Sizin reklam burada 728×90
Son dəqiqə

“Sülh sazişi imzalanmağa hazırdır” - Ermənistan XİN

13.03.2025 18:58 373 1 dəq oxunur
“Sülh sazişi imzalanmağa hazırdır” - Ermənistan XİN
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh sazişinin bütün maddələrinin razılaşdırıldığını təsdiq edib.

Ermənistan XİN bu barədə bəyanat yayıb.

Bildirilib ki, Ermənistan XİN diplomatik kanallar vasitəsilə sülh sazişində razılaşdırılmayan iki maddə üzrə Azərbaycanın təklifini qəbul etdiyini Bakıya çatdırıb.

“Sülh sazişi imzalanmağa hazırdır. Ermənistan sazişin imzalanma yeri və tarixi barədə Azərbaycanla konsultasiyaları başlatmağa hazırdır”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Bakı və İrəvan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin artıq yekunlaşdığını açıqlayıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az