• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?

Təhsil / Araşdırma / Bölgə

10-05-2026, 01:16

Diqqətə çatdırmaq istəyirik ki, bir müddət əvvəl Xebermedia.info xəbər portalında yayımlanan məlumatda bir sıra məqamlar sual doğurmuşdu. Apardığımız qısa araşdırma nəticəsində əldə etdiyimiz məlumatları oxuculara çatdırmaq məqsədilə həmin araşdırmanı olduğu kimi təqdim edirik.

BNTv.az olaraq hesab edirik ki, ortaya çıxan məlumatların ictimaiyyətə təqdim olunması ilə yanaşı, aidiyyəti qurumların məsələ ilə bağlı ciddi araşdırma apararaq müvafiq tədbirlər görməsi vacibdir.

Xaçmaz rayon 2 saylı körpələr evi–uşaq baxçasının direktoru Həmayil İsgəndərova ilə bağlı ciddi iddialar gündəmdə qalmaqda davam edir. Baxçada qida çatışmazlığı, mənimsəmə və digər qanun pozuntuları ilə bağlı faktların ortaya çıxmasına baxmayaraq, məsul şəxsin bu günədək hər hansı ciddi məsuliyyətə cəlb olunmaması suallar doğurur.

İddialara görə, müəssisədə baş verən pozuntularla bağlı müəyyən araşdırmalar aparılsa da, nəticələrin hüquqi müstəviyə çıxarılması müxtəlif səbəblərdən mümkün olmayıb. Məlumatlarda qeyd olunur ki, bu prosesdə “görünməz təsir mexanizmləri” rol oynayıb və məsələ hüquq-mühafizə orqanları səviyyəsində ört-basdır edilib.

Məsələnin diqqət çəkən tərəflərindən biri də Həmayil İsgəndərovanın sabiq Regional Maliyyə İdarəsinin rəisi Nizami Həsənovun bacısı olması ilə bağlıdır. İddialara görə, məhz bu qohumluq əlaqələri uzun müddət onun fəaliyyətinə göz yumulmasına şərait yaradıb. Maraqlıdır ki, Nizami Həsənov artıq vəzifədə olmasa da, direktorun hələ də müəyyən dairələr tərəfindən qorunduğu bildirilir.

Fikrət Heybətovun isə uzun müddət direktorun fəaliyyətinə dəstək verən şəxslərdən biri olduğu iddia edilir.

Cəmiyyəti düşündürən suallar isə açıq qalır:

- Baxçada baş verən qanun pozuntuları niyə tam araşdırılmır?
- Kimlər və hansı maraqlar bu məsələnin üstünün örtülməsində rol oynayır?
- Uşaqların qidalanması və rifahı ilə bağlı problemlərə kim cavabdehlik daşıyır?

Mövzu ilə bağlı aidiyyəti qurumların rəsmi mövqeyi isə hələ ki açıqlanmayıb.

Bir müddət əvvəl mediada bu məsələ ilə bağlı xəbərlər yayılsa da, təəssüf hissi ilə qeyd olunur ki, baxça müdirəsinin cəzasız qalmasında yenə də Fikrət Heybətov amilinin rol oynadığı iddia edilir.

Məsələ ilə bağlı araşdırma apararkən məlum olub ki, Həmayil İsgəndərova, qardaşı Nizami Həsənovun vəzifədə olduğu dönəmdə ən yaxın münasibətdə olan şəxslərdən biri məhz Fikrət Heybətov olub. Elə Nizami Həsənovun baldızının işdən çıxarılması prosesində də Fikrət Heybətovun rolunu danmaq olmaz.

Qeyd edək ki, redaksiyamıza təqdim edilən sənəddə Fikrət Heybətov qeyd edir ki, “səhv bizimdir, çalışacağıq səhvimizi düzəldək”. İddialara görə, səhvi “düzəltmək” üçün ilk növbədə Nizami Həsənovun baldızının 9 saylı məktəb rəhbərliyindən uzaqlaşdırılması istiqamətində addımlar atılıb.

10 mart 2023-cü il tarixli izahatı olduğu kimi təqdim edirik:

“2022-2023 tədris ilinin əvvəlində Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbində oxuyan şagirdlərin valideynləri tərəfindən məktəbdə təsərrüfat müdiri işləyən Şöhrət Rəhimov tərəfindən onlara qarşı kobud rəftar edilməsi barəsində şikayət etmişdirlər. Bununla bağlı məktəbdə təhsil sektorunun əməkdaşları ilə araşdırmalar aparılmışdır. Nəticədə məlum olmuşdur ki, məktəbin işçiləri tərəfindən valideynlərlə münasibətlərdə etik davranış qaydalarına əməl olunmur. Bu barədə məltəbin pedaqoji və texniki işçiləri ilə söhbətlər aparılmış, bir daha belə halların baş verməməsi onların nəzərinə çatdırılmışdır.

Tədris ilinin əvvəlində müəllimlərin dərs bölgüsündə diaqnostik ballara görə dərslərin və yaranmış vakansiyalar üçün təqdimatların təhsil sektoruna təqdim olunmasını tələb etsəkdə məktəbin direktoru Tünzalə Salahova bilərəkdən qanunun tələblərini pozaraq vakansiyaları gizlətmişdir.

Məktəbin sənədləşmə işlərində ciddi çatışmazlıqların olduğunu nəzərə alaraq təhsil sektorunun əməkdaşları tərəfindən metodik köməklik göstərilmişdir. Lakin məktəbin direktoru vəzifə səlahiyyətlərinin icrasına səhlənkar formada yanaşmış , göstərilən tövsiyyələri icra etməmişdir.

Məktəbin direktoruna dəfələrlə məktəbdənkənar və sinifdənxaric tərbiyyə işləri üzrə təşkilatçı vəzifəsində işləyən Məcidova Ellada Vahab qızının şikayətlərini dinləmək və ədalətli qərar qəbul etmək tövsiyyə olunsa da, o, bu məsələdə birtərəfli mövqe tutmuş, ədalətsiz qərarlar qəbul etmişdir.

Qeyd olunan nöqsanlar barəsində Tünzalə Salahovanın izahatları alınmış, öz işində dönüş yaratmağı tövsiyyə olunmuşdur. Lakin bizim tövsiyyələrimizə məhəl qoymayaraq öz qanunsuz əməllərini davam etdirmişdir.

Qeyd olunan çatışmazlıqların baş verməsinə səbəb bizim zəif nəzarət etməyimiz olmuşdur. Bir daha belə halların ümumtəhsil məktəblərində baş verməməsi üçün öz işimdə dönüş yaradacağıma söz verirəm.

Kənar müdaxilə olmadan izahatı özüm yazdım, imzamla təsdiq edirəm.”

Daha sonra isə, izahatda qeyd etdiyi kimi, yüksəlişə doğru ilk addımlarını atdığı bildirilir. Belə ki, Fikrət Heybətov baş məsləhətçi vəzifəsindən Xaçmaz sektoruna müdir müavini təyin olunur.

Onun müdir müavini vəzifəsinə gətirilməsində əvəzsiz xidməti olduğu deyilən İnqilab Musayevi, özünə oğlu Əfsun Musayevi özünə sürücü gətirməsi məsələsini əlaqələri olan jurnalistlərə ötürərək mediada böyük səs-küy yaradılmasına səbəb olan Fikrət Heybətovun, daha sonra Xaçmaz Təhsil Sektoruna rəhbər əvəzi təyin olunaraq İnqilab Musayevi uğurla yola saldığı iddia olunur.

Ardınca isə “görünməyən əllərin” dəstəyi ilə Fikrət Heybətovun Siyəzən Təhsil Sektoruna rəhbər təyin edildiyi bildirilir.

İddialara görə, Fikrət Heybətovun Nizami Həsənovla əlaqələri və Həmayil İsgəndərovanı qorumaq istiqamətində göstərdiyi fəaliyyət onun karyera yüksəlişində mühüm rol oynayıb. Lakin qeyd olunur ki, zaman keçdikcə həmin münasibətlərdə də qarşılıqlı narazılıqlar yaranıb.

Məlumatlarda həmçinin iddia olunur ki, Fikrət Heybətov Regional Təhsil İdarəsində inzibati sektor müdiri olduğu dövrdə də 2 saylı baxça rəhbərinin qanun pozuntularına görə məsuliyyətdən yayınmasına yardım edib.

