Sizin reklam burada 728×90
Son dəqiqə

Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib

18.07.2022 15:21 794 1 dəq oxunur
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 18-də Azərbaycana səfərə gəlib.

bakunews.az azertac-a istinadən bildirir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni hava limanında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, ölkəmizin Belçika Krallığındakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər qarşıladılar.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az