• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) iştirakçı dövlətlərinin nazirlərinin görüşü keçirilib

İqtisadiyyat

18-04-2023, 18:23

SPECA çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanları ilə bağlı məsləhətləşmələr, tərəfdaşlığın inkişaf etdirilməsi, inteqrasiyanın dəstəklənməsi, dünya iqtisadiyyatına qoşulma prosesinin asanlaşdırılması ilə bağlı müzakirələr aparılıb.


İsveçrənin Cenevrə şəhərində SPECA-nın iştirakçı dövlətlərinin nazirlərinin BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə dialoqu çərçivəsində regional əməkdaşlıq üzrə çoxtərəfli məsləhətləşmələr və ikitərəfli görüşlər təşkil edilib.

Tədbirlərdə iştirak edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov SPECA ilə ölkəmiz arasında uzunmüddətli əməkdaşlıq əlaqələrini, üzv dövlətlərlə iqtisadiyyatın bir çox sahələrində həm hökumətlərarası səviyyədə, həm də Proqram çərçivəsində geniş əməkdaşlıq edildiyini vurğulayıb. Regional nəqliyyat-tranzit marşrutlarının potensialından istifadənin önəmini vurğulayan nazir deyib: “SPECA-ya üzv ölkələrin əksəriyyətinin açıq dənizə çıxışı olmadığına görə, iqtisadiyyatlarımızın səmərəliliyini artırmaq üçün beynəlxalq və regional nəqliyyat dəhlizlərinə cəlb olunma mühüm əhəmiyyət kəsb edir. Tarixi İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının tərəfdarı olan ölkələrimiz müxtəlif istiqamətlərdə tranzit daşımalarının səmərəli təşkilinə təminat verir”. Diqqətə çatdırılıb ki, son illərdə Azərbaycan yol-nəqliyyat infrastrukturunun inkişafına, o cümlədən müasir dəmir yolu şəbəkəsinin, dəniz limanlarının, geniş avtomobil yolları şəbəkəsinin tikintisinə irihəcmli sərmayələr yatırıb. Ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsi regional nəqliyyat və logistika marşrutlarının inkişafına yeni təkan verib.

İqtisadiyyat naziri Azərbaycanın iqtisadi uğurları barədə də məlumat verib. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı reabilitasiya və bərpa işlərinin aparılması, bu ərazilərin ekoloji cəhətdən təmiz texnologiyalar əsasında yenidən qurulması istiqamətində tədbirlər həyata keçirilir. "Ağıllı" və “yaşıl” yanaşmalardan istifadə etməklə, 2050-ci ilə qədər “sıfır emissiya” zonalarının yaradılması nəzərdə tutulur.

Keçirilmiş görüşlərdə SPECA çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanları ilə bağlı məsləhətləşmələr, ölkələrimiz arasında tərəfdaşlığın inkişafı, inteqrasiyanın dəstəklənməsi, dünya iqtisadiyyatına qoşulma prosesinin asanlaşdırılması ilə bağlı müzakirələr aparılıb. Bundan başqa, SPECA regionunda tranzit marşrutlarının şaxələndirilməsi, ticarət və nəqliyyatın asanlaşdırılması, rəqəmsallaşma və “yaşıl” transformasiya, SPECA Etimad Fondunun yaradılması, bu il quruma üzv dövlətlərin Zirvə görüşünün Bakıda keçirilməsi və “BMT-nin Mərkəzi Asiya iqtisadiyyatlatı üçün Xüsusi Proqramının 25-ci ildönümünün qeyd edilməsi haqqında” BMT Baş Assambleyasının 78-ci sessiyası zamanı irəli sürüləcək qətnamə layihəsi ilə bağlı geniş müzakirələr aparılıb, iştirakçı dövlətlərin nazirlərinin Birgə Bəyanatı qəbul edilib.

Qeyd: BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Azərbaycan SPECA-ya 2002-ci ildə qoşulub və fəal üzvlərdəndir. Belə ki, SPECA İdarəetmə Şurasının və İqtisadi Forumunun 1-ci iclası Bakıda keçirilib və 2016-cı ildə Azərbaycan quruma sədrlik edib. Həmin ilin noyabr ayında Gəncə şəhərində İdarə Heyətinin 11-ci iclası və İqtisadi Forum keçirilib. Müvafiq dövlət orqanları, o cümlədən İqtisadiyyat Nazirliyi SPECA-nın İşçi qruplarında fəal iştirak edir. 2023-cü ildə də SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir.



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

4-03-2023, 00:34

İqtisadiyyat Nazirliyində UNECE-nin icraçı katibi ilə görüş keçirilib

Siyasət

2-08-2022, 14:50

Özbəkistanla Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

İqtisadiyyat

2-08-2022, 17:00

Özbəkistanla Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

Dünya

22-07-2022, 18:56

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

İqtisadiyyat

12-04-2023, 23:25

Əbu-Dabi Limanlar Qrupunun baş icraçı direktoru ilə onlayn görüş keçirilib

Siyasət

14-12-2022, 15:07

Azərbaycan-İsveçrə Birgə Komissiyasının növbəti iclası keçirilib

İqtisadiyyat

30-03-2023, 02:06

İqtisadiyyat Nazirliyində BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət

21-08-2022, 17:05

Prezident İlham Əliyev Azərbaycanın və Serbiyanın uğurla əməkdaşlıq etdiyini vurğulayıb

İqtisadiyyat

18-04-2023, 21:06

Azərbaycan-İsrail əlaqələri genişlənir - FOTO

İqtisadiyyat

22-07-2022, 18:01

Azərbaycan BƏƏ ilə iqtisadi tərəfdaşlığın inkişafını müzakirə edib

İqtisadiyyat

1-05-2023, 19:22

İqtisadiyyat naziri Türkiyəyə səfər edib - FOTO

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
Dünən, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
4-11-2026, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
Xəbər lenti
  • Bu gün, 12:41
    Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
  • Bu gün, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • Bu gün, 12:13
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • Bu gün, 12:00
    Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır? FOTO
  • Bu gün, 11:39
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Bu gün, 11:09
    “Həbibbəylinin adının Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi təxribatdır”
  • Bu gün, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • Bu gün, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Bu gün, 09:56
    Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO
  • Bu gün, 09:32
    Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək
  • Bu gün, 09:13
    Rusiyadan yeni hücum gözlənilir, hazırlaşırıq - Zelenski
  • Bu gün, 08:58
    Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
  • Dünən, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • Dünən, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • Dünən, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • Dünən, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • Dünən, 17:55
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • Dünən, 17:46
    “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • Dünən, 17:27
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • Dünən, 17:21
    DGK-da Şirinovun ŞİRİNLİYİ... - İTTİHAM VAR...
  • Dünən, 16:58
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:39
    “Bağça Şəhər”də yanğın təhlükəsi: Bina rəhbərliyi sakinlərin şikayətlərinə məhəl qoymur
  • Dünən, 16:21
    Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
  • Dünən, 15:50
    Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 15:34
    Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib
  • Dünən, 15:15
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • Dünən, 15:05
    Əsabil Qasımov Ramiz Mehdiyevin gömrük sədri olmalı imiş-ŞOK SİYAHI
  • Dünən, 14:43
    Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
  • Dünən, 14:28
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • Dünən, 13:09
    “Sosial sığorta daxilolmalarında gələn il 15,1 faiz artım proqnozlaşdırılır”
  • Dünən, 13:02
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 12:50
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
  • Dünən, 12:40
    Sumqayıtda tuneli çirkab suları basıb-Qurumlar məsuliyyəti bir-birinin üzərinə atır
  • Dünən, 12:09
    Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi yürüşlər olacaq
  • Dünən, 12:03
    Bakı təhsilinin ANASI NİYƏ AĞLAYIR... - Heç nə səbəbsiz deyilmiş...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə