Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda 8 yaşlı uşağı avtomobil vurub

03.09.2022 09:30 725 1 dəq oxunur
Bakıda 8 yaşlı uşağı avtomobil vurub
Bakıda 8 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


bakunews.az report-a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

2014-cü il təvəllüdlü İsazadə Əyyub Şamo oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az