• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İlahə Həmidovanın və Mətanət Hüseynovanın əməlləri araşdırılsın

Cəmiyyət / Təhsil

21-11-2025, 12:43

“Bakıda yerləşən 333 nömrəli tam orta məktəbdə direktor səlahiyyətlərini müvəqqəti icra edən İlahə Həmidova və məktəbin direktor müavini Mətanət Hüseynova qanunsuz əməllər və korrupsiyaya yol verirlər”.
Bunu Bakupost.az -a məktəbin 2000–2021-ci illərdə direktoru olmuş Arzu Hüseynova bildirib.Keçmiş direktorun sözlərinə görə, hazırda 144 nömrəli məktəbin direktoru olan İlahə Həmidova eyni zamanda 333 nömrəli məktəbə rəhbərlik edir və adına yazılan 12 saat dərsə qatılmadan idarəçiliyi onlayn qaydada həyata keçirir:“Araşdırsanız, o yəqin ki, digər məktəb də də eyni əməlləri törədir. Ancaq bu saatların əmək haqqısını hər ay dövlətdən mənimsəyir”.Arzu Hüseynova iddia edir ki, İlahə Həmidova və ötən il korrupsiya əməllərinə görə töhmət almış direktor müavini Mətanət Hüseynova məktəbdə qeyri-qanuni sistem yaradıblar.Onun sözlərinə görə, 10 və 11-ci siniflərdə ümumilikdə 169 şagird ilboyu 6 və 7-ci dərslərdən qeyri-rəsmi şəkildə evə buraxılır və bunun müqabilində valideynlərdən külli miqdarda pul yığılır:“Mətanət Hüseynovanın qanunsuzluqları və özbaşınalığı nəticəsində məktəbin 4 paralel 10-cu sinfi (86 şagird), 4 paralel 11-ci sinfi (83 şagird) il ərzində 6 və 7-ci saatlarda evə buraxılır. Mətanət Hüseynova deyir ki, İlahə Həmidova ilə birlikdə icazə almışam, hazırlığa gedin. Buna görə də 169 şagirddən aldıqları küllü miqdarda rüşvəti hər ay İlahə ilə bölüşürlər. Əgər araşdırma aparılsa, dərhal ortaya çıxacaq. Bu isə il ərzində küllü miqdarda dövlət dərs saatının itirilməsi və rüşvət yolu ilə pul qazanmaq deməkdir”.Keçmiş direktorun iddialarına görə, Mətanət Hüseynova qanunsuz hazırlıq qrupları təşkil edir və buna görə müəllimlərdən aylıq 100 manat pul tələb edir. Adı çəkilən müəllimlərin siyahısı da təqdim olunub:“Solmaz Hüseynova , Günel Hüseynli, Mahrux Əliyeva , Esmira İbrahimova, Günay Əsgərova, Şəms Usubova, Günel Əsgərova, Şəms Əliyeva. Mətanət və İlahə birləşərək məktəbi özəl hazırlıq kursuna çeviriblər. Məktəbin riyaziyyat müəllimi məcburi ərizə yazdırılaraq öz hesabına məzuniyyətə göndərilib. Onun dərs saatları isə Mətanət və İlahənin məktəbdəki qanunsuz hazırlıq qrupunda olan Şəms Usubovaya verilib. Dərs saatlarının pulunu isə öz aralarında bölürlər. Məktəbin fiziki tərbiyə müəllimi Munis Tahirov musiqi sahəsində öz şəxsi biznesi ilə məşğul olur və məktəbə gəlmir. Adına yazılan dərs saatlarına görə məvacibi isə İlahə ilə Mətanət öz aralarında bölürlər”.Arzu Hüseynova deyir ki, qanunsuzluğa etiraz edən müəllimlərə “Bizim hər yerdə adamlarımız var”, “Heç kim heç nə edə bilməz” deyərək hədə-qorxu gəlirlər:“Şəhid və qazi ailələrinin yaşadığı bir ərazidə yerləşən bu məktəbdə baş verən korrupsiya əməlləri araşdırılmalı, İlahə Həmidova və Mətanət Hüseynova cinayət məsuliyyətinə cəlb olunmalıdır”.Məsələ ilə bağlı 144 nömrəli məktəbin direktoru və 333 nömrəli məktəbdə müvəqqəti rəhbərliyi icra edən İlahə Həmidova ilə əlaqə saxladıq. İlahə Həmidova Bakupost.az -a açıqlamasında deyilən iddiaları təkzib etdi və bildirdi ki, Arzu Hüseynova heç vaxt 333 nömrəli məktəbin direktoru olmayıb:“Bunu sistem üzərindən də araşdıra bilərsiniz. Zatən elə bir dövrdəyik ki, bütün məlumatlar elektron sistemdədir. Kağız sistem deyil ki, orada nəsə tapılmasın. Sadəcə, bu məktəb əvvəlki illərdə Qarabağ Regional Təhsil İdarəsinə tabe olan 149 nömrəli məktəb olaraq fəaliyyət göstərib və mənim bildiyim qədər həmin dövrlərdə məktəbin Arzu adlı direktoru olub”.Direktor bildirib ki, Arzu Hüseynovanın özü də vaxtilə işində ciddi nöqsanlara görə məsuliyyətə cəlb olunub və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilib:“Mən sizdən çox xahiş edirəm, Arzu xanımın özünü araşdırın. Mənim bildiyim qədər, o, işində buraxdığı kobud nöqsanlara görə məsuliyyətə cəlb olunub. Çünki dövlət siyasətinə qarşı çıxan, dövlətin təhsil sisteminə zərbə vuran insanlar artıq, gördüyünüz kimi, sosial mediada da müzakirə olunur və heç kim cəzasız qalmır.Arzu xanım təkcə məktəblə bağlı yox, məktəb rəhbərliyi adından istifadə edərək bir sıra qanun pozuntularına yol verdiyinə görə məsuliyyətə cəlb olunub. Məndə olan məlumatlar bunlardır və məktəb daxilində də geniş şəkildə müzakirə olunur. Onun iddia etdiyi məsələlərə gəlincə, mən 144 nömrəli məktəbin direktoruyam və bəli, müvəqqəti olaraq – 3 aylığa həmin məktəb mənim səlahiyyətimə verilmişdi. Bir işçi bir yerdə tam ştat işləyirsə, digər iş yerində müəyyən saatlarla çalışa bilər. Bu, Əmək Məcəlləsi ilə tənzimlənir. Çünki mənim əsas iş yerim 144 nömrəli məktəbdir və qanunvericiliyə uyğun olaraq, mən həvalə olunanəlavə iş yerində müəyyən edilmiş saatlarda olmalıyam. Həmin saatlarda da maksimum şəkildə orada oluram və hətta həmin saatlardan artıq da məktəbdə qalmağa çalışıram. Çünki o məktəb 2 növbəlidir, axşam saatlarına qədər tədris prosesi davam edir. Yəni onu da bildirim ki, qaydalara uyğun olaraq mənim iş saatlarım tənzimlənir”.İlahə Həmidova ona qarşı səslənən digər ittihamları da tamamilə “əsassız və böhtan” adlandırıb, məsələ ilə bağlı hüquqi addım atacağını bildirib:“Təhsil sistemində uzun illər müəllim kimi fəaliyyət göstərmişəm, metodist olmuşam, araşdıra bilərsiniz ki, bu sahədə hər hansı qanun pozuntusuna yol vermişəm, ya verməmişəm. Qəti şəkildə, tam məsuliyyətimlə deyirəm ki, yol verilməyib. Bu deyilənlər boş, cəfəng sözlər, şər-böhtandır. Müvafiq qurumlara da açığıq. Gəlib bu ittihamları yerində araşdırsınlar. Hətta mən özüm müraciət edəcəyəm ki, gəlib məktəbi araşdırsınlar.Arzu xanım kimi düşünən insanlardan olsam, mən də qeyri-peşəkarcasına müəyyən subyektiv və ya şəxsi fikirlər səsləndirə bilərdim. Amma təxmin edirəm ki, onun bu ittihamları nəyə görədir. Bir az araşdırma etsəniz, özünüz də görəcəksiniz ki, bu qərəzlilik pik həddədir və səbəbi nədir. Amma mən bununla bağlı heç nə demirəm. Məncə, Arzu xanım düz yola gəlsin. Çünki o da bir xanımdır və ən azından təhsildə xidməti olub. Aydındır ki, etdiyi nöqsanlara, qanun pozuntularına görə bir neçə dəfə dövlət tərəfindən məsuliyyətə cəlb olunub. O oturub düşünməlidir ki, mən bu dövlətə, özümə bunu niyə edirəm? Ən azı vicdan sorğulamasını etsin”.Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərdik. Qurumdan Bakupost.az -a bildirildi ki, paytaxtdakı 333 nömrəli tam orta ümumtəhsil məktəbinə dair qeyd olunan iddialarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq:“Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam, işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Cəmiyyət

19-03-2024, 11:22

Azərbaycanlı alimin oğlu ABŞ-ın ən nadir məktəbinə qəbul olunub - MARAQLI

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

18-12-2024, 13:02

Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

12-07-2024, 10:50

Bakıda sal qayanın üstündə gecəqondu məktəb - Direktorla sakinin yol davası (FOTO/VİDEO)

Cəmiyyət

2-06-2025, 14:31

288 saylı məktəbin ,,Kraliçası'' Aygün Hüseynovanın erası bitir –Son sözü Üç nazirlik deyəcək!

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

2-12-2024, 16:26

Qarabağ qazisi Mərkəzi Xəstəxanasının həkimindən ŞİKAYƏTÇİDİR – “İlahə Ağayeva qanunlara riayət etmək istəmir”

Gündəm / Təhsil

26-05-2025, 16:48

Daha bir məktəb direktoru üçün “əcəl zəngi” – Aygün Hüseynovanın səsyazısı yayıldı:Pul gətirin!

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Bu gün, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Bu gün, 11:42
Xəzər dənizində zəlzələ olub
Dünən, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
Xəbər lenti
  • Bu gün, 19:00
    Paşinyanın Kreml dilemması - Avropaya baxır, Moskvadan gözünü çəkə bilmir - ŞƏRH
  • Bu gün, 18:30
    Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib
  • Bu gün, 18:08
    Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO
  • Bu gün, 17:56
    Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
  • Bu gün, 17:37
    “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT
  • Bu gün, 17:01
    Prezident icra başçısını vəzifəsindən azad etdi
  • Bu gün, 16:54
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • Bu gün, 16:44
    Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər
  • Bu gün, 16:18
    Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:11
    “Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?
  • Bu gün, 15:36
    Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
  • Bu gün, 15:26
    Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
  • Bu gün, 15:00
    "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başlayıb
  • Bu gün, 13:45
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
  • Bu gün, 13:36
    Necə olur ki, Elxan İsmayılov “Fəxri dəmiryolçu” adına layiq görülür? - Hansı konkret xidmətinə görə?..
  • Bu gün, 13:22
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Bu gün, 13:10
    Hande Erçel Cennifer Lopezlə bir arada - Foto
  • Bu gün, 12:36
    Türkiyədə zəlzələ olub
  • Bu gün, 12:23
    51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
  • Bu gün, 11:42
    Xəzər dənizində zəlzələ olub
  • Bu gün, 11:24
    Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.
  • Bu gün, 10:25
    Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar
  • Bu gün, 10:15
    Satışda vaxtı keçmiş UŞAQ QİDASI... - BU NƏDİ BELƏ?
  • Bu gün, 09:54
    Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir
  • Bu gün, 09:43
    "“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz" - Jurnalist gördüyünü yazır
  • Bu gün, 09:26
    Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
  • Bu gün, 09:22
    Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
  • Bu gün, 08:55
    Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • Dünən, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Dünən, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • Dünən, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • Dünən, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • Dünən, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
  • Dünən, 17:14
    Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə