• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Avropa Yenidənqurma və İnkişaf Bankının Rəhbərlər Şurasının 32-ci İllik Toplantısı çərçivəsində ölkəmizin investisiya imkanlarına dair sessiya keçirilib

İqtisadiyyat

16-05-2023, 23:56

Avropa Yenidənqurma və İnkişaf Bankının Rəhbərlər Şurasının 32-ci İllik Toplantısı çərçivəsində keçirilən Azərbaycanın investisiya imkanlarının təqdimatına dair sessiyada ölkəmizin biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, bərpa olunan və “yaşıl” enerji, nəqliyyat-tranzit potensialı barədə məlumat verilib, Bank ilə Azərbaycan İnvestisiya Holdinqi arasında yükdaşımalar sahəsində əməkdaşlıq barədə niyyət sənədi imzalanıb.

Özbəkistanın Səmərqənd şəhərində keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Rəhbərlər Şurasının 32-ci İllik Toplantısında ölkəmizi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Tədbir çərçivəsində Azərbaycanın investisiya imkanlarının təqdimatına dair sessiya keçirilib.
Elnur Əliyev sessiyada çıxışında ölkəmizin Milli Prioritetləri, həyata keçirilən iqtisadi layihələr barədə məlumat verib. Diqqətə çatdırılıb ki, azad edilmiş ərazilərimizə qayıdışla bağlı Milli Prioritet çərçivəsində “ağıllı” konsepsiyalar əsasında yeni şəhərlər, kəndlər tikilir, infrastruktura investisiyalar yatırılır. “Yaşıl” enerji məkanı elan edilən bu ərazilərə yatırılan investisiyalara vergi və gömrük güzəştləri tətbiq olunur.
Azərbaycanda xarici investorlar üçün yaradılan əlverişli imkanlar barədə məlumat verən nazirin birinci müavini Elnur Əliyev: “Azərbaycan Orta Dəhlizin əsas iştirakçısı kimi əməkdaşlığın əhatə dairəsini genişləndirmək üçün infrastruktura böyük sərmayə qoyub. Hazırda Azərbaycanın Xəzər dənizində böyük donanması var. Ələt Azad İqtisadi Zonası müasir limanlara və böyük nəqliyyat dəhlizlərinə əlçatanlığı ilə xarici investisiyalara açıqdır. Ölkəmiz Şərqlə Qərb arasında nəqliyyat-tranzit, enerji resursları və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynaya bilər”.
Tədbirdə bildirilib ki, Azərbaycanda 2-si işğaldan azad edilmiş ərazilərimizdə olmaqla 7 sənaye parkı fəaliyyət göstərir. İnvestorlar üçün zəruri infrastrukturun yaradıldığı bu sənaye parklarında vergi və gömrük stimulları tətbiq edilir.
Əlavə edilib ki, Azərbaycan və Özbəkistan tərəfindən birgə investisiya fondu yaradılıb. Bu, Azərbaycan və Özbəkistanda birgə layihələrin malilyyələşdirilməsinə yeni imkanlar yaradır.
Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, dövlət müəssisələrinin idarə edilməsi, Azərbaycanın bərpa olunan və “yaşıl” enerji imkanları, bu istiqamətdə icra edilən layihələr, qanunvericiliyin təkmilləşdirilməsi və s. məsələlər barədə iştirakçıları məlumatlandırıblar.
Sessiya çərçivəsində Azərbaycanın investisiya imkanları barədə müzakirə aparılıb, suallar cavablandırılıb.
Tədbirdə AYİB ilə Azərbaycan İnvestisiya Holdinqi arasında yükdaşımalar sahəsində əməkdaşlıq barədə niyyət sənədi imzalanıb.








Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

17-05-2023, 20:54

Moldovanın Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri ilə görüş keçirilib - FOTO

İqtisadiyyat

31-03-2023, 21:45

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə müzakirələr aparılıb “Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilib

Cəmiyyət

12-09-2022, 21:23

AYİB-lə birgə həyata keçirilən layihələr davamlı və “yaşıl” inkişafı təşviq edir

İqtisadiyyat

4-04-2023, 21:45

ABŞ ilə iqtisadi-ticarət əməkdaşlığı müzakirə olunub - FOTO

Siyasət

2-08-2022, 14:50

Özbəkistanla Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

İqtisadiyyat

30-03-2023, 21:54

İspaniya Ticarət Palatasında görüş keçirilib

İqtisadiyyat

2-08-2022, 17:00

Özbəkistanla Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

İqtisadiyyat

30-03-2023, 22:21

İspaniyada Beynəlxalq Zeytun Şurasının icraçı direktoru ilə görüş keçirilib

İqtisadiyyat

19-01-2023, 22:49

AİYB-lə əməkdaşlığın inkişafı istiqamətləri müzakirə edilib

İqtisadiyyat

3-04-2023, 21:55

Azərbaycan və Rusiya arasında regionlararası əlaqələrin inkişaf dinamikası müzakirə olunub

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
Xəbər lenti
  • Dünən, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • Dünən, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Dünən, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • Dünən, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • Dünən, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • Dünən, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
  • Dünən, 17:14
    Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
  • Dünən, 17:03
    “Kristal Bakı”nın külli miqdarda vergi borcu var? - Sorğu
  • Dünən, 15:51
    Martin Ryan Lənkəran Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb
  • Dünən, 15:42
    Yeni Günəşlidə "gözdən pərdə asırlar" - Əsas yollar yenə kənarda qalıb- VİDEO
  • Dünən, 14:51
    Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 14:43
    Binəqədidə “Şəhərsalma və Memarlıq İli”- Damlar da tikintiyə qoşulub! - VİDEO
  • Dünən, 14:00
    Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib
  • Dünən, 13:51
    Baba Rzayevin bir gündə 170 milyon manatdan çox dəyəri olan tenderləri verdiyi şirkətlər kimə məxsusdur
  • Dünən, 13:12
    Azərbaycan IEC ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
  • Dünən, 13:03
    Şirvan Peşə Liseyində Eyvazov və Bayramlı xofu - 25 ilin işçiləri işdən niyə çıxarılır?
  • Dünən, 12:52
    Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
  • Dünən, 11:47
    İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
  • Dünən, 10:45
    Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
  • Dünən, 10:22
    DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir
  • Dünən, 10:12
    Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
  • Dünən, 09:51
    Azərbaycan neftinin qiyməti 117 dolları keçib
  • Dünən, 09:01
    “Panda Baby” müştəriləri aldadır - Qiyməti uçuz yazıb, baha hesablayır
  • Dünən, 08:47
    Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 08:42
    "Yol çəkmirsiniz... amma bina tikməyə icazə verirsiniz" - BELƏ ŞƏHƏR SALARLAR?
  • Dünən, 08:25
    Azərbaycana payız fəsli daxil olub
  • Dünən, 00:27
    Dünya çempionatının bürünc medalçısı Coşqun Abdullayev: “Bu qələbəmi şəhidlərimizə həsr edirəm” VİDEO
  • 22-09-2026, 19:00
    AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
  • 22-09-2026, 18:30
    "Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH
  • 22-09-2026, 18:00
    Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
  • 22-09-2026, 17:22
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • 22-09-2026, 17:05
    Səxavət Kəlbəcərlidən Prezedentə MÜRACİƏT – Cavid Qurbanovun BƏƏ-dəki mülkləri və Ramiz Mehdiyev işi!
  • 22-09-2026, 16:25
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • 22-09-2026, 16:01
    Satıcı aldatdı, telefon bloklandı... – “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
  • 22-09-2026, 15:37
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə