• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Qarabağ”ın debütant rəqibi: İsveçdə bolqollu qarşılaşma olacaq? - TƏHLİL

İdman

3-10-2023, 19:46

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə “Hakken”in qonağı olacaq.

BakuNews.az xəbər verir ki, sözügedən klub 1940-cı ildə yaradılıb. Lakin komanda yalnız 1983-cü ildə ölkə çempionatının ən yüksək liqası olan Allsvenskanda debüt etməyi bacarıb. Buna qədər kollektiv aşağı liqalarda mübarizə aparıb. “Hakken” 2008-ci ildən Allsvenskanın daimi iştirakçısıdır.

Klubun tarixi uğurlarla zəngin deyil. “Hakken” yeganə İsveç çempionluğunu ötən il qazanıb. “Arılar” 30 matçda 64 xal toplayaraq ən yaxın izləyiciləri “Yurqorden”i yeddi xalla üstələməyi bacarıblar. Daha əvvəl isə komanda yalnız bir dəfə - 2012-ci ildə ikinci yeri tutmağı bacarıb. Lakin “Hakken” ölkə kubokunun üçqat qalibidir. “Sarı-qaralar” 2015/16, 2018/19 və 2022/23 mövsümlərində titula sahib çıxıblar.

Höteborq təmsilçisi ev oyunlarını 6 500 azarkeş tutumuna malik “Bravida Arena”da keçirir. Avropa Liqasında isə komanda rəqiblərini 43 min nəfər tutuma malik “Ullevi” stadionunda qəbul edəcək. Lakin arenanın dolacağı ehtimal edilmir. Məlumata görə, “Qarabağ”la oyuna 9-10 min azarkeş gələcək.

“Hakken”in avrokubok təcrübəsi də çox deyil. Klub tarixində ilk dəfə qitəmiqyaslı yarışda qrup mərhələsində çıxış edir. Komanda daha əvvəl yalnız iki dəfə UEFA Avropa Liqasında III təsnifat mərhələsinə qədər irəliləyə bilib. İsveç klubu 2021/12 mövsümündə Portuqaliya “Nasyonal”ına, 2013/14 mövsümündə isə İsveçrə təmsilçisi “Tun”a ilişib.

“Hakken”i norveçli Per-Matias Hoqmo çalışdırır. 63 yaşlı mütəxəssis 2021-ci ilin yayından komandanın “sükanı arxası”ndadır. O, baş məşqçi kimi hər iki titulunu məhz hazırkı iş yerində qazanıb - İsveç çempionluğu və ölkə kuboku.

“Transfermarkt” portalına görə, komandanın ümumi dəyəri 26 milyon avrodur. Müqayisə üçün qeyd edək ki, “Qarabağ”ın oyunçuları 13,70 milyon avro olaraq dəyərləndirilirlər. “Hakken” heyətinə görə İsveçdə yalnız “Malmö”dən geri qalır (31,35 milyon avro).

Komandada 20 əcnəbi oyunçu var. Onlardan altısı həm də İsveç vətəndaşıdır. İslandiyalı Valgeir Lunddal, tunisli Amor Layouni və Ali Youssef, isveçli Samuel Qustafson, yamaykalı Bler Turqott və zambiyalı Edvard Çilufya ölkələrinin milli komandalarında çıxış edirlər. Qustafson həm komandanın kapitanı, həm də ən dəyərli iki oyunçusundan biridir. Onun transfer qiyməti 2,5 milyon avrodur. Kot-d'İvuardan olan Amano Romeonun da dəyəri bu qədərdir. Bu baxımdan üçüncü pillədə Samuelin əkiz qardaşı Simon qərarlaşıb. Onun transfer qiyməti iki milyon avrodur.

“Hakken” Hoqmonun rəhbərliyi altında daha çox 4-3-3 taktiki sxemi ilə oynayır. Mütəxəssis nadir hallarda 4-2-3-1 və 4-4-2 sistemlərinə də üz tutur.
Komanda açıq futbola üstünlük verir: həm özü hücum edir, həm də rəqibin oynamaq şansı olur. Təsadüfi deyil ki, hazırda İsveç çempionatında 25 turdan sonra 50 xalla üçüncü olmasına baxmayaraq, “Hakken” ən çox qol vurmağı bacaran kollektivdir. “Arılar” 57 dəfə rəqib qapısının torunu silkələməyi bacarıblar. Eyni zamanda, komanda 30 qol buraxıb ki, bu da yüksək rəqəm hesab olunur.

“Hakken”in ən təhlükəli silahı Eduard Çilufyadır. Sağ vinger Danimarka “Norşellan”ından icarəyə götürülüb. Eyni zamanda, Amur Layuni yaxşı mövsüm keçirir. 18 yaşlı Mamadu Lamin Sonko isə komandanın gələcəyi hesab edilir və tez-tez şans qazanır.

“Hakken”in cinahları da, mərkəz xətti də kifayət qədər güclüdür. Komanda rəqiblərinə sürətli və yaradıcı futbol təklif edə bilir. Lakin müdafiənin mərkəzində problemlər var. “Qarabağ”ın fərdi keyfiyyətləri yüksək olan oyunçuları bu komandaya problem yarada bilərlər.

Ağdam təmsilçisinin “Hakken” qarşısında əsas üstünlüyü təcrübəsidir. Eyni zamanda, rəqibin qapanmaması, hücum etməyə çalışması Azərbaycan çempionunun işinə yaraya bilər. Qurban Qurbanovun komandası müdafiəyə oturan rəqiblərə qarşı hər nə qədər çətinlik çəkirsə, açıq oyun göstərənlərlə görüşdə özünü bir o qədər rahat hiss edir. İki gün sonra İsveçdə bolqollu qarşılaşma ola bilər. Əslində, bu, “Qarabağ”a o qədər də sərf etməyəcək. İlk görüşdə uduzduğundan “Hakken” irəli atılacaq. Qurban Qurbanov taktikanı məhz buna uyğun qurmalıdır. Rəqibi səhvə məcbur etməkdən daha çox, rəqibin səhvini gözləmək uğurlu gediş olardı. Hər nə qədər “Molde” ilə qarşılaşma “atlılar”ın hücum baxımından formaya düşdüyünü göstərsə də, Skandinaviya ölkəsində təmkinli futbol daha effektiv nəticə verə bilər.

Xatırladaq ki, qrup mərhələsinin ilk turunda “Qarabağ” Bakıda Norveç “Molde”sini minimal hesabla (1:0) üstələyib, “Hakken” isə Almaniyada “Bayer”ə (Leverkuzen) 0:4 uduzub.

Qeyd edək ki, oktyabrın 5-i “Ullevi” stadionunda keçiriləcək “Hakken” - “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İdman

21-09-2023, 12:37

"Qarabağ" bu gün ilk oyununa çıxır

İdman

20-06-2023, 18:06

“Qarabağ”ın rəqibini tanıyaq: Hücumda polis işçisinə güvənən “Linkoln”

İdman

8-01-2023, 01:10

"Qəbələ" İdman Klubunun 10 yaşı tamam olur

İdman

15-08-2022, 12:00

Premyer Liqada rekordlar həftəsi: "Sabah" 14, "Neftçi" 9 ildən sonra...

İdman

11-08-2023, 19:20

Avroliqada oyunların NƏTİCƏLƏRİ

İdman

31-08-2023, 12:51

UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Olimpiya”nı qəbul edəcək

İdman

5-09-2023, 13:41

“Qarabağ” hücumçu transfer edə bilmədi: Qrup mərhələsi üçün iştirak ərizəsi - SİYAHI

İdman

19-07-2023, 11:07

Musa Qurbanlının problemi həll olundu: Bu həftə “Yurqorden”də debüt edə bilər

İdman

11-09-2022, 10:42

Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Şamaxı" ilə, "Qarabağ" "Sabah"la görüşəcək

İdman

29-07-2022, 21:20

"Qarabağ"ın rəqibi ilə oyunda qanunazidd hərəkətlərə yol vermiş klub cəzalandırılıb

İdman

3-08-2022, 12:03

"Qarabağ" Macarıstan klubuna qarşı

İdman

24-08-2022, 20:28

""Viktoriya"nın "Qarabağ"ı keçəcəyini gözləmirdim"

Araşdırma
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
Hadisə
Bu gün, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Xəbər lenti
  • Bu gün, 17:00
    Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib
  • Bu gün, 16:37
    322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
  • Bu gün, 16:00
    İranın XİN başçısı Aİ-yə ABŞ ilə İsrailin hücumlarını dəstəkləməməyi təklif edib
  • Bu gün, 15:30
    Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq
  • Bu gün, 15:00
    Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
  • Bu gün, 14:00
    Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq
  • Bu gün, 13:30
    Kaliforniyada iri miqyaslı yanğına görə sakinlərin təxliyəsi başlayıb
  • Bu gün, 13:08
    SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb
  • Bu gün, 12:00
    İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
  • Bu gün, 11:30
    Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 4 təmsilçisi mübarizəyə start verir
  • Bu gün, 11:00
    Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
  • Dünən, 19:00
    Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
  • Dünən, 18:30
    Moldovanın hava məkanını daha bir PUA pozub
  • Dünən, 18:00
    Dağıstanın 3 kəndi ilə nəqliyyat əlaqəsi kəsilib
  • Dünən, 17:30
    Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
  • Dünən, 17:00
    "Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • Dünən, 16:46
    Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH
  • Dünən, 16:25
    Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib?- VİDEO
  • Dünən, 16:04
    Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub - FOTO
  • Dünən, 15:34
    Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri
  • Dünən, 14:50
    Bakıda bir neçə yolda sürət həddi endirilib
  • Dünən, 14:19
    Bayramov Əraqçi ilə danışdı
  • Dünən, 13:47
    İranda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
  • Dünən, 13:33
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • Dünən, 13:18
    Sabah da Bakıya yağış yağacaq
  • Dünən, 13:10
    Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“
  • Dünən, 12:20
    İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
  • Dünən, 12:10
    Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
  • Dünən, 11:49
    “Xüsusi” hesabatlar, “Xüsusi” notarius və 1,5 milyonluq SİRR…
  • Dünən, 10:47
    İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
  • Dünən, 10:40
    MÜTDA-da Arslan Hacıyevin beş günlük ,,XƏLİFƏLİYİ '' - İLGİNC FAKTLAR
  • Dünən, 10:18
    Rusiyada mədəndə uçqun baş verib, 1 nəfər ölüb
  • Dünən, 10:06
    Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?
  • Dünən, 09:45
    "Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək
  • 2-10-2026, 20:05
    Qarabağın yeni həyatı rəqəmsal platformalarda: tələbə və inflüenserlərlə görüş
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə