• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH

Siyasət

20-08-2024, 20:23

Ermənistan hökumətinin qarşısında duran ən problemli sahələrdən biri də məşğulluqla bağlıdır. Bu gün statistik rəqəmlər ölkədə işsizliyin və işləyən yoxsulların sayının dayanmadan artdığını göstərir.Nikol Paşinyan hakimiyyətə gələndə verdiyi vədlərdən biri də ölkədəki işsizliyi minimum həddə çatdırmaq olsa da, son illərdə bunun əksi müşahidə edilib. Hakim partiyanın səriştəsizliyi və qəbul etdiyi səhv qərarlar nəticəsində işsizlik və yoxsulluq artıq pik həddə çatıb. Ermənistanın əmək bazarında müşahidə edilən qəribə tendensiya isə bir sıra mətləblərdən xəbər verir. Səlahiyyətli şəxslər minlərlə yeni iş yerinin açıldığını bəyan etsələr də, digər tərəfdən rəsmi statistikada işləyənlərin sayında minlərlə azalma qeydə alınır. 2024-cü ildə isə son dörd ilin ən pik işsizlik səviyyəsi qeydə alınıb.

Hökumət isə saxta rəqəmlərlə xalqın başını qatmağa davam edir. Məsələn, ilin əvvəlində iqtisadi aktivlik artımı 15 faizə çatmışdı. Amma ötən ilin birinci rübündə 179.6 min nəfər rəsmən işsiz idisə, cari ilin birinci rübündə bu rəqəm 204.4 min nəfərə çatıb. Əvvəlki dövrlə müqayisədə bu, 25 min nəfər və ya 14 faiz çox deməkdir. Eyni zamanda ötən ilin sonu ilə müqayisədə də işsizliyin aktivləşməsi qeydə alınıb. Həmin dövrdə rəsmi statistikada 177,4 min nəfər işsiz qeydə alınıbsa, bu ilin əvvəlinə 204,4 min nəfər işsiz qeydə alınıb. Əvvəlki ilin sonu ilə müqayisədə işsizlərin sayı 27 min nəfər artıb. 2021-ci ilin birinci rübündə Ermənistanda 193 min, 2022-ci ildə 188.4 min, 2023-cü ildə isə 179.6 min nəfər işsiz kimi qeydiyyata alınıb. Real mənzərə isə bu rəsmi rəqəmlərdən qat-qat çoxdur. Bunun isə bir sıra səbəbləri var. Əsl səbəb isə hakim komandanın yarıtmaz siyasəti, alınan səhv qərarlar və korrupsiyalaşma kimi faktlardır. Həm nominal ifadədə işsizlərin sayı artıb, həm də işsizliyin səviyyəsi dərinləşib.

Ermənistan iqtisadiyyatına xarici təsirlər bir sıra amillərlə aktivləşdikdən sonra işsizliyin azalmasına da öz töhfəsini verdi. Bununla belə, bu ilin əvvəlindəki tendensiyaların sübut etdiyi kimi, Ermənistanda hələ də yüksək iqtisadi artım müşahidə olunsa da, əmək bazarına bu təsirlər zəifləməyə başlayıb. Lakin bu artımlar sosial əhəmiyyətini itirmiş amillərlə bağlıdır.

Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH

Qeyd edək ki, bu il iqtisadiyyatın artımını şərtləndirən əsas amil qızılın məlum təkrar ixracı olub ki, bu da artım köpüyü yaradıb. Onun sırf iqtisadi, eləcə də sosial və büdcə əhəmiyyəti çox kiçikdir. Bu, əmək bazarında da müşahidə edilir, burada ilk baxışdan yüksək iqtisadi artım şəraitində işsizlərin sayında kəskin artım və işsizlik səviyyəsinin eyni dərəcədə kəskin şəkildə dərinləşməsi müşahidə olunur.

İşsizliyin artması ilə bərabər məşğulluq da azalıb. Rəsmi məlumatlara görə, ötən ilin birinci rübündə Ermənistanda təxminən 1 milyon 130 min nəfər, bu il 1 milyon 116,4 min nəfər işlə təmin olunub. Məşğul olanların sayı 13 mindən çox azalıb. Məşğulluq səviyyəsi də pisləşib. Ötən il əmək qabiliyyətli əhalinin 50,9 faizi, bu il 48,7 faizi məşğul olub. Yəni, rəsmi olaraq, 2.2 faiz bəndi geriləmə var. Yenə də vurğulamaq yerinə düşər ki, reallıqda isə rəqəmlər qat-qat artıqdır və bu tendensiya durmadan artdığı üçün ermənilər ölkəni sürətlə tərk edir, digər ölkələrə miqrasiya edərək iş tapmağa çalışırlar.

Bir tərəfdən işsizliyin artması, digər tərəfdən isə məşğulluğun azalması narahatlıq doğurmaya bilməz. Bu o deməkdir ki, iqtisadi artımın hətta aşağı nəticələrinin olduqca qeyri-mütənasib paylanması və cəmiyyətin sosial qütbləşməsinin dərinləşməsi var. Onsuz da Ermənistanda qütbləşmə dərindir. İqtisadiyyatın inklüzivliyindən danışmağın ümumiyyətlə mənası yoxdur. Bu tendensiya yaxın gələcəkdə də davam edərsə, cəmiyyət getdikcə daha çox sosial gərginliyin dərinləşməsi ilə üzləşəcək. Artıq başqa istiqamətlərdə də müəyyən impulslar var. Bu, xüsusən də maaşlarda nəzərə çarpır. Əmək haqqının artım tempi xeyli zəifləyib. Bu, xüsusilə təhlükəlidir, çünki o, təkcə sosial deyil, həm də iqtisadiyyatın ayrı-ayrı sektorları və maliyyə sistemi üçün daha dərin nəticələrə səbəb ola bilər.

Hakim partiya isə bu problemlərlə məşğul olmaq əvəzinə, vəziyyəti daha da qəlizləşdirir. Məsələn, bu gün Ermənistanda dövlət proqramları əsasən yol və məktəb tikintisinə yönəlib. İşsizliyi aradan qaldırmaq, müavinətləri və pensiyaları artırmaq məsələsinə gəldikdə isə, hökumət nümayəndələri bir ağızdan “biz yol çəkirik, məktəb tikirik, insanların yaşayış şəraitini yaxşılaşdırırıq” tipli bəhanələri üyüdürlər. Bu gün Ermənistanın bir sıra bölgələrində əhali sayı azaldığı üçün məktəblər getdikcə bağlanır, belə bir halda yeni məktəblərin inşası kimə lazımdır? Cavab isə keçirilən tenderlərdə gizlənib. Araşdırmalar zamanı məlum olur ki, yol və məktəb tikintisi üçün keçirilən tenderlərdə əsasən hakimiyyətdə təmsil olunan yüksək ranqlı məmurların şirkətləri iştirak edir. Bir çox hallarda isə tender keçirmədən layihə bir şirkətə verilir. Səbəb kimi isə vaxt darlığı göstərilir. Əksər hallarda isə layihələr sadəcə kağız üzərində qalır, büdcədən ayrılan maliyyə ciblərə axır. Parlamentin spikeri Alen Simonyanın qardaşına məxsus “Avroasfalt1” şirkəti demək olar ki, yol tikintisi sahəsini inhisara götürüb. Başqa bir misal, tikinti şirkətləri əsasən deputatlara və onların həyat yoldaşlarına məxsusdur. Hətta tikinti üçün lazım olan materiallar da bu tip şirkətlər vasitəsilə həyata keçirilir. Belə tendensiya isə özəl şirkətlərin müflis olub bazardan çıxmasına, qısacası iş yerlərinin azalmasına səbəb olur.

Digər bir tendensiya isə son dövrlər özəl şirkətlərə qarşı açılmış cinayət işləri ilə bağlıdır. Məlum olub ki, Ermənistanda iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərə qarşı açılan cinayət işlərində çox şiddətli artım qeydə alınıb. Bu işlərə isə hakim partiya tərəfindən təyin edilmiş hakimlər qrupu baxır. Bütün işlər prokurorluq orqanları tərəfindən konkret bu şəxslərə ötürülür. Hakimlər isə vergidən yayınan, müəyyən xırda qanunsuz əməllərə əl atan iş adamlarını sıxmaq, məngənəyə salmaq, yeni qəbul edilmiş qərarlarla özlərindən asılı vəziyyətə salmağa çalışırlar. İş adamı həbs edilir, onun vergidən yayındığı müəyyən edildikdən sonra təkcə dəyən ziyanı ödəmir. Eyni zamanda qanunvericiliyin yeni təyin etdiyi külli miqdarda cərimələri də ödəməyə məcbur edilir.

Ermənistanın Cinayət Məcəlləsinə görə, vergidən yayınma norması və qeyri-qanuni sahibkarlıq fəaliyyətinin aparılması norması uzun illər həvəsləndirici normalar kimi qəbul edilib. Başqa sözlə, əgər onlar təqsirli bilinsə, iş adamı ödənilməmiş vergini ödəyə bilər, yaxud dövlətə dəymiş ziyanı ödəyərək bundan sonra cinayət təqibinin mütləq dayandırılmasına nail ola bilərdi. Bu yaxınlarda isə dövlət gömrük komitəsi həmin stimullaşdırıcı normaların ləğvini, sözügedən şəxslərin konkret cinayət məsuliyyətinə cəlb edilməsini təklif edib. Bu isə əslində hakim partiyanın iş adamları üzərində yeni təsir rıçaqının formalaşması deməkdir. Yəni, artıq istənilən vaxt istənilən iş adamını məsuliyyətə cəlb etmək mümkün olacaq. Belə bir təsir rıçaqı isə Paşinyan hökumətinə müxalifətə yardım edən, aksiyaları, seçkiləri maliyyələşdirən şəxsləri cəzalandırmağa, bu yoldan çəkindirməyə imkan yaradacaq. Bununla yanaşı, belə bir halın kütləviləşməsi isə iş adamlarını çətin vəziyyətə salacaq, qanunla razılaşmayanların şirkət və əmlaklarını sataraq, ölkəni tərk etməsi ilə nəticələnəcək. Bu isə öz növbəsində iş yerlərinin bağlanması, işsizliyin artması ilə müşahidə ediləcək.

Hökumətin xoşuna gəlməyən iş adamlarının həbsə göndərilməsi bizneslərin itirilməsi, şəriklərin müqavilələri pozması, bankların kredit verməməsi və verilən kreditləri geri çəkməsi ilə nəticələnəcək. Həbsə göndərilməsinin ağır nəticələrini dərk edən iş adamları isə istər-istəməz hakimiyyət nümayəndələrinin istədikləri durub-oturmaq məcburiyyətində qalacaqlar.

Hakimiyyətin atdığı addım nəticəsində yaranacaq işsizlər ordusuna bu yaxınlarda taksi sürücülərinin də qoşulması labüd hala çevrilib. Yeni qəbul edilən qərara əsasən, sentyabr ayının 1-dən etibarən taksi xidməti göstərənlər elektron vergi sisteminə qoşulmalıdırlar. Elektron nəzarət kassa aparatının istifadəsi və elektron nəzarət-kassa aparatının təqdim edilməsi də məcburi xarakter daşıyır. Sərnişin daşımalarını həyata keçirmək üçün lisenziyaya malik olmaq və dövlət rüsumu ödəmək lazımdır. Bu isə taksi xidməti göstərən şirkətlərin maliyyə yükünü artıracaq. Lakin taksi xidməti göstərən fiziki şəxslərin vəziyyəti daha çox narahatlıq doğurur. Çoxları üçün bu, yeganə dolanışıq vasitəsidir. Qarabağ ermənilərinin çoxu da bu iş vasitəsilə gündəlik çörək problemini həll edir. Söyləmək lazımdır ki, qəbul edilən qərarı normal qəbul etmək olardı. Amma burada bir nüans var. Əslində bu tip qərarlar veriləndə bu biznesin nümayəndələri ilə görüşlər keçirilir, müşahidələri dinlənilir. Sonra isə sektora ziyan vurmayacaq qərarlar qəbul edilir. Hakim partiya isə belə bir fikirdə olmadığını, çox qısa müddət ərzində yeni qərarın qəbulunun vacibliyini bildirib. Erməni siyasi kulislərində gəzən söhbətə görə isə, çox iri ranqlı bir məmur Ermənistandakı taksi biznesinə konkret nəzarət həyata keçirmək üçün belə bir qərarın verilməsinə nail olub.

Göründüyü kimi, erməni siyasi elitasının səhv qərarları və düşünülməmiş addımları ölkədə işsizliyi durmadan artırır. Bir sıra sahələrin məmurların monopoliyasında olması ilə yanaşı, səhv xarici siyasət də iş yerlərini azaldır. Məsələn, Rusiya ilə münasibətlərin günü-gündən pisləşməsi “Yuxarı Lars” keçid məntəqəsində ciddi problemlər yaradır. Nəticədə iş adamlarına külli miqdarda ziyan dəyir, məhsullar xarab olur. Bu da azmış kimi, bir müddət əvvəl Rusiya tərəfi Ermənistandan ixrac olunan konyakın keyfiyyətsiz olduğunu bəyan edib. Bu isə onlarla erməni konyak istehsalçısına zərbə, iş yerlərinin bağlanması deməkdir. Paşinyan hökuməti isə hələ də ölkədə iqtisadi inkişafdan və artımdan danışmağa davam edir.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm

29-08-2023, 11:17

Gəncləri qul əməyinə dəvət edən şirkətlər: qanun nə deyir

Gündəm / Dünya

27-02-2024, 08:24

Ermənistanda yeni iqtisadi sıçrayış: Nikol yaxşı “oynayır”

Cəmiyyət / Sosial

23-11-2023, 16:28

Sahil Babayev gənclər arasında işsizlik faizini AÇIQLADI

İqtisadiyyat

12-08-2022, 12:52

Nüsrət İbrahimov: "Ötən ay Bakının daşınmaz əmlak bazarında qiymətlər artıb"

Dünya

12-06-2024, 18:59

Ermənistan XİN: Paşinyan ölkənin KTMT-dən çıxdığını bəyan etməyib

Gündəm / Siyasət

23-05-2024, 17:29

Makronun ən böyük "nailiyyəti": Fransa Avropanın ən təhlükəli ölkəsi statusu qazanıb - TƏHLİL

Dünya

3-08-2022, 13:43

İyun ayında ABŞ-da vakansiyaların sayı 10,7 milyona qədər azalıb

Cəmiyyət

9-07-2024, 16:38

7 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Gündəm

29-09-2023, 12:53

Bu məsələ Məcnun müəllimin VECİNƏ OLMALIDIR...

Gündəm / Dünya

10-04-2024, 11:51

Tarixi və real Ermənistan bir-birinə ciddi təhlükələr yaradır! - Paşinyan

Maraqlı

13-07-2022, 13:06

Azərbaycanda şadlıq saraylarında menyular bahalaşıb - QİYMƏTLƏR

Gündəm / Siyasət

12-07-2023, 14:49

2023-cü ilin altı ayı: İqtisadiyyat inkişaf edib - ŞƏRH + RƏQƏMLƏR

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
Dünən, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
4-11-2026, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
Xəbər lenti
  • Dünən, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • Dünən, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • Dünən, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • Dünən, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • Dünən, 17:55
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • Dünən, 17:46
    “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • Dünən, 17:27
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • Dünən, 17:21
    DGK-da Şirinovun ŞİRİNLİYİ... - İTTİHAM VAR...
  • Dünən, 16:58
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:39
    “Bağça Şəhər”də yanğın təhlükəsi: Bina rəhbərliyi sakinlərin şikayətlərinə məhəl qoymur
  • Dünən, 16:21
    Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
  • Dünən, 16:04
    "Evimizə girib-çıxa bilmirik, xəstəmiz var, təcili yardım gələ bilmir" - NARAZILIQ VAR...
  • Dünən, 15:50
    Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 15:34
    Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib
  • Dünən, 15:15
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • Dünən, 15:05
    Əsabil Qasımov Ramiz Mehdiyevin gömrük sədri olmalı imiş-ŞOK SİYAHI
  • Dünən, 14:43
    Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
  • Dünən, 14:28
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • Dünən, 13:09
    “Sosial sığorta daxilolmalarında gələn il 15,1 faiz artım proqnozlaşdırılır”
  • Dünən, 13:02
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 12:50
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
  • Dünən, 12:40
    Sumqayıtda tuneli çirkab suları basıb-Qurumlar məsuliyyəti bir-birinin üzərinə atır
  • Dünən, 12:09
    Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi yürüşlər olacaq
  • Dünən, 12:03
    Bakı təhsilinin ANASI NİYƏ AĞLAYIR... - Heç nə səbəbsiz deyilmiş...
  • Dünən, 11:42
    DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib
  • Dünən, 11:35
    Elçin Yusubovun daha bir adamından şikayət var -Elxan Musayev sahibkarları incidib?
  • Dünən, 11:07
    Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb
  • Dünən, 10:57
    8 Noyabr - qürurumuzun, birliyimizin və qəhrəmanlığımızın günü
  • Dünən, 10:55
    ŞUŞA KUBOKU – İDMANIN GÜCÜ, VƏTƏNPƏRVƏRLİYİN RUHU, GƏLƏCƏYİN ÇEMPİONLARI!
  • Dünən, 10:52
    ”Fərid Eyvazov toxunulmazlığı”: Kiçik dükanlara aslan kəsilənlərin “Alliance Clinic” sükutu
  • Dünən, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır
  • Dünən, 10:11
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
  • Dünən, 09:54
    Sahibkarlar vergi güzəştlərindən yalnız birini seçə biləcəklər
  • Dünən, 09:38
    Mətin Eynullayevin rəhbəri olduğu qurumun MİLYONLARLA BORCU VAR - DETALLAR
  • Dünən, 09:14
    Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə