• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycan enerji təhlükəsizliyi baxımından strateji tərəfdaşdır

Siyasət

17-02-2023, 22:20

Prezident İlham Əliyevin uğurla yürütdüyü xarici dövlət strategiyası nəticəsində Azərbaycan etibarlı strateji tərəfdaş kimi dünyada enerji təhlükəsizliyinin təmin olunmasında böyük önəm daşıyan ölkəyə çevrilmişdir. Fevralın 13-də Bakıda “Gülüstan” sarayında Prezident İlham Əliyevin iştirakı ilə yeni İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi bir daha onu göstərir ki, ölkə rəhbərliyinin qəbul etdiyi qərarlar Azərbaycanın bütün istiqmətlər üzrə regionların bərabər templə, stabil, dinamik inkişafını hədəfləyir. Dövlətimizin başçısı tədbirdəki çıxışında Mingəçevir şəhərində yaradılacaq yeni elektroenergetika infrastrukturunun təməlinin qoyulmasını əlamətdar hadisə kimi səciyyələndirərək vurğulayıb ki, ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaqdır”.

Prezident vurğulayıb ki, indi Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. “Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq”. Ümumiyyətlə, Azərbaycanın enerji potensialının möhkəmləndirilməsində müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin elektrik energetikası sahəsində həyata keçirdiyi möhtəşəm quruculuq işləri bu gün yeni bir vüsətlə davam etdirilir. Hazırda iqtisadiyyatı gündən-günə inkişaf edən, enerji sisteminin dayanıqlığı getdikcə artan ölkəmizdə, yeni generasiya gücləri tikilib istifadəyə verilir.

Təkcə bu rəqəmi qeyd etmək kifayətdir ki, son 20 ildə Azərbaycanda 34 elektrik stansiyası inşa edilib ki, onların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Bu baxımdan 2025-ci ildə yeni stansiyanın istismara verilməsi ilə Mingəçevir şəhəri Azərbaycanın ən sürətlə inkişaf edən regionlarından biri kimi bundan sonra daha cəlbedici bir məkan olacaqdır. Beləliklə, yeni stansiyanın tikilməsi ölkənin enerji dayanıqlılığının təmin olunması, dünya dövlətlərinin enerji təhlükəsizliyilə, enerji asılılığından əziyyət çəkdiyi bir vaxtda enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycan bütün enerji komponentlərinin inkişafına görə dünya miqyasında qabaqcıl ölkələrdən biridir. Azərbaycan həm neft, həm qaz, həm də elektrik enerjisi ixracatı ilə bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Ölkə

1-05-2023, 19:23

Enerji siyasəti ölkəmizin enerji təhlükəsizliyinin qarantıdır

Siyasət

2-09-2022, 18:31

"İlham Əliyevin beynəlxalq forumda iştirakı ölkəmizə olan böyük hörmətin nümunəsidir"

İqtisadiyyat

10-02-2023, 23:52

Avropanın enerji təchizatında Azərbaycan mühüm rol oynayır

Siyasət

15-03-2023, 21:16

X Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük əhəmiyyətə malikdir

Siyasət

27-04-2023, 23:57

Malik Həsənov: Vaxtında atılan mühüm addımlar

İqtisadiyyat

12-04-2023, 23:08

Sevinc Fətəliyeva: Azərbaycan-Qazaxıstan münasibətləri uğurla inkişaf edir

Siyasət

1-09-2022, 12:45

Prezident İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli strateji tərəfdaşlığı daha da genişləndirəcək - Sevil Mikayılova

Siyasət

11-04-2023, 19:13

Möhkəmlənən mövqeyin nümayişi - Malik Həsənov Milli Məclisin deputatı

Siyasət

2-09-2022, 19:24

"Prezidentin Forumda iştirakı nüfuzlu lider kimi qəbul olunduğunu bir daha təsdiq edir"

Siyasət

4-09-2022, 12:57

Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlıq bundan sonra da genişlənəcək

Siyasət

27-03-2023, 21:23

Fidan Hüseynova: "Əlaqələrin tarixi daha qədimdir"

Cəmiyyət

14-04-2023, 20:46

Fidan Hüseynova: "Əməkdaşlığın inkişaf etdirilməsinin uğurlu davamı"

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
Hadisə
Bu gün, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
Dünən, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
Dünən, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
Xəbər lenti
  • Bu gün, 16:55
    Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
  • Bu gün, 16:47
    "VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi
  • Bu gün, 16:29
    Zakir Həsənov Slovakiyanın Baş Qərargah rəisini qəbul edib
  • Bu gün, 16:16
    Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir
  • Bu gün, 15:42
    KİV: İrəvan–Mineralnıye Vodı reysi havada olarkən qəza siqnalı verib
  • Bu gün, 15:30
    ADNSU-dan çıxdı, AzTU-ya şöbə müdiri keçdi - BUNDAN SONRA...
  • Bu gün, 15:12
    Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
  • Bu gün, 15:00
    Neftçala yenə suyun içində – 5 milyona qurulan kanalizasiya sistemi niyə işləmir? – VİDEO
  • Bu gün, 14:42
    Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilib
  • Bu gün, 13:19
    Sabah Bakıda hava yağmursuz olacaq
  • Bu gün, 13:10
    Şərur təhsilində ŞOK OLAY: Direktor yığdığı rüşvəti yuxarılarla BÖLÜŞMƏDİ... - BU NƏDİ BELƏ?
  • Bu gün, 12:39
    XİN rəhbəri: Azərbaycan TDT-nin daha səmərəli fəaliyyət göstərməsi istiqamətində səylərini davam etdirəcək
  • Bu gün, 12:31
    Məhkəmə Ramil Məmmədli və rəhbərlik etdiyi “Grand-Mart”ı CƏZALANDIRDI - TƏFƏRRÜAT
  • Bu gün, 12:14
    Kamran Əliyev Rusiyanın baş prokurorunu yubiley medalı ilə təltif edib
  • Bu gün, 11:55
    600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! - Dubaydan Bakıya uzanan müəmmalı hadisə
  • Bu gün, 11:24
    Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
  • Bu gün, 11:06
    Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI... - BU NƏDİ BELƏ?
  • Bu gün, 10:42
    Azərbaycanda yeni ombudsman seçiləcək
  • Bu gün, 10:34
    ""Bolmart"dan kimsə soruşmalıdır ki..." - "...niyə köhəlmiş çörəyi satırsan?"
  • Bu gün, 10:01
    Azərbaycan neftinin qiyməti 125 dolları keçib
  • Bu gün, 09:48
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir? - Keçmiş təlim-tərbiyə işləri üzrə direktor müavini...
  • Bu gün, 09:35
    Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
  • Bu gün, 09:27
    “Nə maaşımı verdilər, nə də təzminatımı...” - şirkətdənsə deyirlər ki...
  • Bu gün, 09:00
    Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
  • Dünən, 19:00
    Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
  • Dünən, 18:30
    Azərbaycanda nağdsız ödənişlər 1 % artıb
  • Dünən, 18:18
    Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
  • Dünən, 18:13
    “Azəriqaz” sahibkarın mülkiyyətini qanunsuz olaraq girov saxlayır - NARAZILIQ VAR...
  • Dünən, 18:01
    NK aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
  • Dünən, 17:55
    “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
  • Dünən, 17:28
    Çoxmədəniyyətli Azərbaycan: dialoq üçün uyğun məkan
  • Dünən, 17:00
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Dünən, 16:45
    GƏNCƏDƏ 55 KÜÇƏDƏ ASFALT ÖRTÜYÜ YARARSIZ VƏZİYYƏTƏ DÜŞÜB — AZƏRBAYCAN AVTOMOBİL YOLLARI DÖVLƏT AGENTLİYİ AÇIQLAMA VERMƏLİDİR!
  • Dünən, 16:30
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Dünən, 16:29
    “Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə