Sizin reklam burada 728×90
Son dəqiqə

Həbsdə olan dayısına şirniyyatın içində narkotik keçirmək istəyən şəxs tutulub

05.04.2023 20:43 581 1 dəq oxunur
Həbsdə olan dayısına şirniyyatın içində narkotik keçirmək istəyən şəxs tutulub
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Akif Oruc oğlu Ələkbərova bacısı oğlu Orxan İlqar oğlu Hüseynov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,664 qram olan narkotik maddə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az