• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycan Şimali Kipri tanımağın bir addımlığında - Tatar Bakıya gəlir

Siyasət

23-08-2022, 16:47

Rəsmi Bakının Kipr türkləri ilə bağlı siyasətində yeni mərhələ; mühüm gəlişmələr; ekspertlər deyir ki...

Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı siyasətindəki yeni mərhələ açıq-aşkar müşahidə olunmaqdadır. Qarabağın işğalda olduğu dönəmdə Şimali Kiprin müstəqilliyinin tanınması ilə bağlı tərəddüdlər artıq arxada qalıb. Bir müddət öncə Azərbaycan parlamentinin nümayəndə heyəti Lefkoşada oldu və Kipr türklərinin rəsmiləri ilə görüşlər keçirməklə yeni mərhələnin başlandığını diplomatik şəkildə elan etmiş oldular.

Bu günlərdə Azərbaycan Prezidentinin Konya səfəri zamanı Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul etməsi isə dost-qardaş ölkələri sevindirdi, düşmənlərimizin ürəyinə dağ çəkdi. Bu addım isə Bakının Şimali Kiprlə bağlı siyasətində həlledici qərar vermək ərəfəsində olduğunu söyləməyə imkan verir. Üstəlik, ŞKTC-nin Bakı nümayəndəliyinə yenidən təcrübəi diplomat, Azərbaycanı yaxından tanıyan və ölkəmizdə uzun müddət çalışmış Ufuk Arca Turganerin rəhbər təyin edilməsi də iki qardaş ölkə arasındakı əlaqələrin daha da gücləndiriləcəyinə şübhə yeri qoymur. Arıq Türkiyə, Azərbaycan və Şimali Kiprin timsalında "Bir millət, üç dövlət" yanaşması gündəmə gəlib və geniş auditoriyada səslənir. Yunan Kiprini ağuşuna alan ədalətsiz dünyanın davranışlarına cavab olaraq Türk dövlətləri qardaş Kiprə arxa-dayaq olmaqdadırlar.

"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə yenidən Şimali Kipr Türk Respublikasının tanınması məsələsi qaldırıldı". Bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar deyib. Sitat: "Şimali Kiprin tanınması yaxın günlərdə baş verə bilər. Əliyevlə görüş çox səmimi keçdi, dünyaya siyasi mesaj verildi. Görüşümüz Yunanıstanı təşvişə saldı". Türkiyənin "Ulusal" kanalına müsahibəsində isə o deyib ki, tezliklə Azərbaycana səfər edə bilər. Maraqlı məqamlardan biri də elə budur - Konyada görüşdən az sonra Tatarın Bakı səfərinin planlaşdırılması. Bu, nə ilə bağlı ola bilərdi?

Böyük ehtimalla, Azərbaycan Türkiyənin ardınca ŞKTC-ni tanıyan ikinci dövlət olacaq. Bu xüsusda E.Tatarın Bakı səfəri yadda qalan ola bilər. Qeyd edək ki, vaxtilə Şimali Kiprin rəhbəri Rauf Denktaş Bakıda mərhum prezident Heydər Əliyevin qonağı olmuşdu. Tatarın səfəri ikinci belə ziyarət olacaq.


Bəs Şimali Kiprin müstəqilliyinin tanınması Yunanıstan öz yerində, Qərbdə, Avropa Birliyində (AB) qıcıq yaratmaz ki? Xatırladaq ki, Yunanıstanla yanaşı, yunanKipri də AB-nin üzvüdür. Rəsmi Afinanın reaksiyası necə olacaq?

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, Şimali Kipr Respublikasının tanınması türk dünyası üçün prinsipial məsələdir: "Kiprli qardaşlarımız uzun müddət bütün çətinliklərə, təzyiqlərə, dünya birliyinin haqsızlıqlarına dözüb, davam gətirib və müstəqil dövlət kimi yaşamaq iqtidarında olduğunu sübut edib. Türkiyə həmişə onlara dəstək verib. Azərbaycan Qarabağla bağlı bəzi nüansları nəzərə almalı olub. Amma Azərbaycan xalqı və iqtidarı daim bu türk ölkəsinə rəğbətlə yanaşıb, müəyyən çərçivələr daxilində yardımını göstərib. Bunu kiprli dostlarımız anlayışla qarşılayıb, inciməyiblər. Azərbaycan Kiprlə bağlı hansısa dövlətin və ya beynəlxalq qurumun mümkün təzyiqlərindən heç vaxt çəkinməyib, sadəcə, düşmənlərimizin əlinə bəhanə vermək istəməməyib. Belə görünür ki, Azərbaycan artıq qərarını verib, yaxın vaxtlarda gözlənilən tanıma hadisəsinin baş verəcəyinə inam böyükdür. Azərbaycanın atacağı addım bütün türk dünyası üçün də bir örnək olacaq və tanıma prosesi başlayacaqdır". A.Nağı şübhə etmir ki, bu, həm də türk dünyasının birliyi üçün çox vacibdir: "Azərbaycan heç kəsdən çəkinməməlidir. Yunanıstan da etiraz etməli deyil, həm Azərbaycan və Türkiyə faktoru, həm də dünyadakı yeni reallıqlarla hesablaşmalıdır. Beynəlxalq və regional qurumlara gəldikdə isə, onların ədalətli mövqedən çıxış etmək vaxtı çatıb. Yunan Kipri BMT-nin üzvüdür, eyni zamanda 2004-cü ildə birtərəfli qaydada onları Avropa İttifaqına da qəbul etdilər. Bununla kiprli türklərin haqqına girmiş oldular, onların mövqe və müraciətlərini eşitmək də istəmədilər. Ona görə də bu gün həmin təşkilatların nə deyəcəyinin heç bir əhəmiyyəti yoxdur. Biz artıq Şimali Kiprin tanınması prosesinə başlamalı və bu dövlətin BMT və digər qurumlara daxil olmasına nail olmalıyıq. İnanıram ki, yaxı gələcəkdə hər şey yerini alacaq".

Milli.Az bildirir ki, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə "Yeni Müsavat"a dedi ki, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycanla və digər ölkələrlə iqtisadi və mədəni əlaqələrinin inkişafı üçün heç bir hüquqi maneə yoxdur: "Üstəlik, yunan Kipri, o cümlədən Yunanıstan ŞKTC ilə bağlı hər hansı bir iddialarla çıxış etmək haqqını "Annan planı" iflasa uğradıqdan sonra itirib. Yunan Kiprinin sakinləri prinsipi etibarilə Avropa İttifaqının və ABŞ-ın təşəbbüsü ilə irəli sürülən həll planına yox deyiblər və onların bu mövqeyinin qarşılığında, əslində ŞKTC vətəndaşlarının hüquqlarının beynəlxalq səviyyədə tanınması istiqamətində müvafiq qərarlar qəbul edilməliydi, amma edilmədi".

E.Mirzəbəyli qeyd etdi ki, bütün bunlarla yanaşı, hazırda Yunanıstana münasibətdə regionun iki böyük dövlətinin - Türkiyə və Rusiyanın mövqelərində müəyyən yaxınlaşmalar olsa da, ŞKTC-nin tanınması üçün uyğun bir zaman kəsiyi olduğunu düşünmür: "Hesab edirəm ki, rəsmi Bakı həm hüquqi, həm də siyasi müstəvidə zəruri və dəyişməz təminatlar olmadan, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında ərazilərimiz üzərində suveren hüquqlarımız tam təmin edilmədən, diqqətin bizim üçün daha böyük önəm kəsb edən prosesdən yayındırılmasına və əlaqə diplomatik səylərin sərgilənməsinə xidmət edə biləcək heç bir addım atmayacaq".

Politoloq İlyas Hüseynovun fikri budur ki, Şimali Kipr Türk Cümhuriyyətinin təkcə Türkiyə tərəfindən tanınması ədalətsizlik kimi görünə bilər: "Türk dünyasında təmsil olunan dövlətlərin hər biri siyasi konyukturadan dolayı ŞKTC ilə diplomatik-siyasi ve hüquqi münasibətlər qurmayıblar. Bu xüsusda Azərbaycanın da mövqeyi böyük maraq doğurur. Cənab Prezident İlham Əliyevin hakimiyyətinin ilk illərində erməni təbliğat maşını yanlış olaraq belə məlumatlar yayırdı ki, sanki rəsmi Bakı Quzey Kipri tanıyacaq və ya buna hazırlıq gedir. 2004-cü ildə adada keçirilmiş referendum və sülh təşəbbüsləri nəticəsiz qaldı. Azərbaycan ərazisində separatçı rejimin fəaliyyət göstərməsi və İrəvanda kriminal ünsürlərin hakimiyyətdə olması da mütləq nəzərə alınırdı. Eyni zamanda Yunanıstanda çoxluq təşkil edən ermənilər də ölkəmizə qarşı əks-təbliğat fəaliyyəti göstərirdi. Lakin Vətən müharibəsində Yunanıstanın sərgilədiyi mövqe də hamının gözü qarşısında idi". İ.Hüseynov bildirdi ki, İkinici Qarabağ müharibəsindən sonra prezident Ersin Tatarın Bakıya səfəri gözlənilirdi: "Lakin müharibə sonrası həssas durum və müvəqqəti olaraq Azərbaycan ərazisinə yerləşdirilmiş Rusiya sülhməramlılarının olduğu ərazinin tanınması ilə bağlı genişmiqyaslı fəaliyyət dövründə çox praqmatik davranmaq tələb olunurdu. Konyada keçirilmiş görüş analitikləri yenidən bu məsələyə köklədi. Lakin düşünürəm ki, rəsmi Bakı tərəfindən tanınma ölkəmizə qarşı beynəlxalq təzyiqləri gücləndirə bilər. Yunanıstan da daxil olmaqla Avropa İttifaqı ilə Azərbaycan arasında bu gün çox yaxşı münasibətlər formalaşır. Rusiya-Ukrayna müharibəsi fonunda enerji təhlükəsizliyi ilə bağlı Avropa Komissiyasının prezidenti Ursula fon Der Lyayen kritik Bakı səfərini həyata keçirmiş və çox mühüm hüquqi sənəd imzalanmışdı. Yunanıstan həm də Cənub Qaz Dəhlizinin sonuncu seqmenti TAP-ın iştirakçısıdır. Azərbaycan tərəfindən atılan hər hansısa addım Avropada erməni lobbisini aktivləşdirə və ölkəmizə qarşı demarş baş verə bilər. Bu baxımdan, beynəlxalq vəziyyəti düzgün qiymətləndirmək və milli maraqlarımız kontekstində addım atmaq tələb olunur".\\milli.az\

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

9-08-2022, 19:09

İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib

Siyasət / Dünya

13-07-2022, 22:15

Ukrayna Şimali Koreya ilə diplomatik münasibətləri kəsib

İdman

28-07-2022, 23:10

"Neftçi"nin matçından əvvəl meydana şəhid övladları çıxdı

Dünya

21-08-2022, 20:24

Bu ölkə İsraildən "Dəmir Günbəz" alacaq

Dünya

15-08-2022, 21:09

Seuldan Pxenyana inanılmaz təklif: Nüvədən imtina etsə...

Dünya

11-08-2022, 15:20

Kim Çen In koronavirusa yoluxub

Siyasət

18-08-2022, 12:29

İsrail və Türkiyə barışır, Bakının qazancı nədir? (ŞƏRH)

İdman

10-08-2022, 21:00

"Sumqayıt" milli üzvünü heyətinə qatıb

Siyasət

13-08-2022, 18:54

Türkiyə dünya türklərinə qapılarını açır: Bu qaydalar azərbaycanlılara niyə şamil edilmir? (ŞƏRH)

Siyasət

11-09-2022, 19:44

Türkiyəyə qarşı təhlükəli HƏMLƏ – Qarabağ ilə bağlı ŞOK ADDIM

Mədəniyyət

2-09-2022, 10:45

Şimali Kaliforniyadakı soydaşlarımızın İcma Düşərgəsi layihəsi gerçəkləşdirilib

Mədəniyyət

1-01-2023, 19:41

“Azərbaycanın Dostları” Birliyinin “Ritm” rəqs qrupu ilə birgə layihəsi təqdim olunub - VİDEO

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
Dünən, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
4-11-2026, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
Xəbər lenti
  • Bu gün, 15:35
    Gömrükdə BU DA OLDU: Zəfər Gününə görə verilən mükafatın 15 manatını kəsdilər... - GİLEY
  • Bu gün, 15:07
    Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
  • Bu gün, 15:01
    Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
  • Bu gün, 14:44
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Bu gün, 14:28
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • Bu gün, 12:45
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Bu gün, 12:41
    Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
  • Bu gün, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • Bu gün, 12:13
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • Bu gün, 12:00
    Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır? FOTO
  • Bu gün, 11:39
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Bu gün, 11:09
    “Həbibbəylinin adının Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi təxribatdır”
  • Bu gün, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • Bu gün, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Bu gün, 09:56
    Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO
  • Bu gün, 09:32
    Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək
  • Bu gün, 09:13
    Rusiyadan yeni hücum gözlənilir, hazırlaşırıq - Zelenski
  • Bu gün, 08:58
    Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
  • Dünən, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • Dünən, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • Dünən, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • Dünən, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • Dünən, 17:55
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • Dünən, 17:46
    “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • Dünən, 17:27
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • Dünən, 17:21
    DGK-da Şirinovun ŞİRİNLİYİ... - İTTİHAM VAR...
  • Dünən, 16:58
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:39
    “Bağça Şəhər”də yanğın təhlükəsi: Bina rəhbərliyi sakinlərin şikayətlərinə məhəl qoymur
  • Dünən, 16:21
    Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
  • Dünən, 15:50
    Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 15:34
    Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib
  • Dünən, 15:15
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • Dünən, 15:05
    Əsabil Qasımov Ramiz Mehdiyevin gömrük sədri olmalı imiş-ŞOK SİYAHI
  • Dünən, 14:43
    Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
  • Dünən, 14:28
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə