Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan və Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsini genişləndirir

26.02.2026 16:28 185 1 dəq oxunur
Azərbaycan və Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsini genişləndirir
Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılıq əldə olunub.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu məsələ Gürcüstan – Azərbaycan – Türkiyə biznes-forumu çərçivəsində Türkiyənin ticarət naziri Ömər Bolatla görüşdə müzakirə olunub.

"Dost ölkə ilə iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin və investisiyaların davamlı olaraq artırılması, biznes əlaqələrinin təşviqi üzrə hüquqi bazanın təkmilləşdirilməsi, enerji, sənaye istehsalı, nəqliyyat, logistika, turizm və digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi haqqında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
Azərbaycan və Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsini genişləndirir
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az