• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Böyük ola bilməyən "velikoruslar" – Duqin və solovyovların sönmüş ulduzları - ŞƏRH

Siyasət

19-01-2026, 17:14

Son 40 ildə baş verənlərdən Rusiyada nəticə çıxarmırlar. Hələ də "velikorus" düşüncəsi ilə yaşayırlar.

Ötən gün bu ideologiyanın aparıcı fiqurlarından biri Aleksandr Duqin keçmiş sovet respublikalarına "dil uzadaraq" bildirib: "Rusiya Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müstəqilliyi ilə barışmamalıdır".

Kremlin ideoloqu Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin müstəqil dövlətçilik hüququ olmadığını bildirib.

Tanınmış "velikorus" şovinisti ilk dəfə deyil müstəqil respublikaların ünvanına belə hədələyici, avantürist çıxış edir. Ötən il mayın 28-də "Avrasiyaçılıq - Rusiyanın müasir geopoltikası" seminarında Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə haqq qazandıraraq bildirmişdi ki, Ukraynaya qarşı müharibə yeni Rusiya imperiyasının yaradılmasının açarıdır.

O, Ukraynadan sonra bütün postsovet məkanının sərt hakimiyyət şaqulu, heç bir muxtariyyət və liberal dəyərlər olmadan "fövqəlmilli makrodövlət"ə inteqrasiyasını təklif etmişdi. Duqin bütün müstəqil dövlətlərin Rusiyanın tərkibində əriməsini vurğulamışdı. O bildirmişdi ki, keçmiş sovet respublikalarının inteqrasiyası Rusiyanın Ukraynada hərbi kampaniyasının nəticələrindən asılıdır. Bununla da o, birbaşa olaraq postsovet ölkələrini və onların müstəqilliyini təhdid etmişdi:

"İnteqrasiya tempi Ukraynada uğurumuzdan asılıdır, çünki bu, bizim qarşılaşdığımız Avrasiya proksisidir. Avrasiyanın əsas ideyası ondan ibarətdir ki, Ukrayna vahid imperiyanın bir hissəsi olmalıdır. Söhbət ittifaq formatından deyil, mərkəzi Moskvada olan tamhüquqlu geosiyasi birləşmədən gedir".

Bu onun müasirləşdirilmiş çar Rusiyası xülyasıdır. Oxşar yuxunu, deyəsən, Kremlin başqa təbliğatçısı Vladimir Solovyov da görüb. Solovyov bu günlərdə bənzər tezislə çıxış edib. Kremlin hikkə təbliğatçısı Ermənistanda və Mərkəzi Asiyada Ukraynadakı kimi "xüsusi təyinatlı əməliyyatın" keçirilməsinin vacibliyini vurğulayıb:

"Ermənistanın itirilməsi Rusiyanın maraqlarına uyğun deyil. Rusiya xüsusi hərbi əməliyyatı təkcə Ukraynada deyil, həm də beynəlxalq hüququ nəzərə almadan Rusiyanın təsir zonasını təşkil edən ərazilərdə də keçirməlidir".

Onun iddiasına Ermənistan Xarici İşlər Nazirliyi (XİN) cavab verib. Moskvanın İrəvandakı səfiri Sergey Kopırkin nazirliyə çağırılıb və ona etiraz notası təqdim olunub.

Böyük ola bilməyən "velikoruslar" – Duqin və solovyovların sönmüş ulduzları - ŞƏRH

Mariya Zaxarova

Bundan sonra Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Solovyovun ölkəsinin xarici siyasi kursuna aidiyyəti olmadığını, bunu aparıcının şəxsi mövqeyi olduğunu bildirib.

Zaxarova məsələni nə qədər ört-basdır etməyə, malalamağa çalışsa da, Duqinlə Solovyovun sifətində, danışıqlarında Rusiyanın anti-Qafqaz, Mərkəzi Asiya siyasətinin konturları çoxdan görünüb.

Solovyov və Duqin Rusiya hakimiyyətinin yaratdığı "söz azadlığı" çərçivəsində bu fikirləri bildirirlər. Solovyov "Rossia1" telekanalının aparıcı əməkdaşıdır. Bu kanal dövlət büdcəsindən maliyyə dəstəyi alır. Başqa sözlə, "musiqini kim sifariş verirsə, o da rəqs edir" prinsipinə əsasən, bu kimi sifarişləri Kremlin verdiyi istisna deyil. Çünki o, apardığı "velikorus" siyasəti səbəbindən Qafqaz və Mərkəzi Asiyadakı layihələrdən kənar qalır. Azərbaycan, Ermənistan, Gürcüstan, Mərkəzi Asiya dövlətləri Çinlə birlikdə daha böyük layihələr həyata keçirməyə başlayıb. Orada Rusiya görünmür. Çünki o, işğalçı əməlindən, ritorika, düşüncə, fəlsəfə, mahiyyətindən əl çəkə bilmir.

Duqin və Solovyov müstəqil dövlətlərin ərazi bütövlüyü, müstəqilliyini təhdid etməklə Rusiya ilə həmin respublikaların münasibətinə kölgə salır. Belə çıxır, bu münasibət Moskvanın maraqlarına uyğundur. Bu isə beynəlxalq münasibətlər baxımından cinayət sayılır. Çünki Duqin və Solovyov müharibəni təbliğ və ona çağırış etməklə sülh və təhlükəsizliyə qarşı çıxış edirlər. Başqa sözlə, Rusiya ilə Qafqaz və Mərkəzi Asiya ölkələri arasında müharibənin olmasını, müstəqil dövlətlərin ərazilərinin işğal edilməsini az qala Moskvadan tələb edirlər.

Müharibə ilə bağlı çıxışlar beynəlxalq hüquqda əsas cinayətlərdəndir. Dövlətlər beynəlxalq sülhü təhdid edən hərəkətlərə görə, o cümlədən, rəhbərliyinin hərəkətlərinə görə məsuliyyət daşıyırlar. Bundan başqa, müharibəyə təhrik, təxribat hərəkətləri və beynəlxalq qeyri-sabitliyə səbəb olan iğtişaşlara çağırışlar ciddi pozuntu kimi qəbul edilir. Deməli, Duqin və Solovyov Azərbaycana, Ermənistana, Gürcüstana, Mərkəzi Asiya ölkələrinə qarşı müharibəni təbliğ və bu istiqamətdə təxribatla məşğul olduqları üçün beynəlxalq səviyyədə cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Duqin ABŞ, Kanada və başqa ölkələrin, habelə, Avropa İttifaqının sanksiya siyahısına daxil edilib. Solovyov da 2022-ci ildə ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Kanada və başqa ölkələr tərəfindən sanksiyaya məruz qalıb. Odur ki, hər ikisi üçün beynəlxalq səviyyədə cinayət işi başlaya bilər.

Onları söz və fikir azadlığı kölgəsində gizlənərək müdafiə etmək mümkün deyil. Çünki Rusiyada Ukrayna müharibəsinə qarşı çıxanları "inoagent" (yəni xarici ölkələrin agenti) sayırlar. Ancaq hər iki "velikorus" məddahı SSRİ dağıldıqdan sonra Rusiya ilə keçmiş müttəfiq respublikalar arasında münasibətlərin dağılmasına çalışırlar.

Rusiya Qafqaz və Mərkəzi Asiya respublikalarına hücum etsə, bumeranqın hara qayıdacağını Duqinlə Solovyov hesablayıb? Zor, hərbi yolla birləşdirmə yerinə, Rusiya keçmiş SSRİ-nin vəziyyətinə düşməz?! Axı bu respublikalar 200 illik müharibələri nəticəsində Rusiyanın ətrafında birləşmiş, sonda SSRİ yaratmışdılar.

"Velkioruslar" o böyüklüyü qoruyub saxlaya bilmədilər. İttifaq dağıldı. Ovaxtkı "dostluq", "qardaşlıq", "mehribanlıq" kimi şüarları Mariya Zaxarova yenə təkrarlayıb. Ancaq Qafqaz və Mərkəzi Asiya etnosları Rusiya ilə heç vaxt mehriban olmayıb.

Mərkəzi Asiya respublikalarından Qazaxıstandakı antisovet etiraz aksiyasını yada salaq. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi M. Qorbaçov Qazaxıstan Kommunist Partiyasının birinci katibi D. A. Kunayevi vəzifəsindən uzaqlaşdırmışdı. Onun yerinə Qazaxıstan SSR-də heç vaxt işləməmiş Ulyanovsk vilayət partiya komitəsinin birinci katibi Q. V. Kolbin təyin edilmişdi.

Mitinqin iştirakçıları respublika başçısı vəzifəsinə yerli əhalinin nümayəndəsinin təyin olunmasını tələb edirdilər. Onda etirazları yatırmaq üçün "mehriban, qardaş" Moskva Qazaxıstana o vaxt çox az tanınan xüsusi təyinatlı qüvvələri Almatıya yeritmişdi. Bu hadisə nəticəsində yüzlərlə ölən, yaralanan və tutulanlar olub.

1988-ci il oktyabrın 30-da Belarusun paytaxtı Minskdə keçirilmiş "Rekviyem mitinqi"ni də yada salmaq olar. Həmin aksiya milis qüvvələri tərəfindən dağılmışdı. Mitinq o vaxt "qeyri-formal" adlanan təşkilatlar tərəfindən keçirilmişdi. Onlar "yenidənqurma" dalğasında memarlıq abidələrinin bərpası, ədəbiyyat, həmçinin ətraf mühitin qorunması məsələləri ilə məşğul olurdular. Ancaq bu, tədricən siyasi mahiyyət almağa başlamışdı.

1989-cu il aprelin 9-da Tbilisidə keçirilən mitinqdə Gürcüstanın müstəqilliyi tələb edilirdi. Sovet ordusu tərəfindən bu aksiyaya hücum edilmiş, nəticədə 21 dinc etirazçı qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış, mindən çox aksiyaçı tutulmuşdu. Bu gün həmin tarix Gürcüstanda Milli Birlik Günü kimi qeyd olunur.

1990-cı ilin fevralında Tacikistanın paytaxtı Düşənbədə baş vermiş etiraz aksiyalarının baisi Moskva olmuşdu. Həmin aksiyaları yatırmaq üçün beş mindən çox hərbçi və xüsusi təyinatlı cəlb edilib. Onların mitinqləri yatırmaq üçün keçirdikləri əməliyyat nəticəsində 25 nəfər ölmüş, 565 nəfər yaralanmışdı.

1991-ci il yanvarın 11-13 Vilnüsdə Litvanın müstəqilliyinin bərpasının tərəfdarları ilə SSRİ Silahlı Qüvvələrinin hərbi qulluqçuları və Litva SSR Milli Xilas Komitəsinin nümayəndələri arasında toqquşma baş vermişdi. Həmin hadisə nəticəsində 15 nəfər ölmüş, 702 nəfər yaralanmışdı.

Həmin il yanvarın 13-dən 27-nə kimi Latviyanın paytaxtı Riqada da antisovet mitinqlər keçirilib. Onda xüsusi təyinatlı milis dəstəsi nümayişçilərə hücum etmişdi. Bu hadisələr nəticəsində 7 etirazçı ölmüş, 14-ü yaralanmışdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları və xüsusi təyinatlılar Bakıda dinc aksiya iştirakçılarına hücum etmişdi. Bu faciə nəticəsində 131-170 dinc sakin və etirazçı şəhid olmuş, 700-800 nəfər isə yaralanmışdı.

Sovet ordusu eyni qanlı faciəni Neftçalada, Lənkəranda da törədib.

Bu, Azərbaycan cəmiyyətinin sovetlərə nifrətinin artmasına təkan verdi. Çünki ondan əvvəl sovet ordusu və rəhbərliyi Ermənistandan azərbaycanlıların qovulmasına şərait yaratmış, iştirak etmişdi. Bundan sonra Azərbaycan torpaqlarının işğalında, orada törədilən qətliamlarda, o cümlədən Xocalı soyqırımında Rusiyanın danılmaz rolu olub.

Azərbaycan artıq torpaqlarını işğaldan azad edib. Ölkə regional və qlobal layihələrin təhlükəsiz reallaşmasında fəal oyunçulardandır.

Rusiya isə sadaladığımız və sadalamadığımız çoxsaylı tarixi faciələri törətmiş SSRİ-nin varisidir. "Velikorus"ların zamanı keçir. Onlar duqinlər, solovyovlar vasitəsilə ömürlərini uzadıb "Rusiyanı yenidən böyük" etmək istəyirlər. Ancaq onlar bu şüarı irəli sürənlərə heç bir keyfiyyətləri ilə oxşamırlar. Bu böyüklük Rusiyaya yaraşmır. Çünki bu ölkənin vətəndaşları onun uğrunda savaşmaq istəmirlər. Solovyov, Duqin, bütün "velikoruslar" Qafqaz və Mərkəzi Asiyanı Afrikadan, Şimali Koreyadan, Hindistandan gətirdikləri muzdluların sayəsində özlərinə biləşdirəcək?!(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

23-08-2022, 20:41

Aleksandr Duqin kimdir: Azərbaycanın dostu, yoxsa...? – Müsahibə

Dünya

23-08-2022, 17:42

Putinin danışmanını kimlər hədəfə alıb - Kremldə saraydaxili mübarizə, yoxsa...

Siyasət

16-08-2022, 16:30

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Siyasət

6-08-2022, 01:04

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin əbədiyaşar memarıdır

Siyasət

12-02-2025, 10:26

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Gündəm / Siyasət

27-02-2024, 14:50

Zelenski İrəvana niyə gəlir? - Məqsəd Rusiyanı qıcıqlandırmaqdır...

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Siyasət

7-01-2026, 16:43

Prezidentin müsahibəsindən çıxan qənaət: C6 və TDT bir-biri üçün faydalıdır - ŞƏRH

Dünya

18-11-2025, 20:56

Paşinyan gizli sənədləri açır, Kreml əndişəlidir: İrəvan sirləri ifşa edərsə, Rusiya “Ukrayna ssenarisi” ilə reaksiya verəcək

Araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Hadisə
Bu gün, 19:00
Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü
Bu gün, 17:47
Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
Bu gün, 16:45
14 il şiddət görən qadının əri saxlanıldı
Bu gün, 09:36
Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb
Dünən, 09:37
Qudyal çayında 11 yaşlı oğlan boğularaq ölüb
13-07-2026, 10:16
400 manat borca görə qadının nüfuzu hədəfə alındı? “Manato” ilə bağlı araşdırma tələbi
Xəbər lenti
  • Bu gün, 19:00
    Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü
  • Bu gün, 18:30
    Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
  • Bu gün, 18:00
    Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • Bu gün, 17:47
    Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
  • Bu gün, 17:40
    "Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
  • Bu gün, 17:31
    "Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub
  • Bu gün, 17:22
    Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
  • Bu gün, 16:57
    Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir
  • Bu gün, 16:45
    14 il şiddət görən qadının əri saxlanıldı
  • Bu gün, 16:21
    Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
  • Bu gün, 15:59
    Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 15:38
    Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
  • Bu gün, 15:14
    Azərbaycan qlobal logistika xəritəsini yenidən formalaşdırır - Çin-Mərkəzi Asiya və Orta Dəhliz sınağı - ŞƏRH
  • Bu gün, 14:59
    DÇ finalının fasiləsi uzadılacaq
  • Bu gün, 14:46
    "Jamestown": Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir
  • Bu gün, 13:11
    Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq
  • Bu gün, 13:03
    Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…
  • Bu gün, 12:38
    Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı
  • Bu gün, 12:21
    Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”
  • Bu gün, 12:12
    Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
  • Bu gün, 11:32
    Rəcəb Babaşov Qazaxda təmir-tikinti işlərini niyə ancaq “AZƏRTRANSS” MMC-yə verir
  • Bu gün, 11:22
    Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • Bu gün, 11:12
    İlham Əliyev Ərdoğana Türkiyədə "Demokratiya və Milli Birlik Günü" münasibətilə məktub ünvanlayıb
  • Bu gün, 10:55
    Odessa raketlə vuruldu - 3 nəfər öldü
  • Bu gün, 10:45
    Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • Bu gün, 10:33
    "Kristal" şefi Mahayət Nəbiyevdən acı etiraf - İnsanların ev almağa pulu yoxdur
  • Bu gün, 10:28
    Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib
  • Bu gün, 09:59
    Mustafa Tayatın yarım milyondan çox borcu yarandı – Səbəb nədir?
  • Bu gün, 09:54
    Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır
  • Bu gün, 09:42
    6 saylı RETS-ə cinayət işi: Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər
  • Bu gün, 09:36
    Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb
  • Bu gün, 09:24
    "AzParking" qalmaqalı: Ödəniş sistemi işləmir, yoxsa? - Pulu nəğd alırlar
  • Bu gün, 09:11
    Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəyə təbrik ünvanlayıb
  • Dünən, 19:00
    İsrail Livanda iki "pilot zonadan" qoşunlarının çıxarılmasını nəzərdən keçirməyə hazırdır
  • Dünən, 18:30
    Sibiqa: Türkiyə XİN başçısı sabah Ukraynaya səfər edəcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə