Sizin reklam burada 728×90
Son dəqiqə

Avropada elektrik enerjisinin qiymətləri rekord qırdı

27.08.2022 17:11 685 1 dəq oxunur
Avropada elektrik enerjisinin qiymətləri rekord qırdı
Avropada elektrik enerjisinin qiymətində əvvəlki ilə nisbətən on faizdən çox artım olacaq.

bakunews.az qaynarinfo-ya istinadən bu barədə "France 24"ə istinadən xəbər verir.

"Gələn il üçün müqavilədə elektrik enerjisinin hər meqavat saatının qiyməti Almaniyada 995 avroya, Fransada 1100 avroya çatıb. Bu, ötən illə müqayisədə 10 dəfədən çox artım deməkdir”, "France 24” bildirib.

Avropada elektrik enerjisinin beşdə biri qaz elektrik stansiyaları tərəfindən istehsal olunur və Rusiyadan qaz nəqlinin azalması bu bahalaşmaya əsas səbəb olub.

İngiltərədə isə Enerji Tənzimləmə Təşkilatı oktyabrın 1-dən etibarən elektrik və qazın qiymətini, demək olar ki, iki dəfə artıracağını açıqlayıb.

Qeyd edilir ki, elektrik enerjisinin qiymətinin artması Avropada elektrik enerjisi istehlakını azaltmaq üçün keçidlərdə, magistral yollarda, xəstəxanalarda, ofislərdə və ictimai yerlərdə lazımsız işıqların söndürülməsi kimi görünməmiş proqramların tətbiqinə səbəb olub.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az