Bakunews olaraq qeyd edirik ki, yazıda yer alan bütün iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Aidiyyəti qurumların və adı hallanan şəxslərin açıqlamalarını yayımlamağa hazır olduğumuzu bildiririk.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

27-04-2026, 12:09

1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?)

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Bölgə / Sosial

24-07-2023, 10:46

ƏDALƏT HƏSƏNOV PREZIDENT ADMISTRASIYASININ DA MÖVQEYINI NƏZƏRƏ ALMADAN SƏHİYYƏDƏ GÜLÜNC VƏZIYYƏTI NIYƏ YARADIR?

Təhsil

14-01-2025, 21:05

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Gündəm / Cəmiyyət

17-07-2024, 15:40

YAP-ın siyahısında - 66 yeni ad

Təhsil / Araşdırma

17-06-2024, 06:02

17 saylı körpələr evi-uşaq bağçasında yarım qalan "RÜŞVƏT" işləri, 6 saylıda davam etdirilir? ARAŞDIRMA

Cəmiyyət

16-09-2024, 14:26

MSK yekun siyahını açıqladı! - Adlar

Cəmiyyət

17-07-2024, 14:39

YAP namizədlərinin siyahısını açıqladı - Tam siyahı

Gündəm / Siyasət

29-12-2024, 16:05

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - YENİLƏNİB

Cəmiyyət

6-10-2025, 11:24

Şıx sanatoriyasının qara suyu: sağlamlığın əvəzinə xəyanət

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
Dünən, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
4-11-2026, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
Xəbər lenti
  • Dünən, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • Dünən, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • Dünən, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • Dünən, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • Dünən, 17:55
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • Dünən, 17:46
    “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • Dünən, 17:27
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • Dünən, 17:21
    DGK-da Şirinovun ŞİRİNLİYİ... - İTTİHAM VAR...
  • Dünən, 16:58
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:39
    “Bağça Şəhər”də yanğın təhlükəsi: Bina rəhbərliyi sakinlərin şikayətlərinə məhəl qoymur
  • Dünən, 16:21
    Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
  • Dünən, 16:04
    "Evimizə girib-çıxa bilmirik, xəstəmiz var, təcili yardım gələ bilmir" - NARAZILIQ VAR...
  • Dünən, 15:50
    Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 15:34
    Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib
  • Dünən, 15:15
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • Dünən, 15:05
    Əsabil Qasımov Ramiz Mehdiyevin gömrük sədri olmalı imiş-ŞOK SİYAHI
  • Dünən, 14:43
    Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
  • Dünən, 14:28
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • Dünən, 13:09
    “Sosial sığorta daxilolmalarında gələn il 15,1 faiz artım proqnozlaşdırılır”
  • Dünən, 13:02
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 12:50
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
  • Dünən, 12:40
    Sumqayıtda tuneli çirkab suları basıb-Qurumlar məsuliyyəti bir-birinin üzərinə atır
  • Dünən, 12:09
    Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi yürüşlər olacaq
  • Dünən, 12:03
    Bakı təhsilinin ANASI NİYƏ AĞLAYIR... - Heç nə səbəbsiz deyilmiş...
  • Dünən, 11:42
    DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib
  • Dünən, 11:35
    Elçin Yusubovun daha bir adamından şikayət var -Elxan Musayev sahibkarları incidib?
  • Dünən, 11:07
    Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb
  • Dünən, 10:57
    8 Noyabr - qürurumuzun, birliyimizin və qəhrəmanlığımızın günü
  • Dünən, 10:55
    ŞUŞA KUBOKU – İDMANIN GÜCÜ, VƏTƏNPƏRVƏRLİYİN RUHU, GƏLƏCƏYİN ÇEMPİONLARI!
  • Dünən, 10:52
    ”Fərid Eyvazov toxunulmazlığı”: Kiçik dükanlara aslan kəsilənlərin “Alliance Clinic” sükutu
  • Dünən, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır
  • Dünən, 10:11
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
  • Dünən, 09:54
    Sahibkarlar vergi güzəştlərindən yalnız birini seçə biləcəklər
  • Dünən, 09:38
    Mətin Eynullayevin rəhbəri olduğu qurumun MİLYONLARLA BORCU VAR - DETALLAR
  • Dünən, 09:14
    Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə