• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Konqresmenlər Trampa qarşı - erməni lobbisi sülh prosesini hədəfə alıb - ŞƏRH

Siyasət

24-07-2025, 18:52

Erməni lobbisinin anti-Azərbaycan kampaniyası səngimir.

Birləşmiş Ştatların erməni lobbisi növbəti dəfə yemlədikləri konqresmenləri Azərbaycanla Ermənistan arasında sülh prosesini pozmaq üçün səfərbər edib. İddialara görə, 87 konqresmen ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edib. Onlar Ağ Evin mövqeyinə zidd çıxaraq Qarabağı könüllü tərk edən ermənilərin bölgəyə qayıtmasına dəstək verilməsinə çağırıblar.

Hər iki palatadan olan konqresmenlərin imzaladığı sənəd Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşünün nəticələrini heçə endirməyə yönəlib. Görünən odur ki, erməni lobbisini həm Azərbaycan, həm də Ermənistanın Əbu-Dabi danışıqlarından razılıqla ayrılması və bundan sonra tərəflərin vasitəçiyə ehtiyacı olmadığını deməsi narahat edib.

Müraciətə imza atanların adlarına nəzər salaq - Frenk Pallone, Qas Bilirakis, Bred Şerman və Devid Valadaon. Bu adların hər biri Azərbaycana və Türkiyəyə yaxşı tanışdır. Erməni lobbisinin bütün anti-Azərbaycan təşəbbüs və təbliğat kampaniyalarında öndə gediblər. Əgər Azərbaycan torpaqlarının işğalı illərində Ermənistana dəstək nümayiş etdirirdilərsə, indi fərqli mövqedədirlər. Ermənistan hakimiyyətinin bölgədə sülh təşəbbüslərinə belə qarşıdırlar.

Konqresmenlər Trampa qarşı - erməni lobbisi sülh prosesini hədəfə alıb - ŞƏRH

Azərbaycana qarşı antipatiyasını heç vaxt gizlətməyən, ölkəmizi bütün ağılasığmaz günahlarda ittiham etməyi sevən Pallone, gizli deyil ki, erməni lobbisindən maliyyələşir. Pallone ABŞ Konqresinin irqçi düşüncəli, korrupsiyaya uğramış üzvü kimi tanınır. O, COP29-da iştirak üçün Azərbaycana səfəri zamanı ölkəmizə böhtanlar atmağa çalışması ilə yadda qalmışdı. Bu şəxs onilliklərdir erməni lobbisi ilə qeyri-şəffaf əlaqələr quraraq Azərbaycana və regionda sülhün bərqərar olunmasına qarşı sistematik fəaliyyət göstərib. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı, kütləvi qətliam, mədəni irsin dağıdılması kimi cinayətlərini dəstəkləyib, azərbaycanlılara qarşı etnik və dini əsaslı nifrət siyasəti yürüdüb.

Bəs Ermənistan və ABŞ rəhbərliyi belə Cənubi Qafqazda sülh və əmin-amanlığın yaranmasına çalışdıqları halda, adlarıçəkilən konqresmenlər nədən bu siyasətə qarşı çıxsınlar? Yada salaq ki, 1992-ci ildə Azərbaycana qarşı 907-ci düzəlişi qəbul edənlər də məhz bu konqresmenlər və onlara bənzərlər olub. Onlar o vaxt da Ermənistanın işğalçılıq siyasətini dəstəkləməklə qanlı müharibəyə rəvac vermişdilər. Bu gün də eyni qüvvələr münaqişənin bərpası və sülhə imkan verilməməsi üçün çalışırlar.

Ermənistanla Azərbaycanın sülh prosesinə, bölgədə əmin-amanlığa qarşı çıxan əsas iki qüvvə - erməni lobbisi və erməni kilsəsi olub. Məhz Baş nazir Nikol Paşinyan da bu qüvvələrə qarşı total müharibəni bu səbəbdən başlayıb. Hər ikisini də zərərsizləşdirmək üçün hücuma keçib. Erməni diasporu həmişə Ermənistanı müharibəyə sürükləyib, bunun üçün maliyyə və siyasi dəstək verib. Bunu da ilk başa düşən Paşinyan olub və o, xalqını bu həqiqəti başa düşməyə hazırlayır.

Digər bir məsələ, erməni lobbisi üçün indiki ABŞ Prezidenti Donald Tramp ən ciddi təhlükə kimi görülür. Xəbər verildiyi kimi, Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə onunla bağlı söylədiyi fikirlərdən ibarət çıxışını paylaşıb. Dövlət başçısı İlham Əliyev də öz növbəsində Donald Trampa təşəkkürünü bildirib.

Prezident II Şuşa Qlobal Media Forumunda Donald Tramp haqqında çox müsbət fikirlər səsləndirmişdi və bu münasibət Azərbaycanın ABŞ ilə tərəfdaşlığa verdiyi əhəmiyyətin göstəricisidir. Yeri gəlmişkən, Tramp da ilk dəfə idi ki, Cənubi Qafqaz ölkəsinin bir liderinin çıxışını sosial şəbəkədə paylaşırdı ki, bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Eyni zamanda, Azərbaycan Prezidentinin Xankəndidən verdiyi doğru mesajların ünvanına çatması deməkdir. ABŞ Prezidenti ilk prezidentliyi dövründə də Ermənistan-Azərbaycan münaqişəsinə neytral yanaşma sərgiləyib, İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycanın öz ərazilərini azad etməsinə qarşı çıxmayıb. Bu da erməni lobbisinin narazılığına səbəb olub.

Beləliklə, erməniprəsət konqresmenlərin bəyanatı, ilk növbədə, Prezident Trampın Cənubi Qafqazda sülhə töhfə vermək planlarına təhdiddir. Hədəf isə bəllidir - yenidən münaqişəni alovlandırmaq, Trampın dəstək verdiyi sülh gündəliyini aradan qaldırmaq. Eyni zamanda, bu mövzunu ortalığa atmaqla həm Trampın, həm Respublikaçıların mövqelərinin zəiflədilməsi hədəf götürülüb.

Heç şübhə yoxdur ki, konqresmenlərin bu müraciətinin arxasında əsas bir məsələ var. Bəllidir ki, Tramp korrupsioner konqresmenləri həbsə atmaqda israrlıdır. Onların müraciəti həm də qorxudan irəli gəlir. Hazırda Kaliforniyadan olan məşhur senator Adam Şiffin həbsi gündəmdədir. “Truth Social“ sosial şəbəkəsindəki paylaşımında Ağ Ev rəhbəri yazıb ki, “hiyləgər Adam Şiff fırıldaqçıdır. İndi öyrənirəm ki, Fannie Mae-nin maliyyə cinayətləri şöbəsi Adam Şiffin daimi olaraq ipoteka fırıldaqçılığı ilə məşğul olduğu qənaətinə gəlib. Adam Şiff daha ucuz ipoteka əldə etmək və Amerikanı soymaq üçün əsas yaşayış yerinin Merilenddə olduğunu söyləyib, halbuki o, Kaliforniya konqresmeni olduğu üçün Kaliforniyada yaşamalı idi".

Şiffdən hələ rəsmi reaksiya gəlməyib, lakin maliyyə cinayətləri şöbəsinin məlumatları ilə dəstəklənən belə konkret ittihamın özü bu siyasətçinin fəaliyyətinin, yumşaq desək, qeyri-şəffaflığı ilə bağlı uzunmüddətli şübhələri gücləndirir.

Burada Adam Şiffin kim olduğunu xatırlatmaq yerinə düşər. O, Ermənistanın və artıq tarixə qovuşmuş Qarabağdakı separatçı rejimin maraqlarının uzunmüddətli və sadiq lobbisidir. Çoxillik karyerası ərzində Şiff ardıcıl olaraq antiazərbaycanyönümlü düşmən təşəbbüslərlə çıxış edib və müntəzəm olaraq erməni diasporuna yaxınlığını nümayiş etdirib.

Xüsusilə, Şiff "Artsax"ın qondarma müstəqilliyini tanıyan və Azərbaycana təzyiq göstərilməsini tələb edən qətnamələr irəli sürüb. Bundan əlavə, o, ABŞ administrasiyasını Azərbaycanı "təcavüzdə" ittiham edərək Bakıya qarşı sanksiya və diplomatik siyasətin sərtləşdirilməsinə çağırıb. Lakin tarix göstərir ki, məhz sinik və yalançılar ənənəvi olaraq ölkəmizin təqibçiləri rolunda çıxış edirlər.

Adam Şiff erməni lobbisi ilə sıx əlaqəli olan və eyni zamanda, cinayət işlərinə qarışan amerikalı siyasətçilər arasında yeganə deyil. Buna parlaq nümunə - ABŞ Senatının beynəlxalq məsələlər komitəsinə rəhbərlik edən və Vaşinqtonda ermənilərin ən fəal müttəfiqlərindən biri olan Robert (Bob) Menendesdir. Maraqlıdır ki, erməni lobbi strukturları Menendesin hərəkətlərini heç vaxt pisləməyib, baxmayaraq ki, söhbət federal səviyyədə korrupsiyadan gedirdi. Əksinə, erməni mətbuatı onu erməni xalqının dostu kimi təqdim etməyə davam edib.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

10-12-2024, 17:30

Normallaşma prosesini əngəlləyən “üçlük” – Dekotinyi, Okampo və katalikos - ŞƏRH

Gündəm / Siyasət

3-08-2023, 18:58

Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib - FOTO

Gündəm / Siyasət

10-07-2025, 13:29

Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü – normallaşma üçün mühüm addım - ŞƏRH

Gündəm / Siyasət

24-04-2024, 16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Siyasət

30-01-2025, 18:24

Ermənilərin korrupsioner dayağının sonu – Menendezə verilən layiqli cəza - ŞƏRH

Gündəm / Cəmiyyət

14-12-2023, 17:52

"Qaytarılan əsirlərin əlavə müalicəsinə ehtiyac yoxdur" - Erməni nazir

Siyasət

1-05-2025, 17:37

Konqresdə erməni lobbisinin məzhəkəsi - təlxəklərin dəyişməyən rolları - ŞƏRH

Dünya

8-05-2024, 10:32

Paşinyandan yeni addım - Qriqoryan kilsəsinin müstəsnalığını əllərindən alır

Gündəm / Siyasət

10-09-2024, 19:48

Azərbaycan XİN Paşinyana cavab verib

Gündəm

28-09-2023, 19:25

“Ermənilər regionu məqsədli tərk edir

Gündəm / Siyasət

22-07-2024, 17:50

Məxfi plan: ABŞ Ermənistan və Azərbaycana qarşı hərbi təxribatlara hazırlıq görür - ŞƏRH

Gündəm / Siyasət

31-10-2024, 16:50

Okamponun cızmaqarası - terrorçuların “siyasi məhbus” kimi təqdimatı - ŞƏRH

Araşdırma
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Hadisə
Bu gün, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
10-09-2026, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
Xəbər lenti
  • Bu gün, 15:40
    Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM
  • Bu gün, 15:11
    SOCAR Tech-də yeni direktor təyin olundu - FOTO
  • Bu gün, 14:37
    İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb
  • Bu gün, 13:25
    17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
  • Bu gün, 13:24
    Nazpəri Dostəliyeva 20 il sonra ilk dəfə bunu etdi
  • Bu gün, 13:22
    Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
  • Bu gün, 13:22
    Türkiyə İran Bankı Mellatın lisenziyasını ləğv edib
  • Bu gün, 13:20
    Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adladı
  • Bu gün, 13:18
    Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
  • Bu gün, 13:14
    Attestasiya işində hüquqşünasın mühüm uğuru
  • Bu gün, 12:47
    Bazar günü arabir yağış yağacaq
  • Bu gün, 12:29
    İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur
  • Bu gün, 11:55
    XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib
  • Bu gün, 10:19
    Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
  • Bu gün, 09:47
    Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?
  • Bu gün, 09:22
    Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir
  • Bu gün, 09:01
    "№1 Çörək Zavodu"nun sahibi dövlətə külli miqdarda BORCLANDI - FOTOFAKT
  • Bu gün, 08:47
    WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır
  • Dünən, 19:00
    Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək
  • Dünən, 18:30
    Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
  • Dünən, 18:00
    Oktyabrda İçərişəhərdə qastronomiya festivalı keçiriləcək
  • Dünən, 17:49
    Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
  • Dünən, 17:40
    Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • Dünən, 17:38
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • Dünən, 17:26
    Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:26
    Şəki Apellyasiya Məhkəməsinin hakimi Elman İsayevdən şikayət: “Məhkəməyə teleqram vurdum, amma iştirakım təmin edilmədi”
  • Dünən, 17:01
    FHN-nin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin də ÖZ MEHDİYEVİ VAR... - İTTİHAM VAR...
  • Dünən, 16:31
    Azərbaycanın TDT hədəfi: qurum qlobal aktora çevrilir - ŞƏRH
  • Dünən, 16:22
    "Range Rover"imi satıb pulunu götürdü - Könül Həmzəyevanın MƏHKƏMƏSİ
  • Dünən, 16:08
    Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına Şikayət
  • Dünən, 15:52
    Moskva Kyuşu adasında Typhon raket sistemlərinin yerləşdirilməsi ilə bağlı Tokioya etiraz notası göndərib
  • Dünən, 15:42
    Novxanıda Ramiz Mehdiyevə məxsus 5 hektar torpaq sahəsi iş adamına satılıb – Əcaba necə?
  • Dünən, 15:36
    Şuşada Milli Musiqi Günü münasibətilə tədbir keçirilib
  • Dünən, 15:09
    “Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib FOTOLAR
  • Dünən, 15:00
    Binəqədidə TİKİNTİ XAOSU... - ETİRAZ VAR...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə