Sizin reklam burada 728×90
Son dəqiqə

DYP əməkdaşı xidməti avtomobili ilə qəza törətdi - DİN-dən açıqlama - VİDEO

16.01.2023 21:42 1 377 1 dəq oxunur
DYP əməkdaşı xidməti avtomobili ilə qəza törətdi - DİN-dən  açıqlama - VİDEO
Xaçmazda avtomobil piyadanı vurub

Xaçmaz rayonunda avtomobil piyadanı vuraraq xəsarət yetirib.


"UluTv"nin yerli sakinlərdən əldə etdiyi məlumatına görə, hadisə Xudat-Nabran avtomobil yolununda qeydə alınıb.

Beləki, hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan Xaçmaz rayon sakini 1964-cü il təvəllüdlü Müslümov Əliməd Hacıməhəmməd oğlu Qusar rayonuna özəl xəstəxanaların birinə aparılıb.

Ərazidə yaşayan sakinlərin bildirdiklərinə görə, E.Müslümovu Xaçmaz YPX-nin əməkdaşı xidməti avtomobili ilə vurub.

bakunews.az-ya DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov: "Xudat-Nabran avtomobil yolunda hərəkətin intensiv olduğu yerdə qəflətən yola çıxan piyada Ə.Müslümovu maşın vurub. Hadisəni törədən Xaçmaz DYPB-nin əməkdaşı dərhal piyadanı xəstəxanaya çatdırıb. Hazırda müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır"
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az