Türkiyə Bank Nəzarəti və Tənzimləmə İdarəsi (BDDK) İran Bank Mellat və onun İstanbul filialının lisenziyasını ləğv edib.
Qərar ölkənin bank qanunvericiliyinin 71-ci maddəsinə əsasən qəbul edilib. Sənəddə bildirilir ki, bankın fəaliyyətini davam etdirməsi əmanətçilər və ya ölkənin maliyyə sistemi üçün risk yaratdığı təqdirdə, onun lisenziyasının ləğvinə imkan verir.