• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası niyə kütləvi hal almır?

İqtisadiyyat

8-08-2022, 22:00

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı potensialın təxminən 90%-dən istifadə olunmur.

bakunews.az report-a istinadən xəbər verir ki, hazırda ölkədə icbari qaydada sığortalamağın mümkün olduğu təxminən 1 milyon mənzil və fərdi ev olsa da, bunun cəmi 100 mini sığortalıdır.

Halbuki, Mülki Məcəllənin 180-ci maddəsinə görə, mülkiyyət hüququ olan, yəni özbaşına tikilməyən və haqqında sökülmək barədə qərar olmayan bütün əmlakları sığortalamaq mümkündür.

Sığorta ilə əhatə olunmuş 100 min əmlaka gəlincə isə, onların demək olar ki, hamısının sahibi müxtəlif təsir mexanizmlərinin hesabına sığorta şirkətlərinə üz tutub. Yəni, kimsə evini ipoteka ilə satdığı və yaxud evini girov qoyaraq bankdan kredit götürdüyü üçün məcbur olub, əmlakını sığortalayıb. Baxmayaraq ki, bu, elə də bahalı sığorta məhsulu deyil və əmlakın yerləşdiyi yaşayış məntəqəsindən asılı olaraq onun qiyməti 30-50 manat arasında dəyişir.

“Kütləvi satış üçün mexanizm yoxdur”

Sığorta bazarı üzrə ekspert Pərviz Quliyev deyir ki, ölkə vətəndaşlarının əksəriyyəti əmlak sığortasının faydası barədə həm az məlumatlıdır, həm də sığortanın kütləvi satışı üçün mexanizm yoxdur: “Azərbaycanda da digər ölkələrdə olduğu kimi sığorta xidməti mülkiyyət sahiblərinin xilaskarıdır və onlara qəzalar zamanı sığorta edilmiş əmlaka görə kifayət qədər məbləğ verilir. Sadəcə qanunla məcburiyyət olsa da, insanların böyük əksəriyyəti əmlaklarını sığorta etdirmirlər və onları bu işə məcbur edəcək bir mexanizm yoxdur”.



“Vəziyyət yaxşıya doğru gedir”

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev da hesab edir ki, əmlak sığortası ilə bağlı vəziyyət ürəkaçan deyil, amma tədricən yaxşıya doğru gedir: “Haqqında danışdığımız sığorta növü icbari olsa da, əhalinin və biznes subyektlərinin sığorta xidmətləri ilə bağlı məlumatlarının məhdud olması səbəbilə növ üzrə penetrasiya arzuolunan həddə deyil. Lakin icmal rəqəmlərinə nəzər salsaq görürük ki, daşınmaz əmlakın icbari sığortasına maraq tədricən və mərhələli şəkildə formalaşır. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlakın icbari sığortası növü üzrə 35.3 milyon manat sığorta haqqı təmin edilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,3 milyon manat çoxdur. 2021-ci ilin ümumi sığorta statistikasından da görürük ki, daşınmaz əmlakın sığortası bazarı 36,6 % böyüyüb. Bu da onun göstəricisidir ki, növ üzrə stabil artım tempi təmin olunub və bu temp növbəti mərhələ üçün qorunub saxlanmaqdadır”.

E.Mirsalayev qeyd edib ki, daşınmaz əmlakın icbari sığortası növünün bazar potensialından tam şəkildə istifadə olunması məqsədi ilə mütəmadi olaraq addımlar atılır: “Bildiyiniz kimi, artıq ikinci ildir ki, Azərbaycan Mərkəzi Bankı (AMB), ASA və İcbari Sığorta Bürosu (İSB) "Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınmaz tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında" Memorandum çərçivəsində ölkə səviyyəsində sığorta maarifləndirməsi layihəsini icra edirlər. Layihə 3 ili əhatə edir. Layihənin indiki ikinci ili sığorta sinifləri, xüsusilə də daşınmaz əmlakın icbari sığorta növü ilə bağlı bilgiləndirməyə həsr olunub. İstər ümumi icmalda, istərsə də daşınmaz əmlakın icbari sığortası bazarındakı stabil böyüməni əsas tutaraq hesab edirəm ki, bu layihənin uğurlu nəticəsi növbəti mərhələdə daha aydın görünəcək”.



report mövzu ilə bağlı İSB-yə də müraciət edib. Qurumdan bildiriblər ki, Azərbaycanda daşınmaz əmlakın icbari sığortası 24 iyun 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” qanuna əsasən əhalinin sosial rifahını, sahibkarlıq subyektlərinin mənafeyini, eləcə də maliyyə sabitliyini qorumaq məqsədilə tətbiq olunur. Bu sığorta növü üzrə həm hüquqi, həm də fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortalanması məcburidir. Özbaşına tikinti sayılan daşınmaz əmlak, sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsinə təminat verir.

Bu növ üzrə elektronlaşmanı təmin etmək məqsədilə İcbari Sığorta Bürosu (İSB) və İqtisadiyyat Nazirliyinin informasiya sistemləri arasında inteqrasiyaların təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda, müvafiq hüquqi bazanın formalaşdırılması məqsədilə, AMB qanunvericilikdə əlaqədar dəyişikliklərin edilməsi üzrə də tədbirlər görməkdədir.

AMB, ASA və İSB arasında imzalanmış “Qarşılıqlı anlaşma haqqında Memorandum”a əsasən icra edilən “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin həyata keçirilməsi layihəsi” çərçivəsində bütün sığorta məhsulları, o cümlədən daşınmaz əmlakın icbari sığortası üzrə əhalinin və biznes subyektlərinin maarifləndirilməsi, təbliğat və təşviqat işləri də davam etdirilir.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

25-07-2022, 20:43

Sürücülərə xoş xəbər: Noyabrın 1-dən etibarən... - VİDEO

İqtisadiyyat

12-08-2022, 11:21

Azərbaycanda icbari tibbi sığorta daxilolmaları 41 %-dək artıb

İqtisadiyyat

18-03-2023, 23:56

"PAŞA Sığorta" “Kompakt” könüllü sağlamlıq sığortası məhsulunu təqdim edib

İqtisadiyyat

15-08-2022, 13:18

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı iyulda 12 % artıb

İqtisadiyyat

12-08-2022, 14:10

İpoteka kreditlərin şərtləri sərtləşdirilib? - Mərkəzi Bankdan açıqlama

Ölkə

26-12-2022, 13:09

Sığorta şirkətlərinin özbaşınalığı: – bu avtomobilləri sığortalamaqdan niyə imtina edirlər?

Cəmiyyət / Video

30-06-2022, 17:52

“Melissa Group”un ‘Azadlıq’ layihəsində DƏHŞƏT - VİDEO

İqtisadiyyat

19-07-2022, 11:16

Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar 21% artıb

Cəmiyyət

30-07-2022, 14:00

DYP-nin zərərçəkmiş kimi tanıdığı şəxsə niyə sığorta pulu verilmir

İqtisadiyyat

15-03-2023, 21:20

Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 60 faiz artıb

Sosial

29-12-2022, 18:41

Pensiya amnistiyası ilə bağlı YENİ QƏRAR

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 13:50
    Ukrayna ordusu Rusiyada iki neft emalı zavodunu vurub
  • Bu gün, 13:22
    “İyundan yanan transformator hələ də düzəlməyib” - Məktəbdə nə işıq var, nə su...
  • Bu gün, 12:58
    İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Bu gün, 12:40
    “İdeal Kredit” və vəzifəli şəxsi ümumilikdə 56 min manat cərimələnib - TƏFƏRRÜAT
  • Bu gün, 12:31
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Bu gün, 12:26
    Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi -İTTİHAM VAR...
  • Bu gün, 12:00
    Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
  • Bu gün, 11:04
    Ceyhun Cəlilovdan ƏCAİB TƏDARÜK... - BU NƏDİ BELƏ?
  • Bu gün, 10:58
    Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
  • Bu gün, 10:52
    “Bakı 4 №-li Yol İstismarı” MMC-dən şikayət - “Pulumuzu verməyən adama Vüsal Nəsirli tərəfindən yüksək vəzifə verildi”
  • Bu gün, 10:41
    Azərbaycan XİN Malini təbrik edib
  • Bu gün, 10:34
    “Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı: Gözlənilməz hökm - TƏFƏRRÜAT
  • Bu gün, 10:15
    Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb
  • Bu gün, 09:36
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Bu gün, 08:47
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Dünən, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • Dünən, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • Dünən, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • Dünən, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • Dünən, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • Dünən, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • Dünən, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • Dünən, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • Dünən, 13:50
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 13:34
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 13:23
    21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
  • Dünən, 13:15
    Məktəblər açıldı, təmir isə hələ bitmədi - uşaqlar məktəbə hansı yoldan gedir?
  • Dünən, 13:05
    Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
  • Dünən, 12:40
    Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
  • Dünən, 12:27
    Pensiyalar sabah tam ödəniləcək
  • Dünən, 12:22
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 11:53
    İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
  • Dünən, 11:37
    Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
  • Dünən, 11:18
    AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə