• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

VƏTƏNDAŞ İMİŞLİ ASAN XİDMƏTİNİ DƏLƏDUZLARLA ƏLAQƏDƏ İTTİHAM EDİR

Cəmiyyət / Sosial

28-11-2025, 11:01

Vətəndaş Məmmədov Niyaməddin Məmməd oğlu redaksiyamıza şikayət ərizəsi ilə müraciət edib. O, dələduzluğun qurbanı olduğunu bildirir.
Beləki, Niyaməddin Məmmədov internetdə daşınmaz əmlak alqı-satqısı elanlarından biri ilə maraqlanıb əlaqə nömrəsinə zəng vurur. Elanı verən şəxslə danışıb evə baxmaq üçün vaxt təyin edirlər.
Həmin şəxs Şirinov Elçin Vaqif oğlu olub. O, Suraxanı rayonu Hövsan qəsəbəsinin bağlar massivində yerləşən evi ona göstərərək 20 min manata satdığını bildirir.
Onlar 1000 manat beh müqabilində evin alqı-satqısına dair razılığa gəlirlər. Niyaməddin Məmmədov Elçin Şirinova 1000 manat beh, sonra isə (24.08.2024-cü il tarixində) müqavilə əsasında 18.000 (on səkkiz min) manat pul ödəyir.
Daha sonra kommunal xətlərin çəkilməsi üçün 1600 manat ödəyir. Elçin Şirinov evin alqı-satqı prosesinin inandırıcı görünməsi üçün Niyaməddin Məmmədova “Azərişıq” ASC-yə məxsus olan 110302800032204 saylı abonent kodunu vermiş, artıq adına abonent kodunun oldugunu, bundan sonra da evin adına rəsmiləşəcəyini demişdir.
Lakin sonradan bunun bir dələduzluq əməli olduğu məlum olmuşdur. Hazırda bu iş üzrə Niyaməddin Məmmədovdan başqa daha bir nəfər də zərərçəkmiş qismində tanınır. Elçin Şirinov eyni qayda ilə hamıya ona məxsus olmayan evləri göstərərək pul əldə etmiş və şəxsləri aldatmışdır.
Zərərçəkmişlər sonradan əldə biliblər ki, həmin abonent kodu 05.09.2024-cü il tarixində İmişli “ASAN Xidmət” Mərkəzində açılıb. Niyaməddin 05.09.2024-cü il tarixində İmişli “ASAN Xidmət” mərkəzində olmadığını, bu hərəkəti həyata keçirmək üçün heç kəsə etibarnamə vermədiyini, açılmış abonent koduna aid olan daşınmaz əmlakın isə ümumiyyətlə ona məxsus olmadığını deyir.
O, bu barədə Azərişıq ASC-yə rəsmi məktub ünvanlayıb. Azərışıq ASC 15.08.2025-ci il tarixli 13-13\2-2\14-M-9525-5\2025 saylı məktubla bildirib ki, abonent kodu yalnışlıqla sizin adınıza keçirilib, sonra dəyişdirilərək başqa şəxsin adına qaytarılmışdır. Nöqsana yol verdiyinə görə İmişli ASAN Xidmət üzrə qrup rəhbəri Əkbərov Hikmət Mürvət oğluna töhmət verilmişdir.
Bəs Əkbərov Hikmət Mürvət oğlunun İmişli ASAN Xidmət Mərkəzində “texniki səhvə” yol verdiyini Bakıda yaşayan Şirinov Elçin Vaqif oğlu necə xəbər tutmuşdur?
Necə olmuşdur ki, ASAN Xidmətin əməkdaşının texniki səhvi dələduzluqda ittiham olunan şəxsə elə həmin an məlum olmuş və texniki səhv baş verən kimi həmin abonent kodu Niyaməddin Məmmədova verilmişdir. Bu suallara hüquq-mühafizə orqanları cavab axtarmır. “Azərışıq” ASC-nin cavabi isə elə özü-özünü təkzib edir.
Həbs olunan şəxs- Şirinov Elçin Vaqif oğlunun kimlərin vasitəsilə və necə İmişli “ASAN Xidmət” Mərkəzində vətəndaşın razılığı və özü olmadan onun adına, ona məxsus olmayan əmlaka dair abonent kodunun açılması, Şirinov Elçin Vaqif oğlunun Əkbərov Hikmət Mürvət oğlu ilə əlaqələri araşdırılmamışdır.
Niyaməddin Məmmədov bu məsələnin araşdırılması üçün “Azərişıq” ASC-yə müraciət edən zaman ona şifahi olaraq Babayev Elşad Əlövsət oğlunun mobil telefon nömrəsini vermiş və bu şəxs vasitəsilə abonent kodunun açıldığını bildirmişlər. Niyaməddin o nömrəyə zəng vurduqda dəfələrlə təhdidə məruz qaldığını və bu işi araşdırmaması üçün ona Babayev Elşad Əlövsət oğlu tərəfindən təhdidlər edildiyini bildirir. Bundan sonra Kamran Rüstəmov, Hikmət Əkbərov və Cəlilov Yadigar adlı adamlar mobil telefondan Niyaməddin Məmmədova zəng edərək bu məsələni araşdırılmasının dayandırmasını və şikayətin geri götürülməsini tələb etmişlər.
Göstərilənlərdən də görünür ki, vətəndaş Məmmədov Niyaməddin Məmməd oğlunun adıma saxta abonent kodu açılmış və bu hadisə dövlətə məxsus olan, ən güvəndiyimiz təşkilat ASAN Xidmətdə baş verib. Bu şəxslərin əlbir olmasına dair kifayət qədər şübhələr vardır.
Niyaməddin Məmmədov onu da bildirir ki, dəfələrlə istintaqın gedişində saxta sənədin kimlər tərəfindən hazırlanması ilə bağlı vəsatətlər versələr də bu məsələ araşdırılmamış, həmin şəxslər istintaqa cəlb edilməmişlər.
Halbuki həmin şəxslərlər bağlı səs yazıları da mövcuddur. Lakin Suraxanı rayon Polis idarəsinin müstəntiqi Orxan Allahquliyev törədilmiş cinayətin ört-basdır edilməsi üçün əlindən gələni etmiş və cinayət işində aidiyyatı olan digər şəxsləri cinayət işinə cəlb etməmişdir.
Orxan Allahquliyevin bu məsələni niyə araşdırmaması isə özü də şübhəlidir.
Hazırda iş məhkəmə mərhələsindədir. Ümid edirik ki, hakim işə ədalətli və obyektiv yanaşaraq bütün qaranlıq məqamlara aydınlıq gətirəcək.
Sima Babayeva
TEREF

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

2-07-2024, 12:42

"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -İLGİNC FAKTLAR

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Cəmiyyət

17-07-2024, 15:40

YAP-ın siyahısında - 66 yeni ad

Cəmiyyət

17-07-2024, 14:39

YAP namizədlərinin siyahısını açıqladı - Tam siyahı

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Cəmiyyət

16-09-2024, 14:26

MSK yekun siyahını açıqladı! - Adlar

Cəmiyyət

7-11-2025, 16:39

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Gündəm

13-11-2025, 18:20

Həbsdəki eks-generalın istintaqdan gizlətdiyi əmlakı üzə çıxdı – Dəyəri bu qədərdir

Gündəm / Cəmiyyət

25-09-2024, 12:08

Kürdəmirdə vətəndaşın BAŞINA OYUN AÇIRLAR... - ÖZBAŞINALIQ!

Gündəm / Olay

11-09-2023, 16:31

Zaur Hümmətov hakimdir, yoxsa “YeloBank”ın vəkili? – İş adamından Tovuz Rayon Məhkəməsinin hakimi ilə bağlı sensaison müraciət

Cəmiyyət

2-07-2024, 14:37

Əmlak Xidməti ilə “AzGerneft” əlbir olub... NARAZILIQ YARADIR - ÖZBAŞINALIQ!

Cəmiyyət

24-12-2024, 10:57

“Azcosmetics” MMC-də köhnə hamam... köhnə tas... - NƏ BAŞ VERİR?

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Bu gün, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Bu gün, 11:42
Xəzər dənizində zəlzələ olub
Dünən, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
Xəbər lenti
  • Bu gün, 17:37
    “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT
  • Bu gün, 17:01
    Prezident icra başçısını vəzifəsindən azad etdi
  • Bu gün, 16:54
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • Bu gün, 16:44
    Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər
  • Bu gün, 16:18
    Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:11
    “Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?
  • Bu gün, 15:36
    Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
  • Bu gün, 15:26
    Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
  • Bu gün, 15:00
    "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başlayıb
  • Bu gün, 13:45
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
  • Bu gün, 13:36
    Necə olur ki, Elxan İsmayılov “Fəxri dəmiryolçu” adına layiq görülür? - Hansı konkret xidmətinə görə?..
  • Bu gün, 13:22
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Bu gün, 13:10
    Hande Erçel Cennifer Lopezlə bir arada - Foto
  • Bu gün, 12:36
    Türkiyədə zəlzələ olub
  • Bu gün, 12:23
    51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
  • Bu gün, 11:42
    Xəzər dənizində zəlzələ olub
  • Bu gün, 11:24
    Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.
  • Bu gün, 10:25
    Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar
  • Bu gün, 10:15
    Satışda vaxtı keçmiş UŞAQ QİDASI... - BU NƏDİ BELƏ?
  • Bu gün, 09:54
    Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir
  • Bu gün, 09:43
    "“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz" - Jurnalist gördüyünü yazır
  • Bu gün, 09:26
    Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
  • Bu gün, 09:22
    Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
  • Bu gün, 08:55
    Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • Dünən, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Dünən, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • Dünən, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • Dünən, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • Dünən, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
  • Dünən, 17:14
    Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
  • Dünən, 17:03
    “Kristal Bakı”nın külli miqdarda vergi borcu var? - Sorğu
  • Dünən, 15:51
    Martin Ryan Lənkəran Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb
  • Dünən, 15:42
    Yeni Günəşlidə "gözdən pərdə asırlar" - Əsas yollar yenə kənarda qalıb- VİDEO
  • Dünən, 14:51
    Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə