Sizin reklam burada 728×90
Son dəqiqə

Şirvan şəhər sakininin evindən 1 kiloqrama yaxın heroin aşkarlandı

02.08.2022 12:35 579 1 dəq oxunur
Şirvan şəhər sakininin evindən 1 kiloqrama yaxın heroin aşkarlandı
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

bakunews.az-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan şəhər sakini, əvvəllər də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb olunmuş İlqar Umudov yaşadığı evin yaxınlığında saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı bir büküm, yaşadığı evdən isə təmiz çəkisi 960 qram olan narkotik maddə - heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az