Sizin reklam burada 728×90
Son dəqiqə

Salyanda narkotik vasitə dövriyəsi ilə məşğul olan şəxslər saxlanıldı

21.11.2022 09:59 510 1 dəq oxunur
Salyanda narkotik vasitə dövriyəsi ilə məşğul olan şəxslər saxlanıldı
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bakunews.az-ya verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən beş nəfər - Salyan rayon sakinləri Rabil Dadaşov, Mahir Məmmədov, Hüseyn Xəlilov, Pərviz Məmmədov və Biləsuvar rayon sakini Cabir Əliyev saxlanılıblar.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə narkotik vasitə olan heroin, tiryək, psixotrop maddə olan metamfetamin və marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Salyan RPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Araşdırmalar davam etdirilir.

UluTv.İnfo




Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az