• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı

Təhsil / Araşdırma

3-06-2026, 13:25

01 iyun 2026-cı il tarixində müəllim Mədinə Hallacova sosial şəbəkə hesabında açdığı canlı yayım zamanı Füzuli Təhsil Sektorunda baş verdiyini iddia etdiyi qanunsuzluqlar, maliyyə pozuntuları və idarəçilik problemləri barədə geniş açıqlamalar verib.

O, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri Eşqi Bağırov tərəfindən onun barəsində verilmiş əmrin qanunsuz olduğunu bildirərək aidiyyəti dövlət qurumlarını səsləndirilən faktları araşdırmağa çağırıb.

Mədinə Hallacovanın iddialarına görə, Füzuli rayonu Kərimbəyli kənd tam orta məktəbində iki ildən artıq müddətdə saxta ştat vahidləri yaradılıb və bu ştatlar vasitəsilə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə istifadə olunmadığı ehtimal edilir. Onun sözlərinə görə, Qarabağ Regional Təhsil İdarəsi yalnız cari ilin fevral ayında bu məsələ ilə bağlı araşdırmalara başlayaraq müəyyən ixtisarlar həyata keçirib.

Canlı yayım zamanı Füzuli Təhsil Sektorunun baş mühasibi Əli Heydərovun adı da hallandırılıb. Şikayətçi iddia edir ki, baş verən maliyyə pozuntularına uzun müddət göz yumulub və bu prosesdə məsul şəxslər lazımi tədbirlər görməyiblər.

Mədinə Hallacova bildirib ki, yeni ştat vahidlərinin yaradılması zamanı Füzuli Təhsil Sektorunun müdiri Ramella Məmmədova, müşavir Camal Xəlilov və baş mühasib Əli Heydərov tərəfindən sənədlərin imzalanması dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı ciddi suallar yaradır.

Şikayətçi sektorda əmək qanunvericiliyinin tələblərinin pozulduğunu da iddia edib. Onun sözlərinə görə, bəzi işçilərə minimum əməkhaqqından aşağı maaş ödənilməsi halları mövcuddur. Həmçinin yarımştat vəzifələr üzrə əlavə işçilərin rəsmiləşdirilməsi nəticəsində maliyyə intizamının pozulduğu bildirilib.

Canlı yayımda müəllim özünün 2010-cu ildə Kərimbəyli kənd tam orta məktəbinə yerdəyişməsi ilə bağlı məsələyə də toxunub. O bildirib ki, həmin vaxt boş vakansiya olduğu bildirilsə də, sonradan həmin yer üzrə başqa müəllimlərin də fəaliyyət göstərdiyi məlum olub. İddialara görə, cəmi 25 saatlıq dərs yükü bir neçə müəllim arasında bölüşdürülüb.

Mədinə Hallacova yoxlama proseslərinin aparılması zamanı da ciddi nöqsanlara yol verildiyini iddia edir. Onun sözlərinə görə, fəaliyyəti ilə bağlı tərtib olunan iki aktın hüquqi əsası hesab edilən rəsmi əmrlər mövcud olmayıb və sənədlər yalnız əsasnaməyə istinad edilməklə hazırlanıb.

Şikayətçi təhsil müəssisələrində aparılan yoxlamaların obyektivlik və şəffaflıq prinsiplərinə uyğun təşkil edilmədiyini də bildirib. Onun sözlərinə görə, məktəb direktorlarının digər məktəbləri, bağça müdirlərinin isə digər bağçaları yoxlamaya cəlb edilməsi həm peşə etikası, həm də məxfilik baxımından ciddi problemlər yaradır.

Mədinə Hallacova daha sonra Füzuli Təhsil Sektorunun müdiri Ramella Məmmədovanın müəllimlərə təzyiq göstərdiyini və bəzi hallarda məktəblərə polis əməkdaşlarının çağırıldığını iddia edib. O bildirib ki, siniflərin komplektləşdirilməsi qaydalarına əməl olunmadan bəzi siniflərin bağlanması halları baş verib.

Şikayətçi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Füzuli rayon komitəsinin sədri Gülnaz Kərimovanın fəaliyyətindən də narazılığını ifadə edib. Onun sözlərinə görə, işçilərin hüquqlarının müdafiəsi istiqamətində təqdim olunan müraciətlərə baxılmır və qanunsuz işdən çıxarıldığını iddia edən şəxslərə dəstək göstərilmir.

Canlı yayım zamanı Füzuli Təhsil Sektorunun müşaviri Camal Xəlilov barədə də iddialar səsləndirilib. Mədinə Hallacova onun keçmişdə yol-nəqliyyat hadisəsi ilə bağlı məsuliyyət daşıdığını və buna baxmayaraq hər hansı intizam tədbirinə məruz qalmadığını bildirib.

Sonda Mədinə Hallacova aidiyyəti dövlət qurumlarını səsləndirdiyi iddiaları araşdırmağa çağıraraq, Ramella Məmmədova, Camal Xəlilov, Əli Heydərov və Gülnaz Kərimovanın fəaliyyətinə hüquqi qiymət verilməsini tələb edib.

Qeyd edək ki, məqalədə yer alan bütün məlumatlar Mədinə Hallacovanın sosial şəbəkə hesabında səsləndirdiyi iddialara əsaslanır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq və onların cavab hüququnu tanıyırıq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-05-2026, 12:49

Məktəb direktoru Facebook-dakı paylaşımlarına görə cəzalandırılıb?

Gündəm / Cəmiyyət

2-07-2025, 14:19

Keçmiş məktəb direktoru haqda şok ittihamlar - ŞİKAYƏT

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Cəmiyyət / Təhsil

27-05-2026, 12:24

Təhsilimiz Bağırovlardan qurtula bilmir - VİDEO

Maraqlı

4-02-2026, 16:33

Yüksək postlarda çalışan azərbaycanlı qadın rəhbərlər - ƏTRAFLI

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Təhsil

14-01-2025, 21:05

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

11-12-2025, 16:19

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində özbaşınalıq: mədəniyyət sahəsində təhsil və təcrübəsi olmayan Zəfər Hacıyevdən narazılıq Dekabr 10, 2025

Gündəm / Təhsil

24-10-2025, 13:19

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

Araşdırma

16-10-2025, 13:07

Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt

Gündəm / Cəmiyyət

25-09-2024, 12:08

Kürdəmirdə vətəndaşın BAŞINA OYUN AÇIRLAR... - ÖZBAŞINALIQ!

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
Dünən, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
4-11-2026, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
Xəbər lenti
  • Dünən, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • Dünən, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • Dünən, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • Dünən, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • Dünən, 17:55
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • Dünən, 17:46
    “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • Dünən, 17:27
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • Dünən, 17:21
    DGK-da Şirinovun ŞİRİNLİYİ... - İTTİHAM VAR...
  • Dünən, 16:58
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:39
    “Bağça Şəhər”də yanğın təhlükəsi: Bina rəhbərliyi sakinlərin şikayətlərinə məhəl qoymur
  • Dünən, 16:21
    Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
  • Dünən, 16:04
    "Evimizə girib-çıxa bilmirik, xəstəmiz var, təcili yardım gələ bilmir" - NARAZILIQ VAR...
  • Dünən, 15:50
    Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 15:34
    Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib
  • Dünən, 15:15
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • Dünən, 15:05
    Əsabil Qasımov Ramiz Mehdiyevin gömrük sədri olmalı imiş-ŞOK SİYAHI
  • Dünən, 14:43
    Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
  • Dünən, 14:28
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • Dünən, 13:09
    “Sosial sığorta daxilolmalarında gələn il 15,1 faiz artım proqnozlaşdırılır”
  • Dünən, 13:02
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 12:50
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
  • Dünən, 12:40
    Sumqayıtda tuneli çirkab suları basıb-Qurumlar məsuliyyəti bir-birinin üzərinə atır
  • Dünən, 12:09
    Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi yürüşlər olacaq
  • Dünən, 12:03
    Bakı təhsilinin ANASI NİYƏ AĞLAYIR... - Heç nə səbəbsiz deyilmiş...
  • Dünən, 11:42
    DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib
  • Dünən, 11:35
    Elçin Yusubovun daha bir adamından şikayət var -Elxan Musayev sahibkarları incidib?
  • Dünən, 11:07
    Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb
  • Dünən, 10:57
    8 Noyabr - qürurumuzun, birliyimizin və qəhrəmanlığımızın günü
  • Dünən, 10:55
    ŞUŞA KUBOKU – İDMANIN GÜCÜ, VƏTƏNPƏRVƏRLİYİN RUHU, GƏLƏCƏYİN ÇEMPİONLARI!
  • Dünən, 10:52
    ”Fərid Eyvazov toxunulmazlığı”: Kiçik dükanlara aslan kəsilənlərin “Alliance Clinic” sükutu
  • Dünən, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır
  • Dünən, 10:11
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
  • Dünən, 09:54
    Sahibkarlar vergi güzəştlərindən yalnız birini seçə biləcəklər
  • Dünən, 09:38
    Mətin Eynullayevin rəhbəri olduğu qurumun MİLYONLARLA BORCU VAR - DETALLAR
  • Dünən, 09:14
    Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə