Sizin reklam burada 728×90
Son dəqiqə

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır

08.10.2024 19:11 625 1 dəq oxunur
Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır
Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.

O bildirib ki, bu, Ermənistanın rəsmi mövqeyidir.

Paşinyan həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh müqaviləsi layihəsinin təsdiqini başa çatdırmaq üçün işi gücləndirmək barədə razılığa gəliblər. O, təfərrüatları açıqlamayıb.(Sputnik Armenia)
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az