• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Makler” Elmar Əliyevi Almaniyada belə qarşılayırlar: Herzlich willkommen mister Aliyev! - İLGİNC FAKTLAR

Cəmiyyət

1-07-2022, 10:41

Yəqin sərlövhə sizləri təəccübləndirdi, çünki əcnəbi, daha dəqiq desək alman dilindədir. Niyə məhz alman dilində sualına yazını oxuyanda cavab tapacaqsınız. Hesab edirik mövzü hər halda media və sosial şəbəkələri izləyənlərə tanışdır. Çünki, son iki ayda ayrı-ayrı sayt və yazılı mediada bu olaydan bəhs edən çoxsaylı məqalələr dərc olunub. Unudanlar üçün hadisənin mahiyyətini qısa təsvir edək.


Demək üç “dost” (ikisi yaxın qohum, biri qohumlardan birinin dostu) 2018-ci ildə Qəhrəmanov Turqut Oruc oğlunun adı üzərindən sahibkarlıq fəaliyyətinə başlayırlar. Turqut Qəhrəmanov şəriklərdən Elmar Əliyevin və Tural Heydərlinin qohumudur. Digər şərik Elgiz Mirzəzadə isə Elmar Əliyevin dostudur. Beləliklə üç şərik Turqut Qəhrəmanovun adı üzərindən məişət avadanlıqlarının ölkəyə gətirilməsi və burada nəğd və kredit yolu ilə alqı-satqısına başlayırlar. Turqut Qəhrəmanovun bulaşdığı ticarət dövriyyəsi təxminən 2 000 000 manat həcmindədir. “Bir həsir, bir Məmmədnəsir” olan, yəni Azərsun Holdinq-də “ekspeditor” (malpaylayan) işləyən Turqut Qəhrəmanovun milyonluq ticarət dövriyyəsində iştirakçılığı, ölkəyə mal idxalının miqdarı, satlan məişət avadanlıqlarının dəyəri, alqı-satqı müqavilələrinin sayı və dəyəri, vergi ödəmələri ayrı araşdırmamızın mövzusudur.

İndilikdə onu qeyd edək ki, bir müddət Turqut Qəhrəmanovun üzərindən alver etdikdən sonra şəriklər bərabər payla (33,3 faiz) məişət avadanlıqlarının satışını həyata keçirən “Firstec” MMC-ni təsis edir. Qeyd edək ki, MMC-yə direktor təyin olunan və hazırda digər şəriklərin şikayətilə həbs olunanTural Heydərli əvvəllər bu sahədə çalışırmış. Qohumu, o vaxtı yəni 2015-ci il Bakı Avropa Oyunları ərəfsində Gənclər və İdman Nazirliyinin nəzdində yaradılmış Əməliyyat Komitəsinin (EVENTOC) maliyyə direktoru işləyən və hazırda mərhum nazir Azad Rəhimovun oğlu Arif Rəhimovun sözügedən nazirliyə bağlı, təsis etdiyi “Bakı Şəhər Halqası Əməliyyat Şirktində (BCCOC) 6799 manat aylıq maaşla eyni vəzifəni tutan Elmar Əliyev Tural Heydərlinin gəlirli bizneslə məşğul olduğunu görüb və şərikli MMC təsis etməklə daha böyük pullar qazanmağı təklif edib. Əliyev Elmar Ziyafət oğlunun deməsinə görə start kapital kimi, bu işə 290 000 ABŞ dolları, təxminən yarım milyon manat vəsait qoyub.

Nazirlik nəzdində yaradılmış adi bir şirkətdə mühasiblik edən gəncdə bu qədər vəsait hardandır? “Firstec” MMC-nin həbsdə olan direktoru Tural Heydərlinin ölkə prezidenti də daxil, aidiyyəti dövlət oqranlarına yazdığı məktublarda Elmar Əliyevin sərvətinin mənbələri haqqında ətraflı məlumat verilir: Xaricə getmək istəyənlərə saxta maliyyə arayışların verilməsindən tutmuş, Bakı-2015 Avropa Oyunlarının iştirakçıları, könüllülər, müxtəlif adda əmtəə nişanlarının, geyimlərin hazırlanmasına sərf olunan vəsaitin bir hissəsinin mənimsənilməsi, pulsuz paylanması nəzərdə tutulan malların bazarlarda satışı, xidmət personalı ştatının şişirdilməsi və s. qanunazidd əməllər. Bununla yanaşı, Elmar Əliyevin atası Əliyev Ziyafət Əsgər oğlu uzun illərdir ki, SOCAR-ın tabeçiliyində olan “SALYANNEFT” MMC-nin direktoru işləyir. Elə bir MMC ki, keçirdiyi bütün tenderlərin qalibləri ancaq direktorun qohumları və yaxın tanışları olur. Bu mövzudan bəhs edən Tural Heydərli hüquq-mühafizə orqanlarına yazdığı şikayət məktubunda qeyd edir ki, münasibətləri yaxşı olduğu vaxtlarda qohumu Elmar Əliyev müxtəlif qohumlarının adına qeydiyyata alınmış “Asan imza” nömrəsi ilə kağız üzərində 15-ə yaxın MMC təsis edərək onları və atası Ziyafət Əliyevin direktoru olduğu “SALYANNEFT” MMC-nin elan etdiyi tender və satınalmaların qalibi edir və bu yolla pul vəsaitlərini yuyurlar.

Tural Heydərli onu da yazır ki, Elmar Əliyev Azərbaycanda əldə etdiyi gəlirin böyük bir hissəsini xaricə çıxarır, əmlak alır, müxtəlif təyinatlı firma və şirkətlər təsis edir. T.Heydərlinin deməsinə görə, E.Əliyevin biznesinin əhəmiyyətli hissəsi Almaniyadadır. T.Heydərli hüquq-mühafizə orqanlarından xahiş edir ki, onun iştirakı ilə bu məsələlər araşdırılsa faktlar öz təsdiqini tapar.

Biz Tural Heydərlinin Almaniya iddiasından yola çıxıb qısa araşdırma apardıq. Məlum oldu ki, bəli dolayısıyla dövlət qulluqçusu hesab olunan Elmar Əliyev Berlində qeydiyyatdan keçmiş GEA Capital Partnes GmbH (faktiki ünvanı: Onkel-Tom-Strş2, D-14169 Berlin) şirkətinin üç təsisçisindən biridir. Hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olan şirkət 13.06.2013-cü ildə qeydiyyatdan keçib və nizamnamə kapitalı 25000 avrodur. Elmar Əliyev şirkətin menecerlərindən biridir. Digər menecerlər Zaur Agakazımoğlu və Cavid Ağayevdir.

Şirkətin fəaliyyətinə daxildir: daşınmaz əmlakın alqı-satısı, habelə icarəsi, istənilən növ ev təsərrüfatı fəaliyyəti, bina tikintisi, tikinti materiallarının alışı və satışı, ölkə daxilində və xaricdə, eləcə də bütün növ malların idxalı və ixracı. Nümayəndəlik qaydası: Əgər idarəedici direktor təyin edilərsə, o şirkəti təkbaşına təmsil edir. Bir neçə idarəedici direktor təyin edilərsə, şirkət iki icraçı direktor və ya səlahiyyətli imza sahibi ilə birlikdə bir idarəedici direktor tərəfindən birlikdə təmsil olunur. Sözügedən şirkətin idarəçiliyi hələlik sxemdə göstərildiyi kimidir.

Faktlardan görünür ki, deyəsən Elmar Əliyev əvvəllər “makler” işləyib. Çünki, onun Almaniyada təsis etdiyi şirkət daha çox “daşınmaz əmlakın alqı-satısı, habelə icarəsi” ilə məşğuldur. Elmar Əliyevin “makler” olmasını daha bir fakt təsdiq edir. Belə ki, Elmar Əliyev 2009-cu ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanından 68200 kodu ilə qeydiyyatdan keçib və 1601147582 saylı VÖEN alıb. Elmar Əliyevin fəaliyyət növü isə “əmlak kirayə verilməsi üzrə hazırlıq işləri” olub.

Məlumat üçün deyək ki, Elmar müəllimim xaricdə biznes qurması fakt ilk və son deyil. Çünki, Tural Heydərli də yazır ki, Elmar Əliyevin Almaniyada doğmalarının və yaxın dostlarının adına qeydiyyatdan keçmiş bir neçə biznes strukturu, o cümlədən hostelləri var. Odur ki, biz də bu istiqamətdə araşdırmaları davam etdirməyi zəruri hesab edirik. Bilmək olmaz bəlkə hələ EVENTOC-un mühasibi işlədiyi zaman Almaniyaya getmək üçün saxta maliyyə arayışı verdiyi Fuad Xaliq oğlu Rəcəbov da Almaniyada Elmar Əliyevin hansısa şirkətini idarə edir. İndi sizə aydın oldu ki, niyə yazının sərlövhəsi almancadır? Çünki, Azərbaycanda qanunsuz yolla əldə olunan milyonlar hesabına sıradan bir “makler”Almaniyada biznes şəbəkəsi qurub ki, ora hər səfərində almanlar onu “Herzlich willkommen mister Aliyev!” (Xoş gəlmisiniz cənab Əliyev!) deyə, salamlayır.
(AzToday.az)

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Video

29-12-2022, 19:06

Türkiyə Prezidenti Zeynəb Xanlarova üçün özəl təyyarə GÖNDƏRDİ - VİDEO

Ölkə

29-12-2022, 23:16

3 İldir yoxa çıxan Generalın polkovnik qohumu da sələm mafiyasında imiş... – Siyahıda daha kimlər var?

Cəmiyyət

18-08-2022, 19:41

Azərbaycan hərbçisi qətlə yetirilib, tutulan var - YENİLƏNİB

Cəmiyyət

6-03-2023, 18:38

Xalqxeber.Az xəbər portalının 11 yaşı tamam olur

Cəmiyyət

10-08-2022, 14:00

Müşfiq Ələsgərli: “Sosial şəbəkələrin tənzimlənməsi üçün tədbirlər görülməlidir”

Cəmiyyət

14-02-2023, 01:22

Avstraliyadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına qoşulub - FOTOLAR

Dünya / Mədəniyyət

7-03-2023, 22:18

Birinci Qarabağ müharibəsində əsir düşənlərə həsr olunan “Nəfəs” filmi Nyu-Yorkda təqdim olunub

Siyasət

10-08-2022, 14:04

Azərbaycan və Əlcəzair mövcud iqtisadi potensialı reallaşdırmaq niyyətindədir

Siyasət

30-01-2023, 20:24

Almaniyadakı soydaşlarımız bəyanat yayıb

İdman

16-08-2022, 18:45

İslamiada: Elmar Qasımov gümüş medal qazanıb

Maraqlı

21-08-2022, 17:55

Azərbaycanda “TikTok”dan pul qazananların NƏZƏRİNƏ: Vergi verməlisiniz - FOTO

Cəmiyyət

24-08-2022, 16:25

Tahir Kərimlinin ilginc iddiası: “Deputatları onlar “vurdurur...””

Araşdırma
Prezidentin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum oldu - VİDEO
Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
Zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı - VİDEO
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
“Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
Fuad Qəhrəmanlı axtarışa verildi
Hadisə
Dünən, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
Dünən, 14:00
İki dost arasında dava birinin ölümü ilə bitdi
Dünən, 09:46
Zaqatalada yol qəzası olub, xəsarət alan var
23-03-2026, 09:30
Naxçıvanda evdən ər və arvadın meyiti tapıldı
22-03-2026, 12:30
Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
22-03-2026, 12:00
Ağsuda iki evdə yanğın oldu
Xəbər lenti
  • Dünən, 18:00
    Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
  • Dünən, 17:30
    Mərkəz: İranın təxminən 1 000 ballistik raketi qalıb
  • Dünən, 17:00
    "Qarabağ" daha bir qapıçı transfer edir
  • Dünən, 16:30
    Daha bir kənd ələ keçirildi
  • Dünən, 16:00
    Hörmüz boğazı açıldı - İran gəmilərə "tas" qoyub
  • Dünən, 15:00
    Azərbaycanlılar qonşu ölkədən deportasiya olundu
  • Dünən, 14:30
    İran müharibənin bitməsi üçün şərtlərini açıqladı
  • Dünən, 14:00
    İki dost arasında dava birinin ölümü ilə bitdi
  • Dünən, 13:03
    AZAL-da 300 sərnişinin baqajı yoxa çıxdı- Video
  • Dünən, 12:56
    Sabah yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək
  • Dünən, 12:50
    "Euronews" Qlobal Bakı Forumu barədə: Bu, ciddi qlobal problemlərin həlli üçün platformadır
  • Dünən, 12:00
    Əliabadi: İran elektrik stansiyaları vurulacağı təqdirdə onların sürətli bərpasına dair plana malikdir
  • Dünən, 11:54
    ‘Möcüzə’ Market niyə toxunulmazdır? - NARAZILIQ VAR...
  • Dünən, 11:38
    FHN bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib
  • Dünən, 11:29
    Şəkinin 22 kəndi hələ də qazsızdır - 21-ci əsrdə...
  • Dünən, 11:10
    Gürcüstan Prezidenti və Baş naziri müsəlman icmasını təbrik edib
  • Dünən, 10:43
    Sabunçuda qalmaqallı tikinti – qaydalar kobud pozulur, məsul qurumlar hara baxır?
  • Dünən, 10:02
    “Kor olduq tüstüsünə…“ -“Afrodita”nın fəaliyyəti sakinləri qəzəbləndirib/ VİDEO
  • Dünən, 09:46
    Zaqatalada yol qəzası olub, xəsarət alan var
  • Dünən, 09:41
    Nərimanovda tikinti təhlükəsi - “Alians Development”in qazıntı işləri ətrafda çatlar yaratdı - VİDEO
  • Dünən, 09:12
    Azərbaycan nefti ucuzlaşıb
  • 23-03-2026, 19:47
    Prezident ailəsini şantaj edən Fərid bu məşhurun nəvəsi imiş
  • 23-03-2026, 17:00
    Ukraynanın Buça şəhərində iki partlayış olub, polis hadisəni terror aktı kimi qiymətləndirib
  • 23-03-2026, 16:30
    Azərbaycan XİN Pakistanı milli bayram münasibətilə təbrik edib
  • 23-03-2026, 16:00
    Si Cinpin Novruz bayramı münasibətilə İlham Əliyevi təbrik edib
  • 23-03-2026, 15:00
    Ermənistan Aİ-dən üçüncü yardım paketi istəyib
  • 23-03-2026, 14:30
    Sabah 23 dərəcə isti olacaq
  • 23-03-2026, 14:00
    “Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, dolanışıq yaxşı olsun”
  • 23-03-2026, 12:48
    Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
  • 23-03-2026, 12:42
    Binəqədidə zirzəmi obyektə çevrildi – icazəsiz tikintinin arxasında kim dayanır? VİDEO
  • 23-03-2026, 12:00
    Putin Çinə gedir
  • 23-03-2026, 11:46
    NDU-nun 6 milyonluq satınalma dosyesi: Elbrus İsayevin rektorluğu dövründə xərclənən vəsaitlər haraya gedib? – ARAŞDIRMA
  • 23-03-2026, 11:26
    İlham Əliyev Şahbaz Şərifə məktub yazdı
  • 23-03-2026, 11:16
    Prezident Şamaxıya gedib - FOTOLAR
  • 23-03-2026, 11:12
    Prezident Şamaxıya gedib - FOTOLAR
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə