Sizin reklam burada 728×90
Son dəqiqə

DİN: Ucarda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb - FOTO

01.05.2023 19:31 473 1 dəq oxunur
DİN: Ucarda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb - FOTO
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan UluTv.İnfo-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən qanunsuz əməllə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Cavidan Hüseynov, Elnur Məmmədov və Qadir Abdullayev saxlanılıblar.
Həmin şəxslərdən müxtəlif çəkilərdə narkotik vasitə olan heroin və psixotrop maddə - metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Saxlanılanlar şəxslər barəsində RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az