Sizin reklam burada 728×90
Son dəqiqə

Mikayıl Cabbarov gürcü nazirlə əməkdaşlıq perspektivlərini müzakirə edib -

29.09.2023 16:31 356 1 dəq oxunur
Mikayıl Cabbarov gürcü nazirlə əməkdaşlıq perspektivlərini müzakirə edib -
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov qonşu ölkənin baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

Bu barədə nazir özünün “X” sosial şəbəkə hesabında bildirib.

“Biz ikitərəfli iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artırılması, sərmayələrin stimullaşdırılması və əməkdaşlıq perspektivləri barədə fikirlərimizi bölüşdük”, - deyə nazir bildirib.



Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az