Sizin reklam burada 728×90
Son dəqiqə

Ağdaşda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb - FOTO/VİDEO

24.01.2023 13:32 638 1 dəq oxunur
Ağdaşda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb - FOTO/VİDEO
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib. Nəticədə saxlanılan şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbəyə daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən silsilə tədbirlər zamanı narkotiklərin satışında, saxlanılmasında və daşınmasında şübhəli bilinən 5 nəfər rayon sakini- Tural İsrafilov, Sənan Şükürov, Veyis Abdurəhmanov, Qadir Əliyev və Səftər Allahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin və marixuana aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılanların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az