• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Tarix İnstitutunda TARİXİ QALMAQAL - BU NƏDİ BELƏ?..

Cəmiyyət

7-12-2024, 09:26

Keçək mətləbə: bu ilin əvvəlində AMEA-nın Tarix və Etnologiya İnstitutunun gənc, həm də tanınmış əməkdaşı Günel Aslanlı (o həm də «Heydər Əliyev irsini araşdırma» şöbəsinin aparıcı mütəxəssisidir) direktor Kərim Şükürovun ona qarşı etdiyi diləgəlməz mübarizə taktikasına etiraz edərək «Təzadlar»a şikayət ərizəsi göndərmişdi (ərizənin surəti təqdim edilir). Xanım onun ərizəsinə reaksiyamızın yubandığını görərək (Redaksiya «Media haqqında» Qanunun tələblərinə rəğmən, məsələyə peşəkar yanaşaraq qarşı tərəfin mövqeyini öyrənməyə çalışarkən) G.Aslanlı redaksiyaya zəng vurdu, müsahibə vermək istədiyini diqqətə çatdırdı. Onu redaksiyaya dəvət etdik.

Bu arada, xanım şikayətçinin ərizəsini həm Kərim Şükürova, həm də AMEA-nın Prezidenti İ.Həbibbəyliyə göndərdik ki, münasibət bildirilsin. Amma qarşı tərəfdən, daha doğrusu, siyasi mübarizə meydanlarından tanıdığımız, müxalif mövqeyinə bələd olduğumuz Kərim Şükürovdan gözləmədiyimiz cavabı aldıq (surəti təqdim edilir). Kərim Şükürov elektron poçtumuza göndərdiyi cavab mesajlarında redaksiyanı gah məhkəmə ilə hədələdi, gah da qəzetin baş redaktorunu, əməkdaşlarını Stalinin əməl davamçıları adlandırdı və s.

Qarşı tərəfin siyasi və elmi mərifətini gördüyümüzdən, G.Aslanlını redaksiyaya təkrarən dəvət etdik, əməkdaşımız, Qarabağ Müharibəsinin veteranı Elçin Məmmədli Günel Aslanlıdan müsahibə aldı. Müsahibəni dərc etdik.

Elə mərəkə də bundan sonra başladı. Günel Aslanlının atası Mobil Aslanlı ilə, necə deyərlər, tonlarla çörək kəsmiş, direktor olandan sonra isə G.Aslanlı ilə mübarizəyə başlamış direktor Kərim Şükürov tamam fərqli yol tutdu… Hədələrin biri bir qəpik! Təhdidin biri bir batman! Təkəbbürün biri Tarix İnstitutu boyda!

Bu hələ harasıdır, az keçmiş onun himayəsində olub institutda «at oynadan» Şəhla Məmmədli adlı qadın elektron poçtumuza dilə gətiriləsi mümkün olmayan, küçə söyüşünü bir arşın qabaqlayan söyüşlərini anonim elektron poçtlardan redaksiyaya göndərməyə başladı(DTX və DİN-ə rəsmi müraciət etmişik, araşdırılır. O duyuq düşəndən bəri daha küçə ifadələrini dayandırıb).

***

Nə isə. Kərim Şükürov bu dəfə redaksiyanı məhkəmə ilə susdurmaq qərarına gəldi. Necə? Şəhla Məmmədlinin adından məhkəməyə şikayət verildi ki, qəzet üzr istəsin, 20 min manat təzminat ödəsin və s.

Sual yaranır: kimdən və nə üçün üzr istəmək lazımdır? Qadın əməkdaşın xısma-boğmadan bezib qəzetə verdiyi müsahibəsinə görəmi?! Bəs, sizcə, qadınlarla mübarizəyə girən başıpapaqlılar üzr istəməli deyilmi?

Redaksiya araşdırma apardı: məlum oldu ki, «Təzadlar»ı məhkəməyə verən Şəhla Məmmədlinin elmi işi naqolaydır! Bu barədə daha sonra… O institutda (G.Aslanlının müsahibəsində deyildiyi kimi) əməllicə davakar, at oynadan, ilişmədiyi adam qoymayan əməkdaş kimi tanınır. Təsəvvür edin, keçmiş direktor, Akademik Yaqub Mahmudovun canını necə boğaza yığmışdırsa, bir dəfə ciddi xəbərdarlıqla töhmət, sonra isə şiddətli töhmət verdirməklə Şəhla Məmmədlinin, hətta Həmkarlar Təşkilatı üzvülüyündən qovulmasınadək lazımi tədbirlərini gördürmüşdür.

«Xanım əməkdaşlara qarşı bu diskriminasiyanın müəllifi olan direktor Kərim Şükürov isə kənardan baxıb hadisələri seyr edir…»

…Araşdırmamız bir az da dərinə getdi. Məlum oldu ki, direktor gələndən sonra Kərim Şükürov kollektivi idarə etmək, səsini çıxaran, hansısa xoşagəlməzliklərə qarşı mübarizə yolu tutan xanım əməkdaşlara qarşı Şəhla Məmmədlinin taktikasından və potensialından istifadə etməlidir! Edib də. Bu direktora yaraşmaz mübarizənin hədəfi görün kimlərdir: tanınmış tarixçi alim Günel Aslanlı və başqaları (digərlərinin də adını təqdim edirik).

Bu hələ harasıdır: taxtikaya baxın, direktor qadın əməkdaşları bizə məlum olmayan səbəblərdən gözümçıxdıya salır, bu yersiz mübarizəyə etirazlı səsini qaldıranlar isə Şəhla Məmmədlinin vasitəsilə təhqir edilir, hədələnir. Elə buna görə də Şəhla Məmmədli sabiq direktor Yaqub Mahmudovun qara siyahısına düşür, sonda şiddətli töhmət alır, ardınca Yasamal RPİ-nin müstəntiqi işi araşdıraraq qadınlığını nəzərə alıb Şəhla Məmmədlini cinayət məsuliyyətinə cəlb etməsə də, amma İXM-nin tələblərinə uyğun cərimələməklə ona son xəbərdarlığını edir. Xanım əməkdaşlara qarşı bu diskriminasiyanın müəllifi olan direktor Kərim Şükürov isə kənardan baxıb hadisələri seyr edir…

İndi siz deyin, belə bir direktoru olan institutda Azərbaycan dövlətinin və xalqının tarixi necə şəffaf və dəqiq yazıla bilər???

Səbrinizi basın, sonda: təsəvvür edirsinizmi, son bir ayda daha iki xanım əməkdaş şöbə Kərim Şükürovun kişi şöbə müdirləri tərəfindən söyülür, təhqir olunur, dava düşür, instituta təcili yardım briqadası gəlir və s.

Allah, sən saxla! Tarix institutunda tarixi hadisələr yaşanır!

İndi Prezident Adminstrasiyasının çox hörmətli şöbə müdiri Fərəh xanım Əliyevadan, AMEA-nın Prezidenti hörmətli İsa Həbibbəylidən soruşmağı özümüzə borc bilirik: AMEA-nın Tarix İnstitutunda baş verənlərdən xəbəriniz varmı? Yoxdursa, noolar, bir araşdırma aparın, xüsusi işçi qrupu göndərin, direktorun fəaliyyətini təftiş etdirin və sonda soruşun: Kərim Şükürov, Allahına və bəxtinə şükür elə ki, səni direktor qoyulmusan! Bəs sən nə işlə məşğulsan? Xanım əməkdaşlardan nə istəyirsən??? Başqa işlərlə məşğul ola bilmirsən? Görmürsən, ermənilər hər gün tariximizə saxta motivlər qatmağa çalışırlar. Aşotu, Hamparsumu… qoyub öz kollektivində xanımlara qarşı bu nə çirkin mübarizə yoludur???

***

Lap sonda: xanım dedik, Yasamal rayon Məhkəməsinin hakimi yadımıza düşdü. Xarırlatma: dekabrın 12-də, saat 12:30-da Kərim Şükürovun «Təzadlar»a qarşı məhkəmə iddiasına baxılacaq. Mübahisələndirilən məsələ isə institutun əməkdaşı, daha doğrusu, Kərim Şükürovun gözümçıxdıya saldığı, təqib etdiyi Günel Aslanlının yumşaq üslubda olan müsahibəsidir.

Maraqlıdır ki, hakim də xanımdır: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-Məmmədova Ayşən Ramiz qızı!

Bu bir təsadüfdürmü?!

«Təzadlar»

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

29-11-2024, 10:04

Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI

Cəmiyyət

29-10-2024, 11:50

BU NƏDİ BELƏ: Buralarda elmdən başqa hər şey var... - Elm ocağına təcili yardım gəlir...

Gündəm / Cəmiyyət

4-11-2024, 13:20

AAK AMEA-nı TƏMİZLƏYƏ biləcəkmi? - "Bu qədər saxta akademik rəylərə..."

Ölkə

3-02-2024, 02:00

Yeniləşən Akademiyanın yeni loqotipi - emblemi hazırlanır

Cəmiyyət

1-04-2024, 04:06

“Naxçıvan Muxtar Respublikasının yaradılması: tarix və müasirlik” mövzusunda respublika elmi konfransı keçirilib FOTOLAR

Cəmiyyət

18-07-2022, 15:34

Ukrayna səfiri həlak olan azərbaycanlı hərbçi ilə bağlı paylaşım edib

Cəmiyyət

3-08-2024, 14:32

Hərbçilərimizin peşəkarlıq səviyyəsi daha da yüksəldilib - Kərim Vəliyev

Cəmiyyət

14-10-2024, 14:22

"Onun deputat seçilməsi xalqa təhqirdir" - Professorla tarixçi alim arasında qarşıdurma

Cəmiyyət

19-08-2023, 01:11

IV Yay Düşərgəsinin növbəti paneli “Azərbaycanın müstəqillik tarixi”nə həsr olunub

Gündəm / Araşdırma

18-10-2023, 11:37

Şəkidə TÜRMƏ RƏİSİ QOÇULUQ EDİR... - VİDEO

Gündəm / Olay

1-09-2023, 15:17

AMEA robot-tozsoran, əl qurudan alır

Şou-biznes

11-09-2023, 18:10

"Mətanət İsgəndərli məni şantaj edib"

Araşdırma
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
Hadisə
Dünən, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
10-09-2026, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
9-09-2026, 18:30
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
9-09-2026, 17:45
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
Xəbər lenti
  • Bu gün, 09:38
    Peşə təhsilində müqavilə biabırçılığı - Yüzlərlə müəllim və usta yeri boş saxlanılıb
  • Bu gün, 09:17
    UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür
  • Bu gün, 08:52
    Bakıda 10 istiqamətdə tıxac yaranıb
  • Dünən, 21:46
    İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
  • Dünən, 21:31
    Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
  • Dünən, 18:59
    Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
  • Dünən, 18:14
    Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
  • Dünən, 17:44
    Anar Bayramov deputatın qohumunu işdən çıxardı - ƏMR
  • Dünən, 17:12
    İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
  • Dünən, 16:57
    Statistika Komitəsinin şöbə müdirləri işdən çıxarıldı - ƏMR
  • Dünən, 16:07
    Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • Dünən, 15:54
    Peşə təhsilində müqavilə biabırçılığı - Yüzlərlə müəllim və usta yeri boş saxlanılıb - ŞOK FAKTLAR
  • Dünən, 14:59
    Hakan Fidan Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə gəmilərə hücumları pisləyib
  • Dünən, 14:47
     Ramiz Mehdiyev işində sensasion adlar - Adı hallanan Sərdar Cəlaloğlu isə deyir ki...
  • Dünən, 14:20
    Hakim tərəfindən təkbaşına baxılacaq apellyasiya şikayətləri müəyyənləşir
  • Dünən, 14:04
    Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • Dünən, 13:50
    Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
  • Dünən, 12:39
    Azərbaycanda sabah 35 dərəcə isti olacaq
  • Dünən, 12:30
    Suraxanı rayonunda "Daş abidə"parkını söküblər?
  • Dünən, 12:11
    Ukrayna və Azərbaycan Orta Dəhlizin imkanlarının genişləndirilməsini müzakirə ediblər
  • Dünən, 12:04
    Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - Video
  • Dünən, 11:20
    Astaranın üç kəndinin qaz təchizatı dayandırılıb
  • Dünən, 11:06
    DSMF 13 il sonra əlil şəxsin pensiyasını dayandırıb - Hələ 3 ilin pulunu geri istəyir
  • Dünən, 10:41
    Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır
  • Dünən, 10:25
    Hadı Rəcəblinin oğlu borcunu niyə qaytarmır?
  • Dünən, 10:13
    XİN: Bakının azad edilməsi Azərbaycanın dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu
  • Dünən, 10:02
    AYNA ilə bağlı qalmaqallı detallar üzə çıxdı – Anar Rzayev nəyi gözləyir?
  • Dünən, 09:46
    Emin Əmrullayev: Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur
  • Dünən, 09:08
    Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
  • Dünən, 08:49
    Azərbaycanda Bilik Günüdür
  • 14-09-2026, 18:58
    Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
  • 14-09-2026, 18:38
    Yüksək balla işə qəbul olunan müəllimlərin dərs saatları "oğurlanır"? - Məktəblərdə qalmaqal
  • 14-09-2026, 18:05
    Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir
  • 14-09-2026, 17:50
    Hər il eyni qalib: “Qaçqınkom” “Grey Group”la üçüncü dəfə anlaşdı
  • 14-09-2026, 17:13
    Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə