Sizin reklam burada 728×90
Son dəqiqə

Musa Qurbanlının problemi həll olundu: Bu həftə “Yurqorden”də debüt edə bilər

19.07.2023 11:07 456 1 dəq oxunur
Musa Qurbanlının problemi həll olundu: Bu həftə “Yurqorden”də debüt edə bilər
Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının “Yurqorden”də oynamaq üçün heç bir maneə qalmayıb.

BakuNews.az xəbər verir ki, gənc hücumçuya İsveçdə işçi vizası verilib.

M.Qurbanlı şənbə günü lider “Elfsborq”a qarşı keçiriləcək oyunda yeni komandasında debüt edə biləcək. Onun adı ötən həftə “Malmö” ilə çempionat matçına sifariş olunsa da, işçi vizası olmadığından o, görüşdə iştirak edə bilməmişdi.
Xatırladaq ki, “Qarabağ”dan “Yurqorden”ə keçən 21 yaşlı forvard İsveç klubu ilə üç illik müqavilə imzalayıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az