• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Yol terrorunu KİM YARADIR?

Ölkə

22-09-2025, 15:36

Rüşvətlə alınan sürücülük vəsiqələri, yol “təmiri” adı ilə göyə sovrulan milyonlar, ölümə aparan nizamsız sürət...

Son bir ay ərzində yol qəzalarında ölən və yaralanan insanların sayı durmadan artır. Demək olar ki, hər gün ölkənin bütün ərazilərində yol qəzaları barədə xəbərlər mətbuatı başına götürüb gedir. Artıq tam əminliklə deyim ki, yol qəzalarında və ölüm statistikasında qardaş Türkiyəni belə geridə qoymaq üzrəyik. Əlbəttdə, ilk ağla gələn “yol qəzalarına əsas səbəb nədir?” sualıdır. Səbəb çoxdur. Yol keyfiyyətinin aşağı olması, yenicə təmir olunmuş və ya çəkilmiş yolların bir müddətdən sonra bərbad və qəzalı hala düşməsi, rüşvətlə sürücülük vəsiqələri əldə edib yollarda ölüm saçan məsuliyyətsiz və qeyri-peşəkar sürücülərin hər gün artması, sürət həddinə əməl edilməməsi və sairə və sair...

Bu gün ölkəmizdə acı həqiqət odur ki, kimin “beş-üç qəpiyi” varsa sevgilisinə, övladına, həyat yoldaşına avtomobil alıb salır Bakının yollarına. Tıxac üzündən bir-birinə sürtüşən avtomobil karvanına hər gün onlarla qeyri-peşəkar, heç bir təcrübəsi olmayan avtomobil sahibləri daxil olurlar.
Bu isə elə hər gün onlarla günahsız insanın ölümü, bir ömürlük şikəst qalması deməkdir. Dəhşətli orasıdır, əksər valideynlər övladlarına hədiyyə kimi kredit maşınlar alıb guya onlara “sürpriz hazırlayırlar”. Əslində onlar bu addımları ilə yenicə həyata qədəm qoyan, təcrübəsiz gəncləri ölümün ağuşuna atırlar. Yenə köhnə lovğalıq xəstəliyimiz öz sözünü deyir. Bizi əcələ yaxınlaşdırmaqla. Övladını sevindirmək istəyən valideynlər, gəncləri arzularına yaxınlaşdırmaq əvəzinə, bahalı maşınlar hədiyyə edib onları arzularının əvəzinə vaxtsız əcələ çatdırırlar.

Amma təkcə saxta sürücülük vəsiqələri, sürət həddinin aşılması səbəb olmur yol qəzalarına. Həm də keyfiyyətsiz şəkildə çəkilən yolların tez xarab olması, qəzalar üçün ölüm pusqusuna çevrilməsi də əsas səbəblər sırasındadır. İnsaf naminə onu da deməliyik ki, əksər istiqamətlərdə salınan yollar keyfiyyətinə görə dünya səviyyəsinə uyğunluğu ilə seçilir. Dövlət yeni yolların salınması üçün ən yüksək səviyyədə vəsait ayırır. Qalır bu ayrılan vəsaitin təyinatı və qaydalara uyğun xə\rclənməsi, keyfiyyətli yolların salınması.

Hə, bax bütün içlərdə gəlib burda “ilişir.” Çünki bir çox istiqamətlərdə tamamilə yeni salınan yollar 2-3 il keçməmiş dağılıb-tökülüb, gediş-gəliş üçün yararsız hala gəlib Təkcə son bir ayda mətbuatda respublikanın ən müxətlif bölgələrində yenicə çəkilən yolların dağılıb bərbad günə qalması, qəza şəraiti törətdiyi barədə eninə-boyuna yazılar dərc olundu. Elə bu günlərdə Ağsu rayonunun Bico kəndində yeni çəkilən yol yararsız hala düşüb. Sosial mediada paylaşılan görüntülərdə yolun bir hissəsinin sıradan çıxdığı qeydə alınıb. Məlum olub ki, həmin yolun asfaltlanmasında yapışdırıcı qır və qum örtüyündən istifadə olunmayıb. Diqqət edin, 5.5 metr eni olan yola cəmi 3 metr enində, 1000 metr uzunluğunda asfalt örtüyü vurulub. Avqustun 30-da sözügedən yol yararsız hala düşüb. Bakı-Quba yolunun artıq bütün istiqamətlərdə və ilin bütün fəsillərində “təmir labarotoriyasına” çevrilməsi adi hal alıb.

Məsələn, cəmi 3 il öncə yenidən qurulan Sumqayıt-Bakı yolunun böyük bir hissəsi - Ceyranbatandan Masazır dairəsinə qədər olan hissəsində yolun iki zolağı bərbad hala düşüb. İkinci və üçüncü zolaqda çökmə, qabarmalar, deformasiyalar baş verib. Habelə bir neçə il öncə hissə-hissə genişləndirilmiş

Yevlax-Kürdəmir-Bakı yolunun Kürdəmir, Hacıqabul rayonlarından keçən hissəsində də vəziyyət ürəkaçan deyil.
Bəli, bir sıra hallarda yeni çəkilən yolların keyfiyyət və zəmanət problemi olduğu üçün bu yolların ömrü uzun olmur. Nəzarətsizlik, başdansovdu yanaşma üzündən dövlətin xərclədiyi pullar da havaya sovrulur, üstəlik nəqliyyat vasitələri üçün olduqca təhlükəli qəza vəziyyətləri yaranır. Bu olduqca təhlükəli məqamdır. Lakin təəssüflər olsun ki, hələ keyfiyyətsiz yol çəkilişinə görə cəzalanan cavabdeh şəxs barədə bir kəmə də eşitməmişik.

Yol mədəniyyət, sosial infrastruktur olduğu halda bir sıra cavabdeh şəxslər bu məsələyə fərdi qazanc mənbəyi kimi yanaşırlar. Dəfələrlə mətbuatda da yazılıb ki, yol çəkilişləri zamanı standartlara uyğun iş görülmür, materiallar tələb olunduğundan qat-qat az istifadə olunur, bir sözlə, keyfiyyətsizlik sindromu yaradılır. Təkcə bir faktı qeyd edək ki, 2006-cı ildən bəri bu istiqamətə on milyardlarla manat sərf olunub..

Deməli, yol infrastrukturu baxımından başdansovdu, məsuliyyətsiz işlərə “tövbə” demək lazımdır. Ən sonda bir məsələni də deyim. Neçə illərdir ki, Bakıda məşhur bir deyim var: dağılmış, hasara alınan asfalt parçaları “çörək ağacıdır”, “silinən pullardır”. Lakin keyfiyyətsizlik, başdansovdu çəkiliş üzündən dağılan yollar həm də hər gün onlarla insanın yol qəzalarında həyatla vidalaşması, bir ömürlük ağır xəsarətlərlə şikəst qalması deməkdir...

Mətləb Salahov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

12-02-2024, 18:31

Aeroport yolunda sürət həddi aşağı salındı

Video / Bölgə

22-06-2024, 14:33

Babaşovun "tender oyunu" - ölüm saçan yol

Cəmiyyət

6-09-2025, 09:54

BDYPİ hərəkət iştirakçılarını diqqətli olmağa çağırıb

Ölkə

4-10-2024, 09:08

Hava Limanı yolunda sürət həddi endirildi

Ölkə

2-12-2024, 08:56

Hava Limanı yolunda sürət həddi endirildi

Hadisə

30-04-2024, 11:22

Bakının mərkəzində sürət yarışına çıxan avtomobillərin törətdiyi zəncirvari qəzanın görüntüləri yayılıb - YENİLƏNİB

Hadisə

2-08-2022, 12:40

Son bir ayda Azərbaycanda yol qəzalarında 100 nəfər ölüb

Sosial

22-02-2025, 15:59

Bakıda bəzi yollarda qara görə endirilən sürət həddi bərpa olunub

Gündəm / Cəmiyyət

12-12-2023, 15:30

Tbilisi prospektindəki qəza sıxlığa səbəb oldu

Hadisə

21-12-2024, 10:06

Bu ilin 11 ayı ərzində 505 yol qəzası olub, 344 nəfər ölüb

Sosial

18-11-2024, 09:35

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Dünya

30-09-2024, 13:12

Deputatlara vəsiqələri verildi

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 09:32
Beyləqanda bir nəfər suda boğulub
Dünən, 18:16
Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
5-08-2026, 14:42
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
5-08-2026, 10:24
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 15:40
Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 10:52
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
Xəbər lenti
  • Bu gün, 15:45
    Xalqın cibinə girən, cibindən çıxmayan “xidmət”: Baku Electronics həqiqətləri!
  • Bu gün, 15:38
    Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
  • Bu gün, 15:28
    Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
  • Bu gün, 15:02
    Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub
  • Bu gün, 14:53
    SOS:KƏPƏZ HOSPİTALDA ÖLÜM HADİSƏSI-Cavab Gözləyən Suallar
  • Bu gün, 14:36
    Tramp: İran razılaşma əldə etmək istəyir
  • Bu gün, 12:45
    İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?
  • Bu gün, 12:34
    ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib
  • Bu gün, 12:20
    Ananın ürək dağlayan müraciəti: "Qızımın təhsil hüququnun qorunmasına kömək edin"
  • Bu gün, 11:52
    Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • Bu gün, 11:41
    Yeni agentliyin mətbuat katibi o oldu - Foto
  • Bu gün, 11:17
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
  • Bu gün, 11:10
    Bileti müşkül, xidməti ucuz: AZAL-ın Bakı-Naxçıvan reyslərində 20 qəpiklik xidmət standartı-VİDEO
  • Bu gün, 10:41
    Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir
  • Bu gün, 10:26
    "Euro Türk Mərmər-Ağlay" MMC-nin dövlətə borcu var
  • Bu gün, 10:08
    Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
  • Bu gün, 09:58
    Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
  • Bu gün, 09:32
    Beyləqanda bir nəfər suda boğulub
  • Bu gün, 09:16
    Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın! VİDEO
  • Bu gün, 08:59
    Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
  • Dünən, 18:39
    DGK aparat rəhbəri Kənan Əsədov 2025-ci ilin sənədlərinə 2026-cı ilin qaydaları ilə yanaşır? -İDDİA
  • Dünən, 18:30
    Rəsmi Bakı Yamaykanın Müstəqillik Gününü təbrik edib
  • Dünən, 18:16
    Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
  • Dünən, 18:05
    Münxendə izdihamın üzərinə maşın sürən şəxs ömürlük həbsə məhkum edilib
  • Dünən, 17:40
    Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır
  • Dünən, 17:29
    Şəmkir RMX-nın həkimi Ceyhun Rəsulov və Arzu Əskərovanın etdiyi mioma əməliyyatından sonra xəstənin ölümü ilə bağlı prokurorluq araşdırma aparır.
  • Dünən, 17:14
    Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb
  • Dünən, 16:56
    "Aztelekom"la m10 yola getmir? - İnternet ödənişləri saatlarla icra olunmur
  • Dünən, 16:49
    Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH
  • Dünən, 16:41
    TƏBİB daha iki şirkətlə milyonluq mwqavilə imzaladı
  • Dünən, 16:05
    Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır
  • Dünən, 15:54
    "Roblox" 70 milyard dollar dəyər itirdi: Oynamağa yeni oyun yoxdur
  • Dünən, 15:43
    Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH
  • Dünən, 15:27
    Peşə məktəblərində direktorların "qara siyahısı"- Onlarla direktorun gedişi gözlənilir
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə