49
    Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
  • Bu gün, 15:38
    “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
  • Bu gün, 15:09
    Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
  • Bu gün, 14:58
    Başçının dövlət torpaqları ilə qanunsuz biznesi və 24 min əhalinin yol problemi
  • Bu gün, 14:52
    Türkiyədəki anti-Azərbaycan kampaniyasının SİRRİ AÇILDI
  • Bu gün, 14:51
    Türkiyədə Azərbaycan əleyhinə media hücumu: bu, kimin marağındadır?
  • Bu gün, 14:35
    Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
  • Bu gün, 13:01
    Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
  • Bu gün, 12:54
    Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
  • Bu gün, 12:39
    Parlamentdə təhlükəli mallarla bağlı tədbirlər dairəsinin müəyyənləşdirilməsi birinci oxunuşdan keçib
  • Bu gün, 12:28
    Peşə təhsil mərkəzində yeni təyinat - Avtomobil təmiri sexi, yeni adamlar...
  • Bu gün, 11:58
    Azərbaycan Laosdan olan tələbələr üçün təqaüd sistemi təklif edib
  • Bu gün, 11:46
    “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
  • Bu gün, 11:24
    Milli Məclisin plenar iclası başlayıb, 13 məsələ müzakirə olunacaq
  • Bu gün, 11:15
    Dönərçi “Halal Food”u ifşa etdi – Foto
  • Bu gün, 10:52
    Bakı, Sumqayıt və Abşeronda sabah pensiyaların ödənilməsi nəzərdə tutulub
  • Bu gün, 10:43
    SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
  • Bu gün, 10:01
    Şri-Lankanın XİN rəhbəri Azərbaycana səfər edəcək
  • Bu gün, 09:49
    Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
  • Bu gün, 09:29
    "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
  • Bu gün, 09:22
    Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
  • Bu gün, 08:56
    Yasamal və Xətai rayonlarının bir hissəsində işıq olmayacaq
  • Dünən, 19:06
    Rusiya ordusu Donetsk vilayətində qəsəbəni "Smerç" raketləri ilə vurub, ölənlər var
  • Dünən, 18:54
    Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
  • Dünən, 18:33
    Bakıda "Ürək transplantasiyası həftəsi" keçiriləcək
  • Dünən, 18:18
    SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
  • Dünən, 18:02
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:46
    Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar
  • Dünən, 17:37
    Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə