Sizin reklam burada 728×90
Son dəqiqə

Ukrayna Şimali Koreya ilə diplomatik münasibətləri kəsib

13.07.2022 22:15 661 1 dəq oxunur
Ukrayna Şimali Koreya ilə diplomatik münasibətləri kəsib
Ukrayna hakimiyyəti Şimali Koreya ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib.

bakunews.az report və rbc-ukraina-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda deyilir ki, KXDR-in qondarma “DNR” və “LNR”i tanımasını Pxenyan tərəfindən Ukraynanın müstəqilliyinin suverenliyinə xələl gətirmək cəhdi kimi qiymətləndirilir.

"Şimali Koreya rejimi tərəfindən Donetsk və Luqansk rejimlərinin tanınması əhəmiyyətsizdir, hüquqi nəticələr verməyəcək və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəyişməyəcək", - Nazirlikdən bildirilib.

Qeyd edək ki, Ukrayna ilə Şimali Koreya arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az