Sizin reklam burada 728×90
Son dəqiqə

Ukrayna səfiri həlak olan azərbaycanlı hərbçi ilə bağlı paylaşım edib

18.07.2022 15:34 686 1 dəq oxunur
Ukrayna səfiri həlak olan azərbaycanlı hərbçi ilə bağlı paylaşım edib
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan Azərbaycan əsilli Kərim Qulamovla bağlı paylaşım edib.

bakunews.az report-a istinadən xəbər verir ki, diplomat feysbukda yazıb:

“Azərbaycan əsilli Ukrayna əsgəri Kərim Qulamov Rusiya işğalçıları ilə döyüşdə həlak olub. Ukraynada Kərim M2 telekanalında aparıcı kimi tanınırdı. Kərim Rusiyanın genişmiqyaslı işğalının ilk günündən son nəfəsinə qədər qoruduğu Vətənini müdafiə etmək üçün ayağa qalxmışdı...”.

Qeyd edək ki, Kərim Qulamov əslən Azərbaycanın Lənkəran rayonundandır.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az