• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

ABŞ ilə iqtisadi-ticarət əməkdaşlığı müzakirə olunub - FOTO

İqtisadiyyat

4-04-2023, 21:45

Azərbaycan və ABŞ əməkdaşlığının genişləndirilməsi, enerji diversifikasiyası, texnologiyaların transferi, logistika, “yaşıl” enerji və rəqəmsal iqtisadiyyat sahələri üzrə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Azərbaycan bərpa olunan enerj sahəsində dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlıq edir.
ABŞ Azərbaycan iqtisadiyyatına 18 mlrd. dollardan çox investisiya yatırıb.

Birləşmiş Ştatlara Azərbaycanın ticarət missiyası təşkil ediləcək.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ-nin ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataramanla görüşündə ABŞ ilə iqtisadi-ticarət tərəfdaşlığının inkişafını qeyd edib. Bildirilib ki, iki ölkənin biznes dairələrinin iştirakı ilə ticarət missiyalarının və işgüzar görüşlərin keçirilməsi iqtisadi əlaqələrin şaxələndirilməsinə stimul verir. Elnur Əliyev Bakıda ABŞ-Azərbaycan “Yaşıl” Enerji Forumunun təşkilinin iki ölkə arasında investisiya qoyuluşlarının həcminin artırılması və bərpa olunan enerj sahəsində ABŞ təcrübəsinin tətbiqi baxımından əhəmiyyətinə toxunub. Azərbaycanın bu sahədə artıq dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlıq nümunələrinin olduğunu diqqətə çatdırıb.


Nazirin birinci müavini ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu regional və qlobal əhəmiyyətli layihələr barədə danışıb. Qeyd edilib ki, enerji sahəsində ABŞ-la uğurlu əməkdaşlığımız var. Bununla belə, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi baxımından, xüsusilə kənd təsərrüfatı, logistika, nou-hau və s. sahələrin böyük potensialı mövcuddur. Görüşdə ölkəmizin ABŞ üçün tranzit əhəmiyyəti vurğulanıb, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialının daha da genişləndirilməsi üçün birgə səylərin vacibliyi qeyd edilib.

Diqqətə çatdırılıb ki, ABŞ Azərbaycan iqtisadiyyatına 18 mlrd. dollardan çox investisiya yatırıb. ABŞ-Azərbaycan Ticarət Palatası investisiya əməkdaşlığının inkişafı, ikitərəfli işgüzar əlaqələrin qurulması üçün səmərəli mexanizmdir. Bu il Birləşmiş Ştatlara təşkili nəzərdə tutulan ticarət missiyası da biznes subyektləri arasında əlaqələrin dərinləşdirilməsinə xidmət edəcəkdir.

Arun Venkataraman ABŞ şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etmək niyyətini ifadə edib, iqtisadi əlaqələrin genişləndirilməsi istqamətləri barədə fikirlərini bölüşüb. Bunun üçün şirkətlər arasında işgüzar dialoqun intensivləşdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə ticarət və investisiya əlaqələrinin təşviqi, enerji diversifikasiyası, texnologiyaların transferi, logistika, “yaşıl” enerji və rəqəmsal iqtisadiyyat sahələri üzrə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

5-09-2022, 14:58

Yaponiya ilə iqtisadi əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

İqtisadiyyat

22-07-2022, 18:01

Azərbaycan BƏƏ ilə iqtisadi tərəfdaşlığın inkişafını müzakirə edib

Siyasət

1-08-2022, 16:05

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin inkişafı müzakirə edilib

Siyasət

14-12-2022, 15:07

Azərbaycan-İsveçrə Birgə Komissiyasının növbəti iclası keçirilib

İqtisadiyyat

17-09-2022, 19:05

Yeni təşəbbüslər Türk dövlətləri arasında əməkdaşlığı genişləndirir

İqtisadiyyat

12-01-2023, 19:23

Çex Respublikası ilə iqtisadi-ticarət əlaqələri müzakirə edilib

İqtisadiyyat

12-04-2023, 23:25

Əbu-Dabi Limanlar Qrupunun baş icraçı direktoru ilə onlayn görüş keçirilib

İqtisadiyyat

18-02-2023, 20:50

Rusiya ilə bir sıra iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat

7-09-2022, 18:23

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat

5-08-2022, 17:14

Belçika ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat

17-02-2023, 02:23

Polşa ilə iqtisadi-ticarət əməkdaşlığı müzakirə olunub

İqtisadiyyat

2-08-2022, 17:02

Daşkənddə Türkiyənin ticarət naziri ilə görüş keçirilib

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
Bu gün, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 10:35
    Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
  • Bu gün, 10:17
    Yağış yağsa, bu evlər çökəcək! - Masazırda biabırçı inşaatın pərdəarxası VİDEO
  • Bu gün, 09:56
    Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
  • Bu gün, 09:48
    Siyəzəndə haqqı tapdalanan qazi ailəsi Prezidentə müraciət etdi - Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov ...
  • Bu gün, 09:34
    Donald Tramp Putin və Zelenski ilə görüş planlarını açıqlayıb
  • Bu gün, 09:21
    İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
  • Bu gün, 09:04
    Qaradağda selin dağıtdığı körpünün yerində yenisi inşa edilib
  • Dünən, 19:00
    Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
  • Dünən, 18:30
    Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq- Yenilənib
  • Dünən, 18:05
    SEPAH: Hörmüz boğazında minaya düşən tanker alovlanıb
  • Dünən, 18:00
    Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
  • Dünən, 17:32
    VII Bakı Forumu - mədəniyyətlərarası dialoqun və qlobal həmrəyliyin ünvanı
  • Dünən, 17:25
     İylənmiş ət verən şadlıq sarayı HANSI MƏMURUNDUR? – "Çıraq palace" haqda İLGİNC İDDİALAR
  • Dünən, 16:56
    Əli Əsədov İƏT-in Baş katibi ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
  • Dünən, 16:44
    Sabiq deputatın şirkətinə cinayət işi açıldı: 5 milyonluq obyekti söküblər - BU NƏDİ BELƏ?..
  • Dünən, 16:17
    İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
  • Dünən, 15:53
    Mənə qanundan danışan Gülər xanım, bəs öz məktəbinizdə qanun necə işləyir?
  • Dünən, 15:49
    400 müəllimin haqq səsinə qarşı çıxan Günay Məmmədova indi özü niyə haqsızlıqdan fəryad edir? – İlahi ədalətin təzahürü!
  • Dünən, 15:24
    Kamran Əliyev Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Akademiyasının rəhbəri ilə görüşüb
  • Dünən, 15:13
    Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
  • Dünən, 15:04
    Penitensiar xidmətə yeni rəhbər təyin edilən Sahib Rzayev kimdir? – DİN, FHN və Ədliyyə Nazirliyindən keçən karyera yolu
  • Dünən, 14:58
    İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
  • Dünən, 14:35
    Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib
  • Dünən, 13:07
    Milli Məclisin payız sessiyası üzrə növbəti iclası oktyabrın 30-da keçiriləcək
  • Dünən, 12:52
    Könül Həmzəyevaya qarşı 300 minlik DƏLƏDUZLUQ: məhkəmə başladı - TƏFƏRRÜAT
  • Dünən, 12:26
    Təhsil sistemində növbəti araşdırması ciddi nöqsanlar üzə çıxartdı - İlham Əhmədov
  • Dünən, 12:00
    Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var
  • Dünən, 11:48
    Kəlbəcər Bərpa, Tikinti və İdarəetmə Xidməti vergi borcu olan, analoji işlərdə təcrübəsi olmayan MMC ilə müqavilə bağladı
  • Dünən, 11:27
    Parlamentin növbəti plenar iclası keçirilir, 12 məsələ müzakirə ediləcək
  • Dünən, 11:20
    İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq
  • Dünən, 10:55
    Prezident: Azərbaycan mədəniyyətlərarası körpülər salan ölkə kimi tanınır
  • Dünən, 10:44
    Muzey direktoruna "DUR" deyən olacaqmı?! -"Sehrli əllər"in sahibi kimlərdir?
  • Dünən, 10:22
    İlham Əliyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu effektiv platformaya çevrilib
  • Dünən, 10:04
    Gəncə Dövlət Universitetində nə baş verir? - Yoxlama nələri aşkar etdi?l İDDİA
  • Dünən, 09:22
    Masallı, Ağstafa və Samuxun bir sıra ərazilərində bu gün işıq olmayacaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə