Sizin reklam burada 728×90
Son dəqiqə

Bakı-Salyan şosesində, "Şıxov" çimərliyinin qarşısından keçən yolda polis maşını piyadanı vurub

10.05.2023 20:20 563 1 dəq oxunur
Bakı-Salyan şosesində, "Şıxov" çimərliyinin qarşısından keçən yolda polis maşını piyadanı vurub
Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan məlumata əsasən, saat 18:40 radələrində "Mercedes" markalı 99-YP-849 dövlət nömrə nişanlı patrul avtomobili sürət həddi yüksək olan yolda, yolun müəyyən olunmayan hissəsindən anidən yola daxil olan 30-35 yaş arası qadını vurub:

bakunews.az-ya verilən məlumata görə, "Hadisə baş verən ərazidə müşahidə kameralarına baxış zamanı qadının anidən yola daxil olaraq yolu qaçaraq keçmək istədiyi aydın görünür. Bu zaman qəza baş verib, qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır".
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az