Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan İsraillə iqtisadi-ticari əməkdaşlığın perspektivlərini müzakirə edib -

12.09.2023 14:52 394 1 dəq oxunur
Azərbaycan İsraillə iqtisadi-ticari əməkdaşlığın perspektivlərini müzakirə edib -
Azərbaycan İsraillə iqtisadi-ticari əməkdaşlığın perspektivləri barədə müzakirə aparıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixterlə videokonfrans formatında keçirdiyimiz görüşdə iqtisadi-ticari əməkdaşlığın mövcud vəziyyəti və şaxələndirilməsi perspektivləri, kənd təsərrüfatı, eləcə də ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət imkanları barədə müzakirələr apardıq”, - deyə nazir qeyd edib.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